Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1938/2024 05.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı Cavabdeh əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması və Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması və Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 08 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 məxsus ünvan 1 (köhnə ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 133,7 kvadratmetr olan fərdi yaşayış evini almışdır. O, həmin ev barədə öyrənmişdir ki, ev ilk dəfə çıxarışa əsasən 29 dekabr 2008-ci il tarixdən X11 mülkiyyətində olmuş, sonra vərəsəlik qaydasında 20 dekabr 2023-cü il tarixdə X5 mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evi, 05 fevral 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsində onun adına qeydiyyata alınmışdır. Aralarında olan şifahi razılaşmaya görə o, evi aldıqdan sonra orada yaşayan şəxslər bir ay müddətində evi boşaldıb həmin evi ona təhvil verməyi öhdələrinə götürmüşlər. Evin əvvəlki mülkiyyətçisi X10 və onun ailə üzvləri evi boşaltmışlar, X13 keçmiş gəlini olan Cavabdeh həmin evdə yaşamamasına baxmayaraq öz əşyalarını mənzildən çıxartmamışdır. Hətta evin qapılarını kilidləyərək, onu öz xüsusi mülkiyyətində olan evə buraxmır. O, bir dəfə evin açarlarını dəyişib ondan əşyalarını evdən çıxarmasını tələb etsə də, cavabdeh nəinki əşyalarını evdən çıxartmaq, əksinə onun evdə olmadığı müddətdə evin qapılarının kilidini sındıraraq açarlarını dəyişib qapılarını bağlamaqla, həmin evdə yaşamağa qanunsuz olaraq ona maneələr törədir. O, bununla bağlı polis şöbəsinə müraciət etsə də, cavabdehin evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etməsi ona izah edilmişdir. Ona görə də cavabdehin əşyaları ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxarılması və həmin evdə yaşamasına törədilən maneələrin aradan qaldırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, iddiaçı X2 hazırda yaşadığı evə gəlin köçmüşdür. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıdan qabaq onun keçmiş qaynanası X8 məxsus olmuş və sonradan iddiaçı Elnarə Ağamalıyevaya satmışdır. Sonradan onun ailə münasibətləri pozulmuş və nəticədə rəsmi boşanaraq, ayrılmışdır. Lakin gəlin köçərkən özü ilə apardığı cehiz əmlaklarının bəziləri hazırda iddiaçıya məxsus evdə qalmışdır. O, cehiz əmlakı tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(073)-1834/2024 saylı qətnaməsi ilə iddiası təmin olunmuşdur. Lakin həmin əşyaları yığmağa yeri olmadığından, gəlin köçdüyü evdən çıxarmamışdır. Onun həmin evdə yaşamaq hüququ var və keçmiş qaynanası Zenfira Urşanova onu yaşayış yeri ilə təmin etməlidir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X7 ilə X10 arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli, AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Cəlilabad ərazi idarəsi tərəfindən 20 dekabr 2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmış **********95-10301 reyestr nömrəli çıxarışa əsasən tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsini 10000 manat və üzərində yerləşən ümumi sahəsi 133,7 kv.m olan fərdi yaşayış evini isə 20000 manat müqabilində X1. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********95-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 (yeni qaydalarla: AZ 1500, ünvan 4 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 133,7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 05 fevral 2024-cü il tarixdə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(073)- 1834/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh X9 dəyəri 1000 manat olan 1 ədəd “Bryussa” markalı soyuducu, dəyəri 700 manat olan 1 ədəd “LG” markalı, 82 diaqonal televizor, dəyəri 200 manat olan 1 ədəd qaşıq dəsti, dəyəri 4000 manat olan 1 ədəd komlekt (sırğa, üzük, qolbağ və kole), dəyəri 250 manat olan 1 ədəd qaşlı üzük, dəyəri 200 manat olan 1 ədəd qaşsız üzük və dəyəri 400 manat olan 1 ədəd nişan üzüyü, həmin əşyalar mövcud olmadıqda onların dəyəri alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh Yağubova X12 şəhəri, Təbriz küçəsi, ev 02 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və iş materialları ilə müəyyən edildi ki, iş üzrə iddiaçı X7 08 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 məxsus, ünvan 1 (köhnə ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini və üzərində inşa edilmiş, ümumi sahəsi 133,7 kvadratmetr olan fərdi yaşayış evini almışdır. Həmin ev 29 dekabr 2008-ci il tarixdən X5 mərhum əri X11 mülkiyyətində olmuş və əri öldükdən sonra vərəsəlik qaydasında 20 dekabr 2023-cü il tarixdə X5 mülkiyyətinə keçmişdir. 08 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi, 05 fevral 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsində iddiaçı X2 adına qeydiyyata alınmışdır. 08 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən aralarında olan şifahi razılaşmaya görə iddiaçı evi aldıqdan sonra, həmin evdə yaşayan şəxslər 1 ay müddətində evi boşaldıb ona təhvil verməyi öhdələrinə götürmüşlər. Evin əvvəlki mülkiyyətçisi X10 və onun ailə üzvləri götürdükləri öhdəliyi yerinə yetirərək evi boşaltmışlar. X13 keçmiş gəlini, hazırki iş üzrə Cavabdeh həmin evdə yaşamamasına və cehiz əmlakı tələbi ilə bağlı Cəlilabad Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(073)-1834/2024 saylı qətnaməsi ilə iddiasının təmin olunmasına baxmayaraq öz əşyalarını mübahisəli mənzildən çıxartmamışdır. Hətta Cavabdeh evin qapılarını kilidləyərək, iddiaçını öz xüsusi mülkiyyətində olan evinə buraxmamışdır. İddiaçı evin qapılarının kilidini dəyişib cavabdehdən əşyalarını evdən çıxarmasını tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməyərək, əksinə iddiaçının evdə olmadığı müddətdə evin qapılarının kilidini sındıraraq dəyişmiş və digər kilidlərlə əvəz edərək qapıları bağlamaqla, iddiaçını xüsusi mülkiyyətində olan mənzildə yaşamağına qanunsuz olaraq maneələr törədir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadəsinin haqlı olmasını təsdiq edən və buna əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları və X6 X3 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə hər hansı hüququ yoxdur və iddiaçı X7 mülkiyyətində olduğu yaşayış evindən və qeyri-yaşayış sahəsindən maneəsiz istifadə edilməsinin təmin edilməsi və kənar şəxslərin ona mənsub əmlakdan sahiblik etməyinə son qoyulmasına dair tələbində tamamilə haqlıdır. Belə ki, cavabdehə məxsus cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evi iddiaçı X2 xüsusi mülkiyyətindədir və iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehə məxsus əmlakın başqasının mülkiyyətində olan evdə saxlanılması əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehə məxsus əmlakın həmin evdə yerləşməsi, mülkiyyətçinin əmlakın saxlandığı yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Bu nöqteyi-nəzərdən məhkəmə qeyd edir ki, cavabdehə məxsus və çıxarılması tələb olunan cehiz əmlaklarının iddiaçıya məxsus evdə qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus cehiz əmlakları iddiaçı X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalı və iddiaçının həmin fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən sərbəst istifadəsinə törədilən maneələr cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı ərizə verərək ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əmlakları iddiaçı X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılsın və iddiaçının həmin fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən sərbəst istifadəsinə törədilən maneələr Cavabdeh qadağan edilsin. İddiaçı X7 tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1938/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1938/2024
05.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver