Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-3/2021 23.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı X5 və cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 1,55 ha qanunsuz tutulmuş torpaq sahəsinin geri qaytarılması, 5 il ərzində dəymiş 1500 manat maddi ziyanın ödənilməsi və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 1,55 ha qanunsuz tutulmuş torpaq sahəsinin geri qaytarılması, 5 il ərzində dəymiş 1500 manat maddi ziyanın ödənilməsi və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Şamaxı rayonunun Cəmcəmli kəndində anadan olmaqla, hal-hazırda Qobustan rayonunun Qobustan şəhərində yaşayır. X2 və onun ailəsini təmsil edir. xx xxxxxx 1996-cı il tarixdə gedən islahatla əlaqədar olaraq Ulu öndər Heydər Əliyev tərəfindən qardaşı X10 və onun ailə üzvlərinə JN-133 saylı dövlət aktına əsasən 4,23 ha əkinə yararlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1,55 hektarı “Şanı-nənə” adlanan ərazidə yerləşir. xx xxxxxxx 2014-cü il tarixdən hal-hazıra kimi Cavabdeh tərəfindən qardaşı Nurəliyə məxsus 1,55 ha torpaq sahəsi zəbt edilmişdir. Ona görə də, həmin torpaq sahəsini əkib-becərə bilmir və dövlətin verdiyi imtiyazlardan yararlanmır. Cavabdeh bu müddət ərzində ona 1500 manat maddi ziyan vurmuşdur. Dəfələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə, DAİM-ə, Cəmcəmli kənd bələdiyyəsinə, İcra hakimiyyəti başçısının Cəmcəmli kənd X27 üzrə nümayəndəliyinə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq Cavabdeh qardaşı Nurəliyə məxsus qanunsuz zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaq istəmir. Ona görə də Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş X19 və onun ailə üzvlərinə JN-133 saylı dövlət aktına əsasən verilmiş, “Şanınənə” adlanan ərazidə yerləşən 1,55 ha pay torpaq sahəsinin geri qaytarılması, 5 il ərzində ona dəymiş 1500 manat ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, əkdiyi 2,90 ha çıxarılması tələb edilən torpaq sahəsini xx xxxxxx 2005-ci il tarixdə həmkəndlisi Mirzəliyev Qədim Mirzə oğlundan 20 illik müqavilə əsasında almışdır. Həmin vaxtdan da həmin torpaq sahəsini hər il əkib-beçərir. Həmin sahəni ona torpaq mütəxəssisləri təhkim etmişlər. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş JN133 saylı KOD 30700018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X20 və onun 2 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,23 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Cəmcəmli kənd X27 üzrə nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubda göstərilir ki, İddiaçı ərizəsi əsasən Qobustan rayonunun Cəmcəmli kənd sakini Cavabdeh tərəfindən X11 məxsus əkinə yararlı pay torpaq sahəsində əkin işlərinin aparılmasının dayandırılması səlahiyyətləri çərçivəsində olmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Cəmcəmli bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilir ki, JN-133 nömrəli dövlət aktına əsasən X10 məxsus, lakin xx xxxxxxx 2014-cü ildə notarial qaydasında etibarnamə əsasən ona verilən 1,55 ha torpaq sahəsinin X16 tərəfindən zəbt edilməsi ilə əlaqədar mübahisəli məsələyə çevrilmişdir. Həmin əkin sahəsi mübahisəli olduğundan dəfələrlə ölçülmüşdür. Sonuncu dəfə isə Cəmcəmli kənd sakinləri X17, X12, X6, X25 və Daşınmaz Əmlakın Kadastr Ünvan Reystr xidmətinin 14 saylı X30 Mərkəzinin nümayəndəsi tərəfindən ölçülmüş, lakin bütün bunlara X18 məhəl qoymamışdır. X16 ilə dəfələrlə söhbətlər aparılmışdır. Torpaq sahəsinin ölçülməsi onların səlahiyyətləri çərçivəsində olmadığı üçün aidiyyatı orqanlara müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2640 saylı ekspert rəyində göstərilir ki, 1-ci sual üzrə mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli **********22 saylı mütəxəssis rəyinə əsasən, X7 JN-133 (KOD 30700018) nömrəli Dövlət aktına əsasən mülkiyyətində olan 4.23 hektar torpaq sahəsinin 1.55 hektar olan hissəsinin 0.566 hektarının şumlanmadığı, qalan hissəsinin isə şumlandığı, lakin səpin aparılmadığı, eləcə də şumlanmış və boş saxlanılmış torpaq sahəsinin X8 məxsus olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə mütəxəssis rəyinə əsasən, iddiaçı X21 ilə cavabdeh X4 pay torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi, iddiaçı X7 JN-133 (KOD 30700018) nömrəli Dövlət aktına əsasən mülkiyyətində olan 4.23 hektar torpaq sahəsinin 1.55 hektar olan hissəsi ilə mübahisələndirilən naturada ölçülmüş 0.566 hektarı şumlanmamış, qalanı isə şumlanmış lakin səpin aparılmamış torpaq sahəsinin üst-ütə düşdüyü müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020ci il tarixli **********22 saylı mütəxəssis rəyində göstərilir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahələri naturada koordinatları müəyyən edilməklə ölçüldü. Mübahisələndirilən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. X13 JN-133 nömrəli (KOD 30700018) nömrəli Dövlət aktına əsasən mülkiyyətində olan 4.23 hektar torpaq sahəsinin baxış keçirilən zaman 1,55 hektar olan hissəsinin 0,566 hektarı şumlanmamış, qalanı şumlanmış, lakin səpin aparılmamışdır. Şumlanmış və boş saxlanılmış torpaq sahəsi X8 məxsus deyil, İddiaçı cavabdeh X4 pay torpaq sahələri sənəd üzrə üst-üstə düşmür. X1 JN-133 nömrəli (KOD 30700018) nömrəli Dövlət aktına əsasən mülkiyyətində olan 4,23 hektar torpaq sahəsinin 1,55 hektar olan hissəsi mübahisələndirilən naturada ölçülmüş 0,566 hektarı şumlanmamış, qalanı şumlanmış , lakin səpin aparılmamış torpaq sahəsi üst-ütə düşür. Müəyyən edildi ki, xx xxxxxx 1996-cı il tarixdə gedən islahatla əlaqədar olaraq qardaşı X14 və onun ailə üzvlərinə JN-133 saylı dövlət aktına əsasən 4,23 ha əkinə yararlı pay torpaq sahəsi verilmişdir. Ekspertizanın rəyindən də görünür ki, həmin torpaq sahəsinin 1,55 hektarı “Şanı-nənə” adlanan ərazidə yerləşir. X9 JN-133 (KOD 30700018) nömrəli Dövlət aktına əsasən mülkiyyətində olan 4.23 hektar torpaq sahəsinin 1.55 hektar olan hissəsinin 0.566 hektarının şumlanmamış, qalan hissəsi isə şumlanmış, lakin səpin aparılmamışdır. Şumlanmış və boş saxlanılmış torpaq sahəsi X8 məxsus olmadığı müəyyən edilmişdir. X19 ilə cavabdeh X4 pay torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmür, iddiaçı X15 JN-133 (KOD 30700018) nömrəli Dövlət akına əsasən mülkiyyətində olan 4,23 hektar torpaq sahəsinin 1,55 hektar olan hissəsi ilə mübahisələndirilən naturada ölçülmüş 0,566 hektarı şumlanmamış, qalanı isə şumlanmış lakin səpin aparılmamış torpaq sahəsinin üst-ütə düşdüyü müəyyən olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh hərəkətləri ilə qanunsuz olaraq əkin sahəsini 5 il müddətdə zəbt etməsi nəticəsində 1500 manat ziyan dəyməsini təsdiq edən əsaslı sübut məhkəməyə təqdim olunmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsində qeyd olunur ki, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh X22 və onun ailə üzvlərinin mülkiyyətində olan, zəbt etdiyi 1,55 ha pay torpaq sahəsindən çıxarılmalı, Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməli, 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X22 və onun ailə üzvlərinin mülkiyyətində olan, zəbt etdiyi 1,55 ha pay torpaq sahəsindən çıxarılsın. Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-3/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-3/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver