Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-80/2025 10.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması və istifadəsinə yaradılan manələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzil mübahisələri mənzildən çıxarılam) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması və istifadəsinə yaradılan manələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 317,40 kv.m olan fərdi yaşayış evinin boşaldılması və mülkiyyət hüququna edilən bütün maneəçiliklərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Cavabdeh ilə ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 317,40 kv.m olan fərdi yaşayış evinin alqı-satqısı ilə əlaqədar 29 dekabr 2023-cü il tarixdə AN-İ №-1122754 saylı alqı-satqı müqaviləsi bağlamışlar. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi 4Ə-2251 saylı Reyestrlə qeydə alınmışdır. Daşınmaz əmlakın alıq-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh mülkkiyyətində olan ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 317,40 kv.m. olan fərdi yaşayış evini onun mülkiyyətinə vermişdir. Əmlakın dəyəri 110000 manat təşkil etmiş və o həmin məbləği satıcıya tam şəkildə ödəmişdir. Məbləğ notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödənilmişdir. Alqı-satqı müqaviləsi 29 dekabr 2023-cü il tarixdə bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərindən görünündüyü kimi fərdi yaşayış evini boşaltmalı və ona təhvil verməli olduğu halda üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, evi boşaltmamış və qanuni şəkildə mülkiyyətində olan yaşayış evindən istifadə etməsinə maneəçilik törətmişdir.Buna görə də məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
7. Belə ki, işdə materiallarında olan; - AN-İ seriyalı ******* nömrəli, reyestrdə 4Ə-2251 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış ünvan 1 kəndində yerləşən ümumi sahəsi 317,4 kv.m olan fərdi yaşayış evini və 0,1869 ha torpaq sahəsini İddiaçı 110000 manat qiymətinə satmışdır. Müqaviləyə əsasən, Cavabdeh daşınmaz əmlakları müqavilə bağlandığı andan İddiaçı verməyi öhdəsinə götürmüşdür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən ümumi sahəsi 317,4 kv.m olan fərdi yaşayış evi və 0,1869 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
10. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
11. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır.
13. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış ünvan 1 kəndində yerləşən ümumi sahəsi 317,4 kv.m olan fərdi yaşayış evini və 0,1869 ha torpaq sahəsini İddiaçı 110000 manat qiymətinə satmışdır. Qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh daşınmaz əmlakları müqavilə bağlandığı andan İddiaçı verməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş və sözügedən daşınmaz əmlakları İddiaçı sahibliyinə verməmişdir.
14. Göründüyü kimi, Cavabdeh sözügedən fərdi yaşayış evini boşaltması barədə üzərinə götürdüyü öhdəliyi icra etmir və bu İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh hazırda sözgedən fərdi yaşayış evindən istifadə etmək üçün heç bir hüququ yoxdur.
15. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmış ünvan 1 kəndində yerləşən ümumi sahəsi 317.40 kv.m olan fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılmalı və Cavabdeh tərəfindən həmin fərdi yaşayış evindən İddiaçı istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmış ünvan 1 kəndində yerləşən ümumi sahəsi 317.40 kv.m olan fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılsın və Cavabdeh tərəfindən həmin fərdi yaşayış evindən İddiaçı istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Zamiq Rəsulov