Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-693/2023 22.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən onun və aillə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini özbaşına olaraq zəbt etməkdə davam edən cavabdeh- Cavabdeh1 torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Beyləqan rayonun Şərq qəsəbəsi ərazisindən 7,61 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 3,0165 hissəsi bir ərazidə, digər 4,5907 ha hissəsi isə başqa ərazidə yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsinin bir hissəsini əvvəllər X2 torpağı zəbr edərək istifadə etmişdir. Sonradan isə Nəsimi Maqsudov rəhmətə getmiş və həmin vaxtdan da həmin torpaq sahəsindən onun bacısı Cavabdeh1 özbaşına olaraq zəbt edərək istifadə edir. Torpaq sahəsinin boşaldılması üçün cavabdeh- Cavabdeh1 etdiyi müraciətlərin və, təkliflərin heç bir nəticəsi olmamışdur. Belə ki, cavabdeh- Cavabdeh1 torpaq sahəsindən könüllü olaraq çıxmır və torpaq sahəsindən sərbəst surətdə istifadə etmələrinə imkan vermir. Buna görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən onun və aillə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini yəni 1,30 ha torpaq sahəsini özbaşına olaraq zəbt etməkdə davam edən cavabdeh- Cavabdeh1 torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh teleqram göndərərək xəstə olduğuna görə işin başqa vaxta təxirə salınmasını xahiş etmiş, işin baxılması 22 may 2023-cü il tarixə təxirə salınaraq məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat vedrilmiş, cavabdeh məhkəmə bildirişini almasına baxmayaraq yenə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, eləcə də xəstəliyi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan JN203 KOD60714018 nömrəli Dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Beyləqan rayonun Şərq qəsəbəsi ərazisindən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 7,61 ha pay torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, Reyestr nömrəsi **********95 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin 3,0165 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin 4.5907 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli, 29993 saylı rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon X1 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203, Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 1,30 ha hissəsi cavabdeh X2 tərəfindən istifadə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və onun ailə üzvlərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini əvvəllər X2 istifadə etmişdir. Nəsimi Maqsudov rəhmətə gedəndən sonra mübahisəli torpaq sahəsindən onun bacısı Cavabdeh1 istifadə edir. İddiaçının müraciətlərinə baxmayaraq Cavabdeh1 həmin torpaq sahəsindən çıxmamışdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən İddiaçı və aillə üzvlərinin mülkiyyətinə verilmiş 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi hissəsindən Cavabdeh1 çıxarılmalıdır. İşə əlavə edilmiş şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı şəhid ailəsidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən Cavabdeh1 dövlət rüsumuna görə 100 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən İddiaçı və aillə üzvlərinin mülkiyyətində olan 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,30 ha hissəsindən çıxarılsın. Cavadeh Cavabdeh1 dövlət rüsumuna görə 100 ( bir yüz) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-693/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-693/2023
22.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver