Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-61/2024 20.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Nəsirov Cavabdeh1 X4 Gülər Fəhrad qızı Cavabdeh4 qarşı xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 215.9 kv.m fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən ümumi sahəsi 215.9 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən gələcəkdə törədiləcək maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, yaşadığı Beyləqan rayonunun 1 Şahsevən kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən 215.9 kv.m fərdi yaşayış evi Daşınmaz Əmlakın Reyestr xidmətində xüsusi mülkiyyətinə keçirmidir. Həmin fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********89-10301 saylı çıxarış əsasında xüsusi mülkiyyətinə alınmışdır. Torpaq sahəsinə Texniki pasport da verilmişdir. O, həmin fərdi yaşayış evinin tək hüquqi sahibidir. Hazırda ailə üzvləri ilə birlikdə işləri ilə əlaqədar bir müddətdir ki, Beyləqan şəhərində kirayədə yaşadıqlarından Cavabdeh1 qeyri qanuni olaraq ailə üzvləri ilə birlikdə fərdi yaşayış evinə girmişlər və orada qanunsuz yaşayırlar. O, cavabdehlərə qanunsuz əməllərinə son qoyulmasını xahiş etsə də, cavabdehlər mülkiyyətində olan evindən çıxmaq istəmirlər. O, ailə üzvləri ilə birlikdə həmin evə köçmək istəyir. Qeyri qanuni olaraq cavabdehlər mülkiyyətində olan fərdi yaşayış evinə sahiblənmişlər. Cavabdehlər mülkiyyətində olan yaşayış evindən çıxmamaqla qanunla qorunan mülkiyyət hüququnu kobud surətdə pozurlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən ümumi sahəsi 215.9 kv.m olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən gələcəkdə törədiləcək maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli ev onun əmisinin olmuşdur. Əmisi vəfat etdikdən sonra ev əmisinin arvadı X2 mülkiyyətinə keçmişdir. Əmisi və əmisi arvadı vəfat etdikdən sonra onların bütün dəfn xərclərini o, özü çəkmişdir. Həmçinin onları ömürlərinin axırına kimi saxlamışdır. Onların bütün qayğılarını o, çəkmişdir. İddiaçı mərhum Xanımın qardaşı oğludur. Xanım sağlığında onu evə buraxmamış, hətta polisə vermişdir. Həmin evi o, ailəsi ilə birlikdə qoruyub saxlamışdır. Hazırda da, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hesab edir ki, iddia əsassızdır. İddiaçı saxta yolla həmin evi mülkiyyətinə keçirmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh X3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının iddiasını əsassız hesab edir. Belə ki, hazırda yaşadıqları ev atasının əmisinə məxsus olmuşdur. Atası Fəhrat əmisi və əmisi arvadı ölən günə qədər onları saxlamışdır. X1 özü saglığında iddiaçını evdən çıxarmaq üçün polisə şikayət etmişdir. X11 sağlığında ev onlara vermişdir. Bunu bütün kənd sakinləri də təsdiq edə bilərlər. İddiaçı evi saxta olaraq mülkiyyətinə keçirmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, iddiaçı və cavabdehlərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş mərhum bibisi X5 məxsus miras qəbul etməsi faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********89-10301 saylı çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Beyləqan rayonunun İ Şahsevən kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 215.9 kv.m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Nəsirov X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunulan şəxs kimi şikayət vermiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)905/2023 saylı qərardadı ilə onun şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 tətəfindən şikayət verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(016)671/2023 saylı qərardadı ilə onun şikayəti təmin edilməmişdir. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********89-10301 saylı çıxarışına əsasən İddiaçı mülkiyyətinə Beyləqan rayonunun İ Şahsevən kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 215.9 kv.m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin ev iddiaçının əmisi arvadı X5 məxsus olmuşdur. Xanım Nəsirova ölən günə qədər iddiaçının yanında qalıb yaşamışdır. Xanım Nəsirova öldükdən sonra iddiaçı məhkəmədə onun qanuni vəqəsəsi kimi mirasın qəbul edilməsinə dair iddia qaldırmışdır. Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş mərhum bibisi X5 məxsus miras qəbul etməsi faktı müəyyən edilməsi qət edilmişdir. Bundan sonra iddiaçı evi mülkiyyətinə keçirmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 isə Xanım Nəsirovanın sağlığında evi onla və ailə üzvlərinə verdiyini bildirsə də, evin onun mülkiyyətində olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddaçı dəfələrlə cavabdehlərdən mülkiyyətində olan evdən çıxmalarını tələb etsə də, cavabdelər evindən çıxmamışlar. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ-ci nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmədə müəyyən edildi ki, cavabdehlərin həmin evə mülkiyyət və digər hüquqları yoxdur. Mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən ümumi sahəsi 215.9 kv.m olan fərdi yaşayış evindən çıxarılmadırlar və cavabdehlər tərəfindən iddiaçıya gələcəkdə törədiləcək maneə aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********89-10301 saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 215.9 kv.m olan fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdehlər tərəfindən iddiaçıya gələcəkdə törədiləcək maneə aradan qaldırılsın. Qətnamədən onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vastəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-61/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-61/2024
20.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver