Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-682/2024 14.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü ildə Turac oğlundan xx.xx.2023-cü ildə anadan olan Turac adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 250 manat sabit pul məbləğində alimentin və cavabdehdən xx.xx.2023-cü ildə anadan olan Turac adlı uşağının 3 yaşına çatanadək əlavə olaraq hər ay 200 manat baxım pulunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, qızı İddiaçı Cavabdeh ilə nikahlarını 17 iyun 2023-cü il tarixdə rəsmi qeydə aldırmaqla ailə qurmuş və birgə nikahlarından xx.xx.2023-cü ildə Turac adlı uşaqları anadan doğulmuşdur. Uşaq hazırda qızının yanında qalıb yaşayır. Uşaq doğumu zamanı qızı bir ana kimi travma almış, hazırda yeriyə bilmir. O, qızını və onun uşağını saxlayır. Qızı doğuşdan sonra bir neçə ay komada qalmış, hazırda eplepsiya xəstəsidir və onda qıcolmalar olur. Qızı ilə cavabdeh Şahinin faktiki olaraq ailə münasibətləri tamami ilə kəsilmişdir, onların bir ailədə yaşamaları mümkün deyildir. Cavabdeh könüllü olaraq yetkinlik yaşına çatmayan uşaqın saxlanması üçün qızına maddi yardın göstərmir. Ona görə də, Cavabdeh xx.xx.2023-cü ildə Turac oğlundan xx.xx.2023-cü ildə anadan olan Turac adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 250 manat sabit pul məbləğində alimentin və cavabdehdən xx.xx.2023-cü ildə anadan olan Turac adlı uşağının 3 yaşına çatanadək əlavə olaraq hər ay 200 manat baxım pulunun alınıb qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqrama göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini, ona görə də alimen qət olunarkən onun digər iki uşağa da aliment verməsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını 17 iyun 2023-cü ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü ildə Turac adlı uşaqları anadan olmuşdur. Cavabdeh tərəfindən hazırlıq iclasında məhkəməyə təqdim edilmiş Bakı şəhərSuraxanı rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(010)-229/2022 saylı qətnaməsindən görünür ki, cavabdehin məhkəmənin həmin qətnaməsinə əsasən xx.xx.2020-ci ildə anadan olan Ayxan və xx.xx.2016-cı ildə anadanolan Hüseyn adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə150 manatalimentin tutulub Gasumova Aishama verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı Cavabdeh birgə nikahlarından xx.xx.2023-cü ildə anadan olan Turac hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh iddiaçının himayəsində yaşayan uşağın saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşağın saxlanması üçün sabit pul məbləğində hər ay 250 manat aliment və 3 yaşadək hər ay 200 manat baxım pulunun alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Beləliklə məhkəmə iddiaçının yanında qalan bir nəfər azyaşlı uşaöın əvvəlki təminat səviyyəsini, eləcə də cavabdehin maddi imkanını nəzərə almaqla hər ay bir uşaq üçün alimentin 170 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. İşdə olan Epikrizdən görünür ki, İddiaçı "Naməlum etiologiyalı qıcolma tutması. Epileptik status. Kəskin tənəffüs çatışmazlığı İV dərəcə.Kəskin ağciyər zədələnməsi. Kəskin ürək çatışmazlığı. Dəqiqləşdirilməmiş kardiomiopatiya. Keysəriyyə əməliyyatından sonrakı vəziyyət.1-ci sutka zahılıq " diaqnozu qiyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. İddiaçının yanında qalan azyaşlı uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi imkanını, onun məhkəmə qətnaməsinə əsasən başqa biqqadına ikki uşağa görə 300 manat aliment ödəməsini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay sabit pul məbləğində 170 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırkı iddia ərizəsi 29 mart 2 024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 mart 2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü ildə anadan olan Tuncay adlı uşağın saxlanması üçün onun yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində170 (yüz yetmiş) manat aliment və həmin uşağın 3 yaşına çatana kimi hər ay 30 manat tutulub uşağın anası İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 44 (qırx dörd) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-682/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-682/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver