Məhkəmə qərarları › İş №2(020)-677/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-677/2024

02.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-677/2024 02.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızı ilə aralarında Ağcabədi ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində 30 may 2023-cü il tarixdə qeyd edilmiş nikahlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızı ilə ailə qurmaq niyyətində olmuşlar. Toya tədarük kimi əvvəlcə Qeydiyyat Şöbəsinə gedərək rəsmi qaydada nikaha daxil olmaq üçün Ağcabədi ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində 30 may 2023-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Lakin sonralar tərəflərin xasiyyət və xarakterləri bir-birinə uyğun gəlməmişdir. Toyları olmamış və tərəflər bir yerdə yaşamamışlar. Tərəflərin nikahları formal xarakter daşıyır. Nuruzadə (Həsənli) Arzu Rafiq qızı artıq başqa şəxslə ailə qurmuşdur. Odur ki, İddiaçı ilə cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızı ilə aralarında Ağcabədi ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində 30 may 2023-cü il tarixdə qeyd edilmiş nikahlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızı məhkəməyə teleqrama göndərərək iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və onun iştirakı olmadan işə baxılmasını xahiş etdiyindən cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, İddiaçı ilə cavabdeh Nuruzadə X1 ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində 30 may 2023-cü il tarixdə nikahlarını qeydə aldırmışlar. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ailə qurmaq məqsədi ilə ilə cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızı nikahlarını Ağcabədi ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində 30 may 2023cü il tarixdə qeydə aldırmışlar. Lakin tərəflərin toyları olmamış və onlar ailə kimi bir yerdə yaşamamışlar. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Hazırda cavabdeh başqa şəxslə ailə qurmuşdur. Bununla da, iddiaçı ilə ailə qurmaq niyyətində olmadığını bəyan etmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə tərəflər arasında qeyd edilmiş nikahın etibrsız hesab edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə görə ər arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilir . Həmin Məcəllənin 25.1 -ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibatsız hesab edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırda tərəflər hər ikisi nikahlarının etibarsız hesab edilməsində israrlı olduğundan İddiaçı ilə cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızı arasında Ağcabədi ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində 30 may 2023-cü il tarixdə qeyd edilmiş nikahları etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Nuruzadə (Həsənli) Arzu Rafiq qızı arasında Ağcabədi ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində 30 may 2023-cü il tarixdə 375 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar