Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-662/2024 21.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun -mərhum X3 ilə bacı-qardaş dərəcəsində qohumluq münasibətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayonu Yuxarı Aran kəndində yaşayır. X5 ərizəçinin qardaşıdır. İsmayıl Rüstəmov 22.0*. 202*-ci ildə rəhmətə getmişdir. X* adına Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həyətyanı torpaq sahəsi vardır. Ərizəçi həmin torpaq sahəsini vərəsəlik yolu ilə adına keçirmək istəyir. Lakin mərhumun doğum haqqında şəhadətnaməsi olmadığı üçün ərizçi torpağı adına keçirə bilməmişdir. Lakin həmin torpağı sənədləşdirmək üçün qohumluq münasibətləri müəyyən olunmalıdır. İsmayıl Rüstəmovun ərizəçidən başqa yaxın qohumu yoxdur, onlar İsmayıl Rüstəmovla bir ananın və atanın övladlarıdır. Ərizəçinin qardaşı ilə bacı-qardaş münasibətində olmalarının müəyyən edilməsinin məhkəmədən kənar həll edilməsi mümkün deyildir. Ərizəçi X2 vərəsəsidir. Ona görə də ərizəçinin mərhum X5 ilə bacı-qardaş dərəcəsində qohumluq münasibətində olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini iclasa göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN064F KOD607080*8 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 0* noyabr *998-ci il tarixli 57 saylı qərarı ilə X2 mülkiyyətinə 0,08 hatorpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 22.0*.202*-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in Yuxarı Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin 0*.0*.2022-ci il tarixli 54 saylı arayışından görünür ki, Ərizəçi mərhum qardaşı X5 xəstə olduğu müddətdə onunla yaşamış və ona ərizəçi qulluq etmişdir. Vəfat etdikdən sonra dəfn xərcini və qəbir daşının xərcini həqiqətən Ərizəçi çəkmişdir. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in Yuxarı Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin **.03.2024-cü il tarixli *23 saylı arayışından görünür ki, Ərizəçi mərhum qardaşı X5 və qardaşı arvadi X4 xəstə olduğu vaxtlarda baxmış və vəfat etdikdən sonra onların dəfn xərciərini çəkmişdir. Beyləqan rayon Yuxarı Arana qəsəbə Ərazi Nümayəndəliyi Ərizəçi qardaşı və qardaşı arvadının xəstə olduğu vaxtlarda onların qulluğunda durduğunun şahidi olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmədə onun qardaşının doğum haqqında sənədinin olması müəyyən edilməmişdir. Ba səbəbdən də həmin faktın müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 22.0*.202*-ci ildə ölmüş X* ilə bacıqardaş dərəcəsində qohum olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227, 307-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 22.0*.202*-ci ildə ölmüş mərhum X5 ilə bacı-qardaş dərəcəsində qohum olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-662/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-662/2024
21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver