Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-586/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququndan istifadənin bərpası, cavabdehin mülkündən çıxarılması və mülkiyyət hüququndan istifadə etmədə yaranan maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ev və bu evin yerləşdiyi torpaq sahəsindən çıxarılmasına və onun həmin torpaq sahəsindən istifadə etmək hüququnun bərpası, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ev və bu evin yerləşdiyi torpaq sahəsindən onun istifadəsində cavabdeh tərəfindən yaradılan maneələrin cavabdehin özü tərəfindən aradan qaldırılması, məhkəməyə müraciət etmək üçün əvvəlcədən ödədiyi dövlət rüsumunun da cavabdehdən tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 1948-ci il tarixdə Qubadlı rayonu, Məzrə kəndində anadan olmuşdur. O, uzun zamandır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 22, ev 35/30 ünvanında, ona məxsus olan fərdi yaşayış evində yaşayır. Nəzərə çatdırır ki, bu evin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda olan sahə də 2001-ci ilədək ona məxsus olmuşdur. Hətta bu torpaq sahəsinin üzərində 3 otaqlı başqa bir ev də onun olmuşdur. O, bu evi 11 dekabr 2001-ci il tarixdə yaşayış evinin alqı-satqı müqaviləsi ilə Cavabdeh satmışdır. 11 dekabr 2001-ci il tarixli, yaşayış evinin alqı-satqı müqaviləsindən də görünür ki, o, 10 dekabr 2001-ci 1 tarixli, 5505 saylı arayışa əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən üç otaqdan ibarət olan yaşayış evini Cavabdeh satmışdır. Ona məxsus olan torpaq sahəsinin digər hissəsində isə özünə ev tikərək burada yaşamağa davam etmişdir. Buna sübut olaraq qeyd edir ki, xx.xx.2009-cu il tarixli, ******* seriya nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə onun istifadəsində olan 0,004508 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26.23 kv.m yaşayış, 10.02 kv.m köməkçi sahədən ibarət 35/30A nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ ona məxsusdur. Bu çıxarışı sonradan itirdiyinə görə o, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını da əldə etmişdir. Bu çıxarışlara əsasən də tam olaraq görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 22, ev 35/30 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ tam olaraq ona məxsusdur. O, cavabdehlə hal-hazırda da qonşu olaraq yaşayır. Cavabdehlə onun arasındakı mübahisələr də elə məhz 2001-ci il tarixli alqı-satqı müqaviləsindən sonra yaranmağa başladı. Belə ki, cavabdeh bu müqavilə bağlandıqdan sonra onun yaşadığı və onun mülkiyyətində olan torpağa müdaxilələr etməyə başlamışdır. Bu müdaxilələr nəticəsində isə onun öz mülkiyyətindən istifadə etməyinə ciddi şəkildə maneələr yarandı. Belə ki, cavabdeh onun mülkiyyətində olan sahəyə doğru artırmalar etmiş, həmçinin onun mülkünə müdaxilələr etmişdir. Hasar, darvaza kimi bir çox artırmalar edərək onun yaşayışına manə olmuşdur. Bu isə onun konstitision hüquqlarının kobud şəkildə pozuntusuna gətirib çıxarmışdır. Onun cavabdehə saysız olan müraciətlərinə baxmayaraq o hələ də öz hərəkətlərini davam etdirir və onun mülkiyyətindən istifadə etməyinə maneələr yaradaraq onun mülkünə müdaxilələr edir. O, isə qoca olduğuna görə artıq ona müqavimət göstərə bilmir. Bu məsələ ilə bağlı bir çox dövlət orqanlarına şikayətlər etmişdir. Lakin onun bu şikayətləri nəticəsiz qalmışdır. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçınnın dediyi sözlər tam əsassızdır. O, alqı-satqı edərək həmin evi və torpağı almışdır. Ödənişlərini tam etmişdir. İddiaçı öz əlyazması və imzası ilədə bunu təsdiq etmişdir. O, həmin evi 23 il əvvəl almışdır. Hazırda torpaq sahəsi üzərində hasarla iddiaçının və onun payı bölünmüşdür. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Torpaq özəl mülkiyyət olmasada, üzərində inşa edilmiş evin sənədləri mövcuddur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, ev 35/30A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə istifadəsində olan 0,004508 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,23 kv.m yaşayış, 10,02 kv.m köməkçi sahədən ibarət 35/30A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2001-ci il tarixli “Yaşayış evinin alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kotec, M.Qorki küçəsində, 22-ci məhəllədə yerləşən, ümumi sahəsi 63,86 kvm, yaşayış sahəsi, 33,26 kvm, üç otaqdan ibarət 35/30 saylı yaşayış evini Cavabdeh satmışdır. İşə əlavə olan “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Əhmədov Rima Əbdüləli qızının X1 barəsində etdiyi şikayət əsasında Sumqayıt ŞPİ-nin 4-cü PB-də toplanmış xx.xx.2023-cü il tarixli HK- 1/33 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə istifadəsində olan 0,008528 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın, 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 63,86 kv.m ümumi, 33,26 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 35/20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh 2001-ci il tarixindən alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, Kotec, M.Qorki küçəsində, 22-ci məhəllədə yerləşən, ümumi sahəsi 63,86 kvm, yaşayış sahəsi, 33,26 kvm, üç otaqdan ibarət 35/30 saylı yaşayış evini əldə etmişdir. İddiaçı ona məxsus olan sahəsi 37,30 kv.m olan fərdi evin yerləşdiyi torpaq sahəsindən istifadə edir. Lakin torpaq sahəsinin ayrılmasından uzun müddət yəni 20 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı ona adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnu (torpaq sahəsinin onun qanun istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata salmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə məlum olur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsi yəni mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqların qeydiyyata alınması mülki dövrüyənin sabitliyinin qorunması məqsədi ilə imperativ norma olmaqla Respublika sərhədləri daxilində hər kəs üçün məcburi xarakter daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki mübahisəli torpaq sahəsinə iddiaçının hüququ təsdiq edəcək sənəd dövlət reyesterində qeydiyyata alınmamışdırsa hazırki iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, qeyd edilən torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməmişdirsə yəni onun sərhədlərin müəyyən edilməməşdirsə, cavabdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə müdaxilənin olması müəyyən etmək mümkün deyildir. Eyni zamanda məhkəmə yerli baxış keçirən zaman tərəflərin hər birinin hasarla ayrılmış, faktiki istifadələrində giriş çıxışı ayrı olan və üzərində hər birinə çıxarış əsasında məxsus olan fərdi yaşayış evi inşa edilmiş torpaq sahəsində cavabdehin iddiaçıya aid torpaq sahəsinə hər hansı bir müdaxilənin olmasını müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququndan istifadənin bərpası, cavabdehin mülkündən çıxarılması və mülkiyyət hüququndan istifadə etmədə yaranan maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-586/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-586/2024
14.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver