Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-637/2023 29.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın naturada ayrılaraq təhkim edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qəran ilə kodu 60700038 olan, JN- 182F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona, yəni İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 verilmiş 0.16 ha həyətyanı torpaq sahəsindən paylarının müəyyən edilməsi, ona və oğlu İddiaçı2 düşən 0.08 ha həyətyanı torpaq sahəsinin naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə ona, yəni İddiaçı1, oğlu- İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 Torpağın mülkiyyətə verilməsinə dair JN-182 F kod 60700038 saylı şəhadətnamə ilə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda aralarında torpaq üstündə mübahisə olduğundan Beyləqan rayon Aqrar İslahat komissiyasımn 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə kodu 60700038 olan, JN-182F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.16 ha həyətyanı torpaq sahəsindən onlara düşən 0.08 ha həyətyanı torpaq sahəsinin naturada ayıraq, öz həyətyanı torpaq sahələrini öz adlarına ayrıca olaraq sənədləşdirmək və öz həyətyanı torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarından istifadə etmək istəyirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etdi və izahatında göstərdi ki, iddiaçı Şərqiyyə Nağıyeva analığı, İddiaçı2 qardaşıdır. Mübahisə ilə bağlı iddiaçılarla razılaşmışlar. Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə kodu 60700038 olan, JN-182F saylı Torpağımn mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsində iddiaçılara düşən 0,16 ha torpaq sahəsinin naturada ayrılıb verilməsinə etirazı yoxdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və onun iştirakı olmadan işə baxılmasını xahiş etdiyindən cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə kodu 60700038 olan, JN-182F saylı qərarı ilə ona, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə kodu 60700038 olan, JN-182F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə ailə üzvləri kimi Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 0.16 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinə kodu 60700038 olan, JN-182 F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qanunun tələblərinə görə həmin torpaq sahəsində onlar bərabər paya malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mübahisəli torpaq sahəsində tərəflərin payları bərabər qaydada, yəni cəmi 0,16 ha torpaq sahəsində hər birinin payı 0,04 ha müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə kodu 60700038 olan, JN-182F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,16 ha həyətyanı torpaq sahəsində İddiaçı1 və İddiaçı2 hər birinə 0,04 ha payları müəyyən edilsin və həmin paylar mülkiyyətçilərin sıra ardıcıllığı əsasında naturada ayrılaraq onlara təhkim edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-637/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-637/2023
29.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver