Məhkəmə qərarları › İş №2(020)-691/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-691/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-691/2024 19.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 2003-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbinə dair tələbinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında Beyləqan rayonu Mil qəsəbəsində yerləşən 2.25 ha pay torpaq sahəsi üçün 2003-cü il tarixli bağlanılmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya Beyləqan rayon İHB-nın 22 noyabr 1999-cu il tarixli, 82 saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində xx.xx.2003-cü il tarixdə 081 nömrə ilə qeydiyyata alınmış, JN: 0081 saylı, kod 60709005 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə cavabdehlərin mülkiyyətində olan 2.25 ha pay torpaq sahəsi üçün verdiyi 2.250.000 (köhnə manatla), indiki manatla ekvivalenti 20.250 manatın və dövlət rüsumu kimi ödənilmiş 151 manatın və "Paritet-M” MMC-nə ödənilmiş 225 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 alınaraq ona verilməsi, eyni zamanda tələb etdiyi pul tam alınıb ona verilənədək həmin pay torpağının onun istifadəsində saxlanılması barədə və ya onun torpaqdan çıxmağı və pulun cavabdehlərdən alınıb ona verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 və ailə üzvlərinə Beyləqan rayon İHB-nın 22 noyabr 1999-cu il tarixli, 82 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində xx.xx.2003-cü il tarixdə 081 nömrə ilə qeydiyyata alınmış, JN: 0081 saylı, kod 60709005 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətlərinə 2.25 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini Cavabdeh2 və ailə üzvlərindən onların razılığı və şahidlərin iştirakı ilə alqı-satqı müqaviləsi bağlayaraq ömürlük olaraq almışdır. Cavabdehlərə pul təcili lazım olduğu üçün sənədləşmə etməmişlər, lakin torpağın sənədinin əslini ona vermişlər. Cavabdehlər sonradan onu aldadaraq torpağın sənədini ondan almışlar. Dəfələrlə torpaq sahəsinin sənədləşdirilməsini tələb etmiş, hər dəfə də cavabdehlər müxtəlif bəhanələr gətirərək sənədləşmə aparmaqdan imtina etmişlər. O, 20 ildir ki, sözügedən torpaqdan istifadə edir, vergi və su pulunu da özü ödəyir. Torpağın onun istifadəsində olduğu və ömürlük aldığını icra nümayəndəliyi, bələddiyə və kənd əhalisi də bilirlər. Hazırda da cavabdehlərdən torpağı sənədləşdirmələrini tələb edir, cavabdehlər isə sənədləşməyə getmirlər. Torpaq üçün verdiyi pulun bazar qiyməti ilə müəyyənləşdirmək üçün Beyləqan şəhərində yerləşən "xxxx" MMC-nə müraciət etmiş və həmin rəydə “Beyləqan rayonu Mil qəsəbəsində üçün 2003-cü ildə verilmiş 2.250.000 (köhnə manatla) manatın indiki ekvivalenti 20.250 manat təşkil etdiyi qeyd edilmişdir. Cavabdehlər həmin məbləği ona qaytararsa o, da torpaq sahəsini cavabdehlərə qaytarmağa razılaşacaqdır. Ona görə də, onunla Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında Beyləqan rayonu Mil qəsəbəsində yerləşən 2.25 ha pay torpaq sahəsi üçün 2003-cü il tarixli bağlanılmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya Beyləqan rayon İHB-nın 22 noyabr 1999-cu il tarixli, 82 saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində xx.xx.2003-cü il tarixdə 081 nömrə iıə qeydiyyata alınmış, JN: 0081 saylı, kod 60709005 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə cavabdehlərin mülkiyyətində olan 2.25 ha pay torpaq sahəsi üçün verdiyi 2.250.000 (köhnə manatla), indiki manatla ekvivalenti 20.250 manatın və dövlət rüsumu kimi ödənilmiş 151 manatın və "Paritet- M” MMC-nə ödənilmiş 225 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 alınaraq ona verilməsi, eyni zamanda tələb etdiyi pul tam alınıb ona verilənədək həmin pay torpağının onun istifadəsində saxlanılması barədə və ya onun torpaqdan çıxmağı və pulun cavabdehlərdən alınıb ona verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Beyləqan rayon İHB-nın 22 noyabr 1999-cu il tarixli, 82 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində xx.xx.2003-cü il tarixdə 081 nömrə ilə qeydiyyata alınmış, JN: 0081 saylı, kod 60709005 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə 2.25 ha pay torpaq sahəsi verilmişdir. Onun və mərhum ərinin torpaq sahələri ayrılmışdır. Torpağı oğlu Əfqan adlı şəxsə satmışdır. Onun topağın alqı-satqısından xəbəri yoxdur. Uşaqları torpağı 2250 manata satmışlar. Tərtib edilmiş aktdakı imza ona məxsus deyil, imzası kopyalanmışdır. İddiaçıdan pul almamışlar. Torpağı müvəqqəti istifadəyə vermişlər. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etmədi və izahatında göstərdi ki ona və ailə üzvlərinə Beyləqan rayon İHB-nın 22 noyabr 1999-cu il tarixli, 82 saylı qərarı ilə JN: 0081 saylı, kod 60709005 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktına əsasən 2.25 ha pay torpaq sahəsi verilmişdir. Torpağın alqısatqısından xəbəri olmamış, həmin vaxt o hərbi xidmətdə olmuşdur. Alqı-satqıda iştirak etməmişdir. Torpağının iddiaçıda qalmasına razı deyildir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə hazırkı vəziyyətdə işə baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0081 saylı, kod 60709005 seriyalı Dövlət aktından görünür ki, Beyləqan rayon İHB-nın 22 noyabr 1999-cu il tarixli, 82 saylı qərarı ilə JN: 0081 saylı, kod 60709005 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktına əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə 2.25 ha pay torpaq sahəsi verilmişdir. İşdə olan aktdan görünür ki, X1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2.25 ha torpaq sahəsini 2250.000 manata İddiaçı satmışlar və aktı imzaları ilə təsdiq etmişlər. İşdə olan Beyləqan rayon Mil bələdiyyəsinin 22 iyun 2023-cü il tarixli 70 saylı arayışından görünür ki, Mil qəsəbə sakini mərhum X2, həyat yoldaşı X3 və ailə üzvülərinə məxsus xüsusi mülkiyyətlərində olan 2.25 ha torpaq sahəsi 2003 cü il tarixdən Mil qəsəbə sakini İddiaçı həmin dövürdən hal-hazırki tarixə kimi torpaq vergisini Mil bələdiyyəsuinin poet hesabına torpaqdan istifadəçi kimi şəxsən özü ödəmişdir. İşdə olan Beyləqan rayon Mil bələdiyyəsinin 22 iyun 2023-cü il tarixli 07 saylı arayışından görünür ki, Beyləqan rayon Mil bələdiyyəsinin ərazisində xüsusi mülkiyyətdə olan pay torpaq sahələri yerləşdiyi ərazidən asılı olaraq qara bazarda 1 ha qiyməti təxminən 6000-7000 manat arasında satışı həyata keçirilir. işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023cü il tarixli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, 2003-cü il tarixli aktın 2-ci vərəqinin arxa tərəfinin yuxarı hissəsində “Quliyeva Atlas” yazılarının qarşısında olan imza və həmin vərəqin orta hissəsində “2” qrafasında “Quliyeva Atlas” yazılarının qarşısında olan imza QULİYEVA(ƏHMƏDOVA) Atlas Məhərrəm qızı tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayon İHB-nın 22 noyabr 1999-cu il tarixli, 82 saylı qərarı ilə JN: 0081 saylı, kod 60709005 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktına əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə 2.25 ha pay torpaq sahəsi verilmişdir. X1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2.25 ha torpaq sahəsini aralarında tərtib edilmiş akta əsasən 2250.000 manata İddiaçı satmışlar və aktı imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında izahat verən Cavabdeh2 imzanın ona məxsus olmasını göstərsə də, iş üzrə alınmış ekspertizanın rəyyindən məlum olmuşdur ki, imza Ətlaz Əhmədovaya məxsusdur. Cavabdehlər torpaq sahəsinin iddiaçının adına sənələşdirəcəklərinə söz versələr də, torpaq sahəsini iddiaçının adına sənədləşdirməmişlər. Ona görə də məhkəmə hazırkı mübahisəyə alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmədə müəyyən edildi ki, 2003-cü ildə tərtib edilmiş aktda cavabdeh Quliyeva (Əhmədova) Atlas Məhərrəm qızı və onun mərhum əri Əhmədov İbrahimin iştirakı olmuş, digər cavabdehlər torpaq alqısatqısında iştirak etməmişlər. Həmçinin həmin aktda 2003-cü il göstərilmiş, aktın hannsı tarixdə tərtib edildiyi, yəni tərəflər arasında olan alqı-satqı münasibətlərinin dəqiq hansı tarixdə yaranmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də onlar arasında bağlanmış alqı-satqı müqaviləsi qanunun tələblərinə cavab vermədiyinə görə həmin müqavilənin təsdiq edilməsi əsaslı sayıla bilməz. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Lakin iddiaçının həmin torpağı almaqdan ötürü cavabdehlərdən Ətlas Quliyevaya (Əhmədova) həmin vaxtkı pulla 2250.000 manat verməsi sübuta yetmişdir. Ona görə də cavabdeh Quliyeva (Əhmədova) Ətlas Məhərrəm qızı hazırda torpağı iddiaçının mülkiyyətinə vermədiyinə görə, yəni üzərinə düşən öhdəliyi icra etməkdən imtina etdiyinə görə iddiaçının həmin torpaq sahəsini almaqdan ötrü ona verdiyi pul hazırkı infilyasiya səviyyəsi nəzərə alınmaqla ondan alınıb iddiaçıya verilməlidir. Həmçinin məhkəmə iddiaçının tələb etdiyi pul tam alınıb verilmədən həmin pay torpağının istifadəsində saxlanması və ya onun torpaqdan çıxmağı və pulun cavabdehlərdən alınıb ona verilməsinin eyni vaxtda icra edilməsinə dair hissəsini əsaslı hesab etmir. Çünki mübahisəli torpaq sahəsi hazırda da iddiaçının istifadəsindədir. Cavabdehlər onun torpaqdan çıxarılmasını tələb etməmiş, bu barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Ona görə iddia həmin hissədə və digər cavabdehlər alqı-satqıda iştirak etmədiklərinə görə onlara qarşı rədd edilməlidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 iyul 2024-cü il tarixli 3-34/2-67/04-1/2024 saylı məktunubdan görünür ki, 2023-cü ildən 2024-cü ilin yanvar-iyun ayları üçün infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indieksi haqqında məlumatlar hər il üzrə əvvəlki ilə nisbətən faizlə müəyyən edilmiş, 2024cü ilin yanvar-iyun ayları üzrə 100,7 faiz müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə alınmış "xxxx" MMCnin 18 iyul 2024-cü il tarixli 51 saylı rəyindən görünür ki, iyul 2003-cü ildəki 450,00 manatın 2024-cü ilin 01 aprel ayı dövrünə müvafiq infilyasiya məbləği nəzərə alınmaqla ekvivalentini 4543,00 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 torpaq alqı-satqısına görə 4543.00 manat, ödənilmiş dövlət rüsumuna görə 33 (otuz) manat, mütəxəssis rəyinin alınmasına görə 53 manat alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 110 manat Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İddia qalan hissədə və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 qarşı rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar