Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-657/2025 03.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 181 saylı Hərbi Hissəsinə qarşı “Əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 181 saylı Hərbi Hissəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 181 saylı Hərbi Hissəsi tərəfindən qəbul edilmiş 1* dekabr 2*24-cü il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının hesablanaraq ödənilməsi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 181 saylı Hərbi Hissəsinin hüquqi ünvanını “Şuşa şəhəri“ kimi qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, cavabdehin hüquqi ünvanı Şuşa şəhəri ərazisində yerləşdiyindən həmin işə ərazi aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsində deyil, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq ərazi aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə cavabdehin olduğu yer üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 181 saylı Hərbi Hissəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə bağlı cavabdehin hüququ ünvanı üzrə Şuşa Rayon Məhkəməsinə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 1* gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-657/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-657/2025
03.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver