Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-7/2025 01.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı1 nümayəndəsi və vəkili Vəkil Səvaz oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh2 İdris oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma və zərər tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan 15 avqust 1963-cü ildə anadan olmuş Cavabdeh2 İdris oğlunun, 15 avqust 1968-ci ildə anadan olmuş Cavabdeh1, xx xxxxx 1988-ci ildə anadan olmuş Cavabdeh3, 29 avqust 1989-cu ildə anadan olmuş Cavabdeh4 Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş və J№ 0182 saylı kod: 60700038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmiş, Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı əkinə yararlı 40490,00 kv.m ha torpaq sahəsinin 19857,52 kv.m hissəsindən məcburi qaydada çıxarılması, 19857,52 kv.m torpaq sahəsinin təhvil verilməsi, cavabdehlərə həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və cavabdehlərdən 100 manat dövlət rüsumu məbləğində zərərin alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil Səvaz oğlu məhkəmədə verdiyi izahatında göstərdi ki, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı əkinə yararlı 40490,00 kv.m (4.49 ha) torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi J№ 0182 saylı kod: 60700038 “ Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin Dövlət aktı 23 dekabr 2003-cü i il tarixdə 182 nömrə ilə keçmiş DTXK-nin Beyləqan rayon şöbəsində Dövlət Aktı qeydiyyatı kitabında qeydiyyata alınmışdır. İddiaçılara verilmiş torpaq sahəsi iki konturda - 19857,52 kv.m h hissəsi bir, 25020,00 hissəsi isə başqa konturda yerləşir. Həmin torpaq sahəsinin 19857,52 kv.m hissəsi cavabdehlər Cavabdeh2 İdri oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 tərəfindən zəbt edilərək istifadə edilir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər qanunsuz hərəkətlərinə son qoymamışlar. Ona görə də cavabdehlər Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan 15 avqust 1963-cü ildə anadan olmuş Cavabdeh2 İdris oğlunun, 15 avqust 1968-ci ildə anadan olmuş Cavabdeh1, xx xxxxx 1988-ci ildə anadan olmuş Cavabdeh3, 29 avqust 1989-cu ildə anadan olmuş Cavabdeh4 Beyləqan rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş və J№ 0182 saylı kod: 60700038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmiş, Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı əkinə yararlı 40490,00 kv.m ha torpaq sahəsinin 19857,52 kv.m hissəsindən məcburi qaydada çıxarılması, 19857,52 kv.m torpaq sahəsinin təhvil verilməsi, cavabdehlərə həmin torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və cavabdehlərdən 100 manat dövlət rüsumu məbləğində zərərin alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılar və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-182 nömrəli, kod 60700038 saylı Dövlət aktından görünür ki, X2 və ailə üzvlərinə Beyləqan rayon X3 22 oktyabr 2001-cı ıl tarixli 107 nömrəli qərarı ilə 4 49 ha (40490 kv.m) torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı1 vəsatəti əsasında məhkəmənin 31 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli, 3-16- 16/2- 10/2741 nömrəli rəyindən görünür ki, tədqiqat nəticəsində -qərardadın birinci sualı üzrə: Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Beyləqan rayonu X4 22 oktyabr 2001-ci il tarixli 107 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dairJN-182 nömrəli, kod 60700038 saylı "Dövlət aktı ilə mülkiyyətində olan 4.49 ha (40490kv.m)torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün araşdırma aparan zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsi 2.50 ha (JN182A üzrə) və 1.99 ha(JN182üzrə) olmaqla 2 hissədən ibarət olmuşdur. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus mübahisəli ərazidə yerləşmədiyi və mübahisə predmeti olmadığı üçün mübahisə predmeti olan 1.99 ha (JN182 üzrə) hissəsinin yerləşdiyi ərazidə tədqiqat aparılmışdır. 4.49 ha torpaq sahəsinin 2.50 ha (JN182A üzrə) hissəsi mübahisəli ərazidə yerləşmədiyi və mübahisə predmeti olmadığı üçün mübahisə predmeti olan 1.99 ha (JN182 üzrə) hissəsinin yerləşdiyi ərazidə tədqiqat aparılmışdır. Odur ki, İddiaçı1 və ailə üzvlərinin faktiki istifadəsində olan və X1 X5 (TEKUlS-ə) əsasən JN-182 nömrəli Dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinə məxsus 1.99 ha (JN182 üzrə torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. qərardadın ikinci sualı üzrə: Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Beyləqan rayonu X4 22 oktyabr 2001-ci il tarixli 107 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dairJN-182 nömrəli,kod 60700038 saylı "Dövlət aktı ilə mülkiyyətində olan 4.49 ha (40490kv.m) torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Qərardadın üçüncü sualı üzrə: Cavabdehlərə məxsus Beyləqan rayonu X4 22 oktyabr 2001-ci il tarixi107 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-181 nömrəli kod 60700038 saylı "Dövlət aktı ilə mülkiyyətində olan 2.92ha torpaq sahəsi ilə İddiaçı1 və ailə üzvlərinə məxsus 1.99 ha(JN182üzrə)torpaq sahəsi sənəd üzrə üstüstə düşmür. Qeyd: Beyləqan rayonu Aşağı Çəmənli kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu layihəsində əksini tapmış koordinatlarına uyğun Aşağı Çəmənli kənd sakinlərinin xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahələrinin ölçüləri ilə onların faktiki istifadə etdikləri torpaq sahələrinin ölçüləri uyğunsuzluq mövcuddur. Əvvəlki məhkəmə iclasında İddiaçıların vəkili Vəkil Srəvaz oğlu ekspertizanın rəyi ilə razılşmayaraq iş üzrə əlavə məhkəmə mühəndis-texniki eskpertizasının təyin edilməsi barədə vəsatət vermişdir. İş üzrə əlavə məhkəmə mühəndis-texniki eskpertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025ci il tarixli, 10/47/81 nömrəli rəyindən görünür ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Beyləqan rayonu X4 22 oktyabr 2001- ci il tarixli 107 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-182 nömrəli, kod 60700038 saylı “Dövlət aktı ilə mülkiyyətində olan 4.49 ha (40490 kv.m) torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün araşdırma aparan zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsi 2.50 ha (JN182A üzrə) və 1.99 ha (JN182 üzrə) olmaqla 2 hissədən ibarət olmuşdur.Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus 4.49 ha torpaq sahəsinin 2.50 ha (JN182A üzrə) hissəsi mübahisəli ərazidə yerləşmədiyi və mübahisə predmeti olmadığı üçün mübahisə predmeti olan 1.99 ha (JN182 üzrə) hissəsinin yerləşdiyi ərazidə tədqiqat aparılmışdır. İddiaçı1 və ailə üzvlərinin faktiki istifadəsində olan və X1 X5 (TEKUİS-ə) əsasən JN-182 nömrəli Dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinə məxsus 1.99 ha (JN182 üzrə) torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Beyləqan rayonu X4 22 oktyabr 2001- ci il tarixli 107 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-182 nömrəli, kod 60700038 saylı “Dövlət aktı ilə mülkiyyətində olan 4.49 ha (40490 kv.m) torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Cavabdehlərə məxsus Beyləqan rayonu X4 22 oktyabr 2001 -ci il tarixli 107 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-181 nömrəli, kod 60700038 saylı “Dövlət aktı ilə mülkiyyətində olan 2.92 ha torpaq sahəsi ilə İddiaçı1 və ailə üzvlərinə məxsus 1.99 ha (JN182 üzrə) torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Beyləqan rayonu X4 22 oktyabr 2001- ci il tarixli 107 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-182 nömrəli, kod 60700038 saylı “Dövlət aktı ilə mülkiyyətində olan 4.49 ha (40490 kv.m) torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh2 İdris oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma və zərər tələbinə dair iddiaları əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilən 100(yüz) manat və mütəxəssis rəyi üçün ödənilmiş 200 (iki yüz) manat pul onlara aid edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-7/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-7/2025
01.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver