Məhkəmə qərarları › İş №2(102)-585/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-585/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-585/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin aldatma və ya yanılma səbəbilə etibarsızlığı, iradənin zədələnməsi ilə bağlanmış əqdin mübahisə edilməsi, bunun üçün tətbiq edilən kəsici müddətin hesablanması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2689/2020 nömrəli iş üzrə xx xxxxxx 20 20-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsədlə Abşeron rayonu Məmmədli kəndində satılan torpaq sahəsinin sahiblərinin tapşırığını yerinə yetirən şəxslərlə birlikdə sahəyə yerində baxmışdır. Sahəni açıq (boş) və düz ərazidə yerləşməsi, ətrafında tikinti olmamasına görə bəyənmiş və oradan 0.12 ha sahə almağa qərar vermişdir. İddiaçı həmin şəxslərin iştirakı ilə alacağı torpaq sahəsinin sərhədlərini özül qazmaqla müəyyənləşdirmişdir. Beləliklə, tərəflər həmin sahənin alqı-satqısını notarial qaydada rəsmiləşdirmək barədə razılığa gəlmişlər. 2. xx xxxxxx 2015-ci il tarixdə Abşeron rayonu 1 nömrəli n otariat kontorunda təsdiqlənmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 özlərinə məxsus, Abşeron rayonu Məmmədli kəndində yerləşən 4.5198 ha torpaq sahəsinin 0.12 ha hissəsini 11.400 manata alıcı İddiaçı satmışlar.

3. Daşınmaz X3i Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 4. 2018-ci ilin dekabr ayında iddiaçı aldığı torpaq sahəsinin başqası tərəfindən daş hasara alındığı görmüşdür. Bununla əlaqədar Daşınmaz X3i Xidmətinin 4 saylı ərazi idarəsinə ərizə ilə müraciət edərək, ona məxsus olan torpaq sahəsinin yerinin dəqiqləşdirilməsini xahiş etmişdir. Həmin q urumun xx.xx.2019-cu il tarixli məktubundan aydın olmuşdur ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki olaraq sahəsinin 0,1045 ha hissəsi ərazidə inşa edilmiş daş hasarın daxilində yerləşir və torpaq sahəsində özül qazılmışdır. Faktiki torpaq sahəsinin bir hissəsi (0,072 ha) **********85 reyestr nömrəli, bir hissəsi isə (0,0325 ha) **********10 reyestr nömrəli X1 mülkiyyətində olan torpaq sahələri üst-üstə düşür.

5. Bundan sonra iddiaçı özünə məxsus mülkiyyət şəhadətnaməsində göstərilən torpaq sahəsinin əslində ona satılmaq üçün göstərilmiş yerdə deyil, ondan kənarda - boru xətti keçən yerdə, habelə yüksək gərginlikli elektrik xəttinin altında yerl əşdiyini aşkar etmişdir. Bununla əlaqədar pulunun qaytarılmasını tələb etmiş və xx.xx.2019-cu ildə Abşeron rayon Polis idarəsinə müraciət etmişdir. Həmin idarənin İstintaq şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2019-cu ildə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 0,12 ha torpaq sahəsinin alqı-satqısı barədə AN-İ seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz X3 Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, 0,12 ha torpaq sahəsinə görə ödədiyi 12.000 manat pulun, dəym iş ziyana və müqavilə üzrə dəbbə puluna görə 3.000 manat vəsaitin, mənəvi ziyana görə 5.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilə öncəsi danışıqlarda ona başqa torpaq sahəsi göstərilməklə əslində tamamilə yararsız olan başqa ərazidəki sahəni onun adına rəsmiləşdirmişlər. Bununla da, cavabdehlər tərəfindən aldadılmışdır. Bu məsələ ilə bağlı polis orqanına müraciət etmiş və orada aparılmış araşdırma nəticəsində xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh5 etiraf etmişdir ki, torpaq sahəsi onlara qaytar ıldıqdan sonra torpağın alınması üçün verilmiş pul və ona dəymiş 3.000 manat ziyan ödəniləcəkdir. Göründüyü kimi, cavabdehlər hər şeyi etiraf edir, hətta ona vurmuş olduqları zərərə görə 3.000 manat ödəmək niyyətindədirlər. Əslində həmin qərarla cavabdehlər hər şeyi etiraf edir, həm ondan torpağa görə aldıqları pulu, həm də ona vurduqları ziyanı ödəyəcəklərini vəd edirlər. Buna baxmayaraq Cavabdeh5 dediklərinin əksinə olaraq, mülkiyyətçilər heç bir pul qaytarmayacaqlarını bildirmişlər. Hesab edir ki, satdıqları torpaq sahəsini başqa bir şəxsə təkrar satdıqları üçün həmin torpağın ona verilməsi mümkünsüzdür. Belə olduğu halda torpağın dəyərinin ona qaytarılmasından başqa çıxış yolu yoxdur. Bununla yanaşı qeyd edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona satılmış torpaqdan i stifadə edə bilməmiş və nəticədə xeyli miqdarda real zərərlə qarşılaşmışdır. Torpaq sahəsinə vermiş olduğu 12.000 manat vəsait özündə qalmış olsaydı, həmin vəsaiti dövriyyədə saxlamaqla xeyli miqdarda gəlir əlldə etmiş olardı. İddiaçı, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci və 339-cu maddələrinə istinad etmişdir.

8. Cavabdehlər birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişlər.

9. Nərimanov Rayon Məhkəməsinin (hakim Vəkil) xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-3693/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 arasında bağlanmış və xx.xx.2015-ci tarixdə qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaç ı ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2015-ci ilə tarixdə qeydə alınmış alqısatqı müqaviləsi əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh6 torpaq sahəsinin dəyəri olaraq ödəmiş olduğu 11.400 manat pulun tutulması, İddiaçı xeyrinə Cavabdeh5 mənəvi zərərin əvəzi olaraq 2.000 manat pulun tutulması, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh6 və Cavabdeh5 ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından da görünür ki, İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur. Faktiki torpaq sahəsi 0,1045 ha hissəsi ərazidə inşa edilmiş daş hasarın daxilində yerləşir və torpaq sahədə özül qazılmışdır. Faktiki torpaq sahəsinin bir hissəsi (0,072 ha) **********85 reyestr nömrəli, bir hissəsi isə (0,0325 ha) **********10 reyestr nömrəli X1 mülkiyyətində olan torpaq sahələri üst-üstə düşür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya satılan torpaq sahəsinə dair hüquqverici sənədlər olsa da, əslində ona satılmaq üçün göstərilən torpaq sahəsinin yeri tamamilə kənarda boru xətti və yüksək gərginlikli elektrik xəttinin birbaşa altında olan torpaq sahəsinin ərazisinə düşür. İstintaq orqanının qərarından o da aydın olur ki, sözügedən torpaq alqı-satqısında vasitəçilik etmiş Cavabdeh5 həmin torpaq sahəsinin problemli olması ilə əlaqədar mülkiyyətçilər tərəfindən ona heç nə deyilməməsini, həmin torpaq sahəsi onlara qaytarıldıqdan sonra torpağın alınması üçün verilmiş pul və iddiaçıya dəymiş 3.000 manat ziyan onun tərəfindən ödəniləcəyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qeyd edilən torpaq sahəsinin aldadılma yolu ilə ona satılması səbəbindən istəmir və ona satılan torpaq sahəsindən də faktiki olaraq istifadə etmir. Paylı mülkiyyətçi olan cavabdehlər alqı-satqı münasibətlərində ilk əvvəl iştirak etməmiş, müqavilə rəsmiləşdirilərkən tərəf kimi şəxsən iştirakları olmuşdur. Buna qədər isə torpağın alqı-satqısı ilə bağlı bütün danışıqlar və razılaşmalar vasitəçilik edən Cavabdeh5 i lə həyata keçirilmiş və məhz sonuncunun göstərdiyi torpaq sahəsinin digər cavabdehlərə məxsus olan torpaq sahəsi olmasını inandırmış, iddiaçı da ona inanaraq bəyəndiyi həmin torpaq sahəsini almağı arzu etmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh5 iddiaçıya göstərdiyi və satmaq niyyətində olduğu torpaq sahəsi digər şəxsin mülkiyyətində olan torpaq sahəsidir. Birinci instansiya məhkəməsi qeyd edilən hallara MM-in 337-ci maddəsini tətbiq edərək bu qənaətə gəlmişdir ki, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsaslıdır. Eyni zamanda iddiaçı DƏDRX-nin məktubuna əsasən aldadıldığını bilən kimi hüquq mühafizə orqanlarına müraciət etmiş və sonradan da məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Bu səbəbdən iddiaçı əqdin etibarsızlığı ilə bağlı MM-in 354.2-ci maddəsindəki müddəti ötürməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2689/20 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)3693/2019 saylı qətnaməsi ləğv, iddia tələbi isə rədd edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsini həmin əmlakın paylı mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh6 əvəzi ödənilməklə əldə etmişdir. H əmin alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinin tələblərinə əməl edilməklə Azərbaycan Respublikası Daşınmaz X3 Xidmətinin 4 saylı ərazi idarəsində qeydə alınmış və cavabdehin adına torpağa dair mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, əmlakın paylı mülkiyyətçisi olmuş satıcılar tərəfindən müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı təqsirli hərəkətə yol verilməmişdir. Bundan başqa, iddiaçı onun əmlakın alqı-satqısında vasitəçilik etmiş Cavabdeh5 tərəfindən aldadıldığını özü etiraf etmişdir. Əmlakın alqı-satqısında vasitəçilik etmiş şəxs alqı-satqı müqaviləsinin tərəfi olmamış, yalnız vasitəçi lik funksiyasını yerinə yetirmişdir. Bunu tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin məzmunundan da görmək olar. Belə ki, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsini əmlakın paylı mülkiyyətçiləri nümayəndə vasitəsilə deyil, özləri şəxsən imzalamışlar. Bu səbəbdən də əmlak alqı-satqısında vasitəçilik etmiş şəxsin iddiaçını aldatmaqla bağlı hər hansı hərəkətləri bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. Bundan əlavə, iddiaçı hazırkı iddianı əqdin etibarsızlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə qaldırmışdır. Qanunvericiliyə görə daşınmaz əmlakla, o cümlədən toraq sahəsi ilə bağlı alqı-satqı notarial qaydada rəsmiləşdirildikdən sonra, yaranmış hüquqların Dövlət Reyestrində qeydiyyatının aparılması, o cümlədən bu cür qe ydiyyatın aparılması ilə bağlı hərəkətlər (o cümlədən, ərazinin texniki göstəricilərinin yerində müəyyən edilməsi) alıcının müraciəti əsasında həyata keçirilir. Belə olan halda, iddiaçının ona cavabdehlər tərəfindən bir torpaq sahəsinin göstərilərək, başqa torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı dəlilləri əsassızdır. Alğı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsinin texniki göstəricilərinin və koordinatlarının müəyyən edilməsi ilə bağlı cavabdehlər heç bir məsuliyyət daşımırlar və bu göstəricilərdə hər hansı səhvin olması ilə bağlı riski cavabdehlər deyil, iddiaçı özü daşımışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı müqavilə bağlanarkən cavabdehlər tərəfindən aldadıldığını bilməli olduğu və həmin müqavilənin etibarsızlığını mübahisələndirməkl ə bağlı müddət onun göstərdiyi kimi, 2018-ci ilin dekabr ayında həmin torpaq sahəsinin başqa şəxslər tərəfindən hasara alındığını aşkar etdiyi vaxtdan deyil, mübahisəli torpaq sahəsinə dair texniki pasportun tərtib edildiyi vaxtdan, yəni xx.xx.2015-ci il tarixdən hesab edilməlidir. Yəni, iddiaçı qeyd edilən tarixdə kifayət qədər ehtiyat və diqqət göstərib həmin alqı-satqı müqaviləsinin bağlandığı torpaq sahəsinin deyil, ondan 50 metr aralıda yerləşən başqa torpaq sahəsinin texniki göstəricilərinin müqavilə üzrə texniki pasporta daxil edilməsindən məlumatlı olmalı idi. Hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə 2019-cu ilin iyul ayında, yəni bu tarixdən təxminən 4 il sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə t utulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımdan mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi tələbi Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən etibarsız əqdlər üzrə müddətlər ötürülməklə verildiyinə görə rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etm işdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti əsassızdır. Çünki iddiaçı, dəyərini ödəyərək alqı-satqı müqaviləsi əsasında aldığı Abşeron rayonu Məhəmmədi kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair müqavilə bağlanarkən ona göstərilən torpaq sahəsindən 50 metr aralıda yerləşməsini torpaq sahəsinə dair texniki pasportun tərtib edildiyi vaxt bilə bilməzdi. O, müvafiq sahə üzrə mütəxəssis deyil ki, həmin torpaq sahəsinə dair verilmiş texniki pasporta baxan kimi həmin torpaq sahəsinin ona satılan torpaq sahəsi olmadığını anlasın. İddiaçı, aldadıldığını X2 Komitəsi yanında Daşınmaz X3i Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona göndərilən xx.xx.2019-cu il tarixli cavab məktubunu aldıqdan sonra bilmişdir. Qeyd edilən tarixdən 6 ay sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən müddəti ötürülməmişdir. İstintaq orqanının qərarından görünür ki, torpağı ona satmış Cavabdeh5 etiraf edir ki, iddiaçıya hansı torpaq sahəsini satmış, lakin sonradan bütün torpaq sahəsinə müştəri çıxdığından, ona satmış olduğu torpaq da həmin böyük torpaq sahəsinin ortasında yerləşdiyi üçün iddiaçının da torpağını digər torpaqları ilə birlikdə satmışdır. Elə bu səbəbdən də iddiaçıdan aldıqları pulu qaytarmağa hazırdırlar, hətta 3000 manat da iddiaçıya vurduqları zərərə görə ödəməyə hazırdırlar, bir şərtlə ki, iddiaçı da torpaq sahəsinin sənədlərini ləğv edib torpağı onlara geri qaytarsın. Bu qərar bir daha sübut edir ki, iddiaçıya göstərdikləri sahəni bilərəkdən başqa sahə ilə əvəz edərək sənəd ləşməni də öz niyyətlərinə uyğun aparmışlar. Belə olduğu halda, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunla nəzərdə tutulan müddəti ötürməmişdir. Bundan əlavə, onun bağladığı əqdlə bağlı vacib əhəmiyyətli yanılma deyil, aldatma baş vermişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinin dispozisiya şərtləri pozulmaqla, yəni aldatma nəticəsində bağlandığı üçün etibarsız hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keç irilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

20. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

22. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

23. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad e dərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

24. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

25. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

26. Maddə 347.2.1, 347.2.2 və 347.2.3. Şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılmadır.

27. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ma raqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətində qətnamə ta m mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bi ldirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Baxılan işdə iddiaçı bildirir ki, ona satılmış torpaq sahəsi müqavilə öncəki danışıqlarda ona göstərilən və işarələnməklə sərhədləri qoyulan sahə olmamışdır. Başqa sözlə, cavabdehlərin satışla bağlı tapşırığını yerinə y etirən şəxs(lər) ərazidə ona bir yeri göstərmiş, cavabdehlər isə ona tamamilə başqa yeri satmışlar. Bu halı Daşınmaz X3i Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan anlamış və dərhal pulunun geri qaytarılmasını tələb etməklə polis orqanına müraciət etmişdir (§ 1-2, 4-5).

34. Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində izahatı alınmış Cavabdeh5 izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsi Lidiya Mixaylovnaya məxsus olmuş, həmin şəxs torpaq sahəsini satmaq üçün ona rəsmi etibarnamə vermişdir. Buna əsasən Zöhrab adlı şəxsin gətirdiyi müştəri İddiaçı 0.12 ha torpaq sahəsini satmaq barədə razılığa gəlmişlər. Satılacaq sahə İddiaçı göstərilmişdir. Həmin sahə açıq olmuş, orada heç bir tikili, elektrik və ya kommunikasiya xətləri olmamışdır, habelə torpaq sahəsi ö lçülmüşdür. İddiaçı sahəni almağa razılıq verdikdən sonra Xırdalan şəhərindəki 1 saylı notariat kopntorunda Cavabdeh1 nümayəndəsi Məryəmnisə Hüseynquliyevanın iştirakı ilə tərəflər arasında müqavilə imzalanmış, torpağın dəyəri olan 11.400 manat pul ödənilmişdir. Həmin puldan ona 3.000 manat verilmişdir. Torpaq sahəsinin problemli olması ilə bağlı ona heç nə deyilməmişdir. İddiaçı satılan sahəni qaytardıqdan sonra torpağa görə ödədiyi pulu və 3000 manat ziyanı qaytaracaqdır (iş vər.13).

35. İddiaçının əslində almaq istədiyi (açıq, elektrik və ya kommunikasiya xətləri olmayan) torpaq sahəsinin sərhədlərinin bünövrə qazılaraq işarələnməsi barədə bildirikləri DƏDRX-nin xx.xx.2019-cu il tarixli məktubu ilə də təsdiqlənir. Belə ki, həmin məktubda faktiki olaraq sahəsinin 0,1045 ha hissəsinin ə razidə inşa edilmiş daş hasarın daxilində yerləşdiyi və torpaq sahəsində özül qazıldığı qeyd olunur (§ 4).

36. Buna baxmayaraq iddiaçıya satılmış sahənin əslində kənarda yerləşməklə oradan elektrik və digər kommunikasiya xətlərinin keçməsi işə əlavə edilmiş fotoşəkillərlə təsdiqlənir (iş vər.41-42).

37. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçı, Abşeron rayonu Məmmədli kəndində hər hansı yerdə deyil, məhz açıq ərazidə, kommunikasiya xətləri keçməyən yerdə 0.12 ha sahə almaq niyyətində olmuş, cavabdehlərin tapşırığını yerinə yetirən Cavabdeh5 göstərdiyi ərazini bu xüsusiyyətlərə uyğun gəldiyinə görə bəyənmiş, bilavasitə həmin ərazidə almaq istədiyi torpaq sahəsini müəyyən etmək üçün bünövrə qazmaqla nişanlamışdır. Bu hallardan aşkar şəkildə görünür ki, iddiaçıya açıq olmayan və ya tikililər inşa edilmiş, yaxud kommunikasiya xətləri keçən ərazidə torpaq təklif ediləcəyi halda o, həmin alqı-satqı müqaviləsini bağlamayacaqdı.

38. Buna baxmayaraq tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə ona əslində almaq istədiyi və nişanladığı sahədən 50 metr kənarda yerləşən, habelə kommunikasiya xətləri keçən torpaq sahəsi satılmışdır.

39. Göründüyü kimi sözügedən müqavilənin predmeti olan əşyaya dair iddiaçıda olan məlumatlarla əldə etdiyi əşyanın göstəriciləri eyni olmamışdır. Başqa sözlə, iddiaçının niyyəti və bəyan etdiyi iradəsi müqavilədə göstərilən əşyanı almaq deyildi. Yəni o, müqavilənin predmetinə münasibətdə ya yanılmış, ya da aldadılmışdır. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 339.2-ci və 347.2-ci maddələri nəzərdən keç irilə bilər (§ 22, 25-26).

40. Göstərilən normaların məzmunundan göründüyü kimi, əgər əqd bağlanarkən şəxsin açıqladığı iradə bəyanı düşündüyünə uyğun deyilsə bu, açıqlamada yanılma (MM, 347.2.1), əgər şəxs iradənin təşəkkül tapmasına təsir edən amillərdə yanılmışsa bu, qənaətdə yanılma (MM, 347.2.2 və 347.2.3.) sayılır. Qanunverici hər yanılmaya görə deyil, məhz vacib əhəmiyyətli yanılmaya görə əqdin etibarsılığı imkanını nəzərdə tutulmuşdur. Yanılma o zaman hüquqi əhəmiyyətli sayıla bilər ki, o, ya əqd bağlanarkən mövcud olan, ya da keçmişdəki bir məsələ ilə bağlı olsun. Gələcəkdə baş verəcək bir məsələ ilə bağlı yanılmanın hüquqən əhəmiyyəti yoxdur.

41. Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.

43. Hazırkı işdə iddiaçı, cavabdehlər və onların adından hərəkət edən şəxslər tərəfindən aldadıldığını bildirərək bağlanmış əqdi mübahisələndirmişdir (§ 7).

44. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin satıcılar tərəfindən müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı təqsirli hərəkətə yol verilməməsi, iddiaçının alqı-satqıda vasitəçilik etmiş Cavabdeh5 tərəfindən aldadıldığını özünün etiraf etməsi, həmin şəxsin müqavilənin tərəfi olmaması, yalnız vasitəçilik funksiyasını yerinə yetirməsi, vasitəçilik etmiş şəxsin iddiaçını aldatmaqla bağlı hərəkətlərinin alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olmaması barədə mövqeyi ilə razılaşmır.

45. Ona görə ki, əqdin bağlanmasına dair ald adıcı davranış müqavilənin tərəfi ilə yanaşı, əqdin bağlanmasında köməyindən istifadə edilən şəxs (təmsilçi, vəkaləti yerinə yetirən və b.) tərəfindən də edilmiş ola bilər. Aldatmanı üçüncü bir şəxs etdiyi halda müqavilə tərəfi bu aldatmanı bilmişsə və ya bilməli idisə əqd aldatma səbəbilə etibarsız sayıla bilər. Təsadüfi deyil ki, qanunda “üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər” qaydası nəzərdə tutulmuşdur (§ 23).

46. Hazırkı işdə cavabdehlərin əqddən fayda götürmələri şübhəsizdir. Eyni zamanda iddiaçıya satılan yeri deyil, faktiki olaraq başqa yeri göstərən Cavabdeh5 köməyindən satıcıların istifadə etmələri elə Cavabdeh5 öz izahatı ilə təsdiqlənir. Digər tərəfdən cava bdehlərin mülkiyyətində olan torpaq sahəsində iddiaçının almaq üçün bünövrə ilə nişanladığı yeri deyil, başqa ərazini satdıqlarından xəbərlərinin olmaması inandırıcı görünmür.

47. Bu baxımdan iddiaçının cavabdehlərlə bağlanmış alqı-satqı müqaviləsini aldatma səbəbilə mübahisələndirməsinin MM-in 339.2-ci və 339.3-cü maddələrinə uyğun olub-olmamasına müvafiq qiymət verilməldir.

48. İddiaçının cavabdehlər və ya onların xidmətindən istifadə etdiyi şəxslər tərəfindən aldadılması sübuta yetirilməsə belə, işin hallarına görə alqı-satqı müqaviləsinin predmetinə münasibətdə İddiaçı vacib əhəmiyyətli yanılmaya düşməsi araşdırılmalı, iddiaya hansı səbəbdən MM-in 347ci maddəsinin tətbiq edilmədiyi əsaslandırılmalıdır.

49. Nəzərdən qaçırılmamalıdır ki, hakim tələbə dair iddiaçının hüquqi əsaslandırması na bağlı deyil. İşə mahiyyəti üzrə baxan məhkəmə iddiaçının bildirdiyi faktiki hallara uyğun gələn hüquqi əsası (maddi hüquq normasını) öz xidməti vəzifəsinə görə müəyyən etməklə yoxlamalıdır. Çünki, hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.

50. Kollegiya apellyasiya məhkəməsinin əqdin etibarsızlığına dair qanunvericiliklə müəyyən edilmiş mübahisələndirmə müddətinin ötürülməsi barədə mövqeyini də əsassız sayır.

51. Bu xüssuatla bağlı əvvəlcə qeyd olunmaldır ki, MM-in 354.2-ci madəsindəki müddətlər əqdin etibarsız sayılması haqqında iddia qaldırılması üçün deyil, iradənin zədəl ənməsi hallarına görə əqdin mübahisələndirilməsi üçün müəyyən edilmiş kəsici müddətlərdir (§ 27). Çünki qanunverici həmin normada “tələb irəli sürmə” və ya “iddia qaldırma” ifadələrini deyil, “mübahisə edə bilər sözlərini işlətmişdir.

52. Mübahisələndirmə dedikdə isə tərəfin bağlanmış əqdlə bağlı olmadığını (bu barədə iradə ifadəsini) qarşı tərəfə bildirməsi başa düşülür (§ 19, MM-in 337.2-ci maddəsinin ikinci cümləsi). Mübahisə etmək hüququndan istifadə edən şəxs özünün iradə bəyanını qarşı tərəfə çatdırdığı andan əqdi mübahisələndirmiş və etibarsızlıqla bağlı hüquqi nəticəni əmələ gətirmiş sayılır (§ 20).

53. Qanunvericinin belə qayda müəyyən etməsi ona dəlalət edir ki, əqdin mübahisələndirilməsi üçün mütləq qaydada iddia qaldırmağa və bununla bağlı məhkəmə qərarı almağa gərək yoxdur. Ba şqa sözlə, əqdin etibarsızlığı nəticəsini məhkəmənin qərarı deyil, mübahisə edilən əqdlərdə tərəfin onu müvafiq əsasla mübahisələndirməsi faktı meydana gətirir. Bununla belə, tərəflər öz aralarında fikir ayrılığına düşdükdə əqdin etibarsız olmasının müəyyən edilməsi və əqd əsasında verilənlərin geri qaytarılması barədə iddia qaldıra bilərlər (§ 24). Belə olan halda, məhkəmə əqdin etibarsız olub-olmamasını işin sübut edilən faktiki hallarına görə təsbit etməklə mübahisəni buna uyğun həll edir.

54. Əqdi mübahisələndirmək üçün müddətin başlanığıcının hansı vaxtdan hesablanması da mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, aldadılma və yanılma hallarında müddətin axımı müqavilə tərəfinin öz hüququnun pozulduğunu (aldadıldığını, yaxud yanıldığını) bildiyi və ya bilməli olduğu vaxtdan baş lanır.

55. Baxılan işdə apellyasiya məhkəməsi iddiaçıya münasibətdə sözügedən müddəti torpaq sahəsinə dair texniki pasportun tərtib edildiyi xx.xx.2015-ci il tarixdən hesablamışdır. Bu barədə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı qeyd edilən tarixdə kifayət qədər ehtiyat və diqqət göstərib müqavilənin bağlandığı torpaq sahəsinin deyil, ondan 50 metr aralıda yerləşən başqa torpaq sahəsinin texniki göstəricilərinin müqavilə üzrə texniki pasporta daxil edilməsindən məlumatlı olmalı idi.

56. Kollegiya bu mövqe ilə razılaşmır ona görə ki, alınan torpaq sahəsinə dair plan və ölçü sənədi daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışla və müvafiq miqyaslarla (1:10000 və ya 1:1000) tərtib edilir. Özü də həmin sənədləri müqavilə tərəfləri deyil, aidiyyəti dövlət orqanının mütəxəsisslər i hazırlayır. Həmin sənədlərdəki göstəricilərlə (koordinatlarla) və ya sənədlərə vizual baxışla hektarlarla torpaq sahəsi içərisindən alınan 0,12 ha sahənin yerini ərazidə ona göstərilmiş yerlə eyniləşdirmək imkanı alıcı üçün mümkünsüzdür. Məlum olduğu kimi, mübahisəli ərazinin naturada yerini həmin plan və sxemi aparan dövlət qurumunun mütəxəssisləri belə müvafiq koordinatlar və xüsusi cihazlarla ölçmələr aparmadan müəyən edə bilmirlər. Belə olan halda, idiaçıya təqdim olunmuş sxemdəki sahənin onun əslində almaq istədiyi sahə ilə üst-üstə düşmədiyini bilməsini iddiaçıdan gözləmək, onun kifayət qədər ehtiyat və diqqət göstərməklə bu halı bilməli olması qənaətinə gəlmək doğru yanaşma sayıla bilməz.

57. İşin hallarından görünür ki, iddiaçı ona satılan sahənin əslində almaq istədiyi sahə ol madığını Daşınmaz X3i Xidmətindən xx.xx.2019-cu il tarixli rəsmi məlumatı aldığı vaxt bilmişdir. Ona görə də əqdi münahisələndirmək üçün iddiaçıya tətbiq edilən müddətin başlanığıcı məhz həmin tarixdən hesablanmalıdır. İddiaçı isə bundan sonra bir neçə gün ərzində pulunun geri qaytarılmasını istəmiş, müsbət nəticə əldə etmədiyi üçün xx.xx.2019-cu ildə polis orqanına müraciət etmiş, xx.xx.2019-cu il tarixdə isə məhkəmədə iddia qaldırmışdır.

58. Beləliklə, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün iddiaçının aldadılmasına və ya yanılmasına dəlalət edən hallar (tələbin MM-in 339-cu və ya 347-ci maddələrin dispozisiya şərtlərinə uyğun olub-olmaması) tərəflərin iştirakı ilə tam və hərtərəfli araşdırılmalı, iddiaçının razılaşma ilə bağlı olmadığı və pulunu geri istəməsi barədə iradə ifadəsini müqavilənin qarşı tərəfinə nə vaxt bildirməsi, yəni əqdi hansı tarixdə mübahisələndirməsi aydınlaşdırılmalıdır. Bu araşdırmanın nəticəsindən asılı olaraq iddiaçının əqdi mübahisələndirmək üçün yanılma səbəbilə bir aylıq, aldatma səbəbi ilə bir illik müddəti ötürüb-ötürmədiyi müəyyən edilməli və iddiaya yekun hüquqi qiymət verilməlidir.

59. Buna baxmyaraq apellyasiya məhkəməsi yuxarıda göstərilən qaydaları nəzərə almadan maddi hüquq normalarını səhv tətbiq etmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən halların araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2689/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar