Məhkəmə qərarları › İş №2(020)-716/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-716/2023

25.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-716/2023 25.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı vəkalətli nümayəndəsi Quluyev Vəkil Yelmar oğlunun Cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı torpaqdan sahəsindən çıxarması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X5 qarşı qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********34 olan Çıxarışla xüsusi mülkiyyətində olan Beyləqan rayon Aşqallar kənsində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılması və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi və vəkili Quluyev Vəkil Yelmar oğlu iddia tələbini əsaslandıraraq göstərdi ki, iddiaçı 11 oktyabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Beyləqan rayon Aşqallar kənd bələdiyyəsindən 12 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********34 olan Çıxarış verilmişdir. Torpaq iddiaçının tam xüsusi mülkiyyətindədir. Qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********34 olan Çıxarışla xüsusi mülkiyyətində olan 12 ha torpaq sahəsini cavabdeh X7 zəbt edərək iddiaçıya həmin torpaq sahəsindən istifadə etməyə imkan vermir.İddiaçı cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirsə də buna məhəl qoymur. Ona görə də, cavabdeh X3 iddiaçıların mülkiyyətində olan qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********34 olan Çıxarışla xüsusi mülkiyyətində olan Beyləqan rayon Aşqallar kənsində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etdi və izahatında göstərdi ki, iddiaçının torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilməmişdir. Həmin torpaq sahəsinin qonşusunun olduğunu bildiyinə görə onun öz razılığı ilə istifadə edir. Hazırda torpaq sahəsini boşaltmağa etiraz etmir. Orada əkilən taxılı biçəndən sonra torpaq sahəsindən çıxacaqdır.Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X4 Haqqında daşınmaz əmlakın Qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********34 olan Çıxarışla 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X4 Haqqında daşınmaz əmlakın Qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********34 olan Çıxarışla 0.12 ha həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə Cavabdeh Xosrof oğlu iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi öz təsdiqini tapmışdır. Ona görə də iddia təmin edilməklə cavabdeh iddiaçıya məxsus zəbt etdiyi 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının ödədiyi dövlət rüsumuna görə100 (yüz) manat məbləğində pul cavabdeh X2 alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********34 olan Çıxarışla İddiaçı mülkiyyətində olan Beyləqan rayon Aşqallar kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılsın. Dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 100(yüz) manat məbləğində pul cavabdeh X2 alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar