Məhkəmə qərarları › İş №2(020)-713/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-713/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-713/2025 17.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası *1.*1.1934-cü ildə anadan olmuş X2 Beyləqan rayon, Dünyamalılar kəndində doğulması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə yazılarkən ata qrafasında X16, ana qrafasında isə X12 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası *1.*1.1934-cü ildə anadan olmuş X5 *3 noyabr 2*14-cü ildə rəhmətə getmişdir. Anasının anası X12 isə 11.*7.2**6-cı ildə ölmüşdür. Anasının doğum haqqında şəhadətnaməsi yoxdur, ona görədə problemlə üzləşirlər. Səhlənkarlıqdan anasına o vaxt Qeydiyyat orqanından doğum sənədi alınmamışdır. Hal hazırda doğum sənədinin olmaması problemlər yaratdığından ötrü mərhum anasının doğumunu təstiq edən sənədə ehtiyac vardır. Maraqlı şəxs bərpa akt qeydləri üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmamışdır. Anasının doğumu və ölümünü təsdiq edən sənədi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir və bildirmişlər ki, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. O, doğumu təstiq edən sənədi almaq üçün Qeydiyyat orqanına müraciət etsə də, bildirdilər ki, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Beyləqan rayon Mərkəzi Xəstəxanasına da müraciət edərək doğum barədə tibbi şəhadətnamə almaq istədikdə xəstəxanaya müraciət edilməməsi əsas gətirilərək imtina məktubu verilmişdir. X1 və nənəsi X9 ölənə kimi o, saxlamışdır, bütün problemlərini o, həll etmişdir və bütün yas və dəfn işlərini də o, etmişdir. Doğum faktının təsdiqi ona görə lazımdır ki, anasının və nənəsinin adına olan əmlakları adına sənədləşdirəndə problemlərlə üzləşir. Belə ki, notariat orqanında və ya digər işlər görmək istəyəndə problemlərlə rastlaşır. *1.*1.1934-cü ildə anadan olmuş X2 doğum faktı ona vərəsəlik açılması üçün lazımdır. Evi sənədləşdirib qaz və işıq çəkmək istəyir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır və X5 onun anasıdır. Mərhum anası X5 *1 yanvar 1934-ü il tarixdə Beyləqan rayonun, Dünyamalılar kəndində anadan olmuşdur. Babası X16, nənəsi X12 olmuşdur. Anası *3 noyabr 2*14-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır və X5 onun anasıdır. Mərhum anası X5 *1 yanvar 1934-ü il tarixdə Beyləqan rayonun, Dünyamalılar kəndində anadan olmuşdur. Babası X16, nənəsi X12 olmuşdur. Anası *3 noyabr 2*14-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır və X5 onun anasıdır. Mərhum anası X5 *1 yanvar 1934-ü il tarixdə Beyləqan rayonun, Dünyamalılar kəndində anadan olmuşdur. Babası X16, nənəsi X12 olmuşdur. Anası *3 noyabr 2*14-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan: AZ-İ seriyalı 649189 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 *3 noyabr 2*14-cü il tarixdə koma, kardiogen şok miokardit ateroskleroz səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 noyabr 2*14-cü il tarixdə 117 nömrə ilə qeyd edilmişdir. AZ-1 seriyalı 2**642 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 11 iyul 2**6-cı il tarixdə beyinə qanaxma, hipertoniya səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 iyun 2**6-cı il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. Xİİİ-JQ seriyalı 341*26 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki xx xxxx 196*-ci il təvəlüddlü Ərizəçi atası X6, anası isə X4r. Maraqlı şəxs 28 yanvar 2*25-ci il tarixli rəyindən görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Ərizəçi anası mərhum X2 doğumu haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X25in *5.*2.2*25-ci il tarixli 15 №-li Tibbi Arayışından görünür ki, Dünyamallar kənd sakini 196*-cı il təvəllüdlü Ərizəçi 1934-cü il tarixdə anadan olmuş və *3.11.2*14-cü il tarixdə vəfat etmiş anasının doğumu haqqında Beyləqan Rayonu Mərkəzi Xəstəxanası X25ində heç bir qeydiyyatı olmamışdır. Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd inzibati ərazi dairəsi Nümayəndəsinin 28.*2.2*25-ci il tarixli 25* №-li Arayışdan görünür ki, onun mərhum anası X5, X1* və X7 birgə nikahından 1934-cü il tarixdə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuşdur. *3.11.2*14-cü il tarixdə yaşadığı Dünyamalılar kəndində vəfat etmiş, Dünyamalılar kənd qəbiristanlığında dəfn olunmuşdur. *7 fevral 2*24-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 1** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin anasının doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Mirzəyeva(Quıliyeva) Sərfinaz Hüseyn qızının doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi *1 yanvar 1934-cü il, doğulduğu yer Beyləqan rayonu, Dünyamalılar kəndi, ata qrafasında – X16 (milliyyəti azərbaycanlı), ana qrafasında – X12 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Mirzəyeva(Quliyeva) Sərfinaz Hüseyn qızının doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Mirzəyeva(Quliyeva) Sərfinaz Hüseyn qızının doğum tarixi *1 yanvar 1934-cu il, doğulduğu yer Beyləqan rayonu, Dünyamalılar kəndi, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X12 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar