Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-705/2024 23.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi iştrakı ilə Ərizəçi maraqlı şəxs Beyləqan rayon * saylı Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətinin müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Beyləqan rayon * saylı Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətinin müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə iclasında ərizə verərək mülki işin mahiyyəti üzrə baxılmasını istəməmişdir, işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslini ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.**-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçiyə adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.**, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Beyləqan rayon * saylı Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətinin müəyyən edilməsinə dair mülki iş üzrə ərizəsi qərardadın tərkib hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş *00 manat pul özünə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-705/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-705/2024
23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver