Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-68/2023 16.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 0.90 ha pay torpaq sahəsindən çıxarılması və maneəçiliyin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və aliləsinin mülkiyyətində olan 0.90 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması və maneəçiliyin aradan qaldırılmas ıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli, 57 saylı Qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində yerləşən pay torpaq sahələrindən 3.40 hektar kənd təsərüffatı məhsullarının istehsalı üçün mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi «Torpağa mülkiyyət hüququna dair» JN-0003, KOD 60708018 saylı dövlət aktı ilə rəsmləşdirilmişdir. Cavabdeh xeyli müddətdir ki, həmin torpağın 0.90 hektarını qanunsuz zəbt etməklə istifadə etmişdir. Cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpağını geri qaytarmağı bildirsədə ona əhəmiyyət vermiyərək öz qanunsuz əməllərinə davam edir. Hazırda cavabdeh onun torpağını boşaltmaqdan imtina edir. Belə ki, qeyri-qanuni olaraq ona və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinin 0.90 hektarını zəbt edir və həmin torpaqdan istifadə etməklə yanaşı qazanc əldə edir. Buna görə də, o, mülkiyyətində olan Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli, 57 saylı Qərarı ilə verilmiş 3.40 ha torpaq sahəsinin 0.90 ha hissəsindən Cavabdeh çıxarılmasını və həmin torpaq sahəsi ilə bağlı törədilənmaneənin aradan qaldırılması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********72 olan, çıxarışla onun mülkiyyətinə 3.3993 ha torpaq sahəsi verilmişdir. Hazırda da mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İşüzrə ekspertiza təyin edilmiş və onun iddiaçının torpaq sahəsini zəbt etmədiyi müəyyən edilmişdir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Dövlət aktından görünür ki, Beyləqan rayon X1 01 noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 3.40 ha torpaq sahəsi verrilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********72 olan, çıxarışla Cavabdeh mülkiyyətinə 3.3993 ha torpaq sahəsi verilmişdir. İş üzrə məhkəmənin19 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texnıkı ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2023-cü il tarixli, 10/5276 saylı ekspert rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin istifadəsinə verilmiş, hazırda X2 (İddiaçı qardaşı) istifadəsində olan 3.40 ha torpaq sahəsinin, Cavabdeh və ailə üzvlərinin istifadəsinə verilmiş 3.61 ha torpaq sahəsinin və Vəliyev Arzuman imamqulu oğlunun (İddiaçı atası) və ailə üzvlərinin istifadəsinə verilmiş, hazırda X2(İddiaçı qardaşı) istifadəsində olan 2.64 ha torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edilmişdir. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon X1 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.40 ha torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********72 olan, çıxarışla mülkiyyətinə verilmiş 3.3993 ha torpaq sahəsi ilə baza məlumatlarında olan kompleks yerquruluşu layihəsində qeyd olunan, Beyləqan rayon X1 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair “ JN-0003, kod 60708018 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.40 ha torpaq sahəsi üst-üstə düşür. Baza məlumatlarında olan kompleks yerquruluşu layihəsində qeyd olunan, Beyləqan rayon X1 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair “JN-0003, kod 60708018 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.40 ha torpaq sahəsinin koordinatları adları qərardadda qeyd olunmayan digər torpaq istifadəçilərinin istifadə etdiyi pay torpaq sahələrinin , beton latokun, su arxının və yaşayış məntəqəsinin üzərinə düşür. X3 və Cavabdeh arasında olan mübahisəli torpaq sahəsinin yerlədiyi ərazidə ( torpaq islahatı işləri aparılan zamanı Yuxarı Aran qəsəbəsinin tərtib olunmuş kompleks yerquruluşu planında qeyd olunan 34,35,37 saylı çevrələrdə) 45.77 ha torpaq sahəsi qeyd olunsa da, naturada faktiki olaraq 41.15 ha pay torpaq sahəsi mövcuddur. Odur ki, qeyd olunan ərazidə 4.62 ha pay torpaq sahəsi çatışmır. Həmin 4.62 ha torpaq sahəsi baza məlumatlarına əsasən digər çavabdehlır yerləşən pay torpaq sahəsinin, həmin ərazidən çəkilmiş beton latokun, su arxının, tikinti altı torpaq sahəsinin və yaşayış məntəqəsinin üzərinə düçür. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayon X1 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 3.40 ha, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********72 olan, çıxarışla Cavabdeh mülkiyyətinə 3.3993 ha torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon X1 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.40 ha torpaq sahəsi zəbt edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədən sübuta yetirə bilməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmamşdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, mütəxəssis rəyinin dəyirini təşkil edən 119 manat manat məbləğində pul iddiaçı tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN 99000036P, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmişdir. İddia rədd edildiyindən mütəxəssis rəyi alınması üçün ödənilmiş 119 manat məbləğində pul İddiaçı aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 0.90 ha pay torpaq sahəsindən çıxarılması və maneəçiliyin aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyi alınması üçün iddiaçı tərəfindən ödənilmiş 119 (yüz on doqquz) manat məbləğində pul İddiaçı aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-68/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-68/2023
16.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver