Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-74/2025 14.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “çöl torpaq sahələrindən çıxarmaları” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “çöl torpaq sahələrindən çıxarmaları v” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X14 daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********28 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi 11 mart 2021-ci il tarixli olan reyestrdən çıxarışla adında olan Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən və xüsusi mülkiyyətində olan 1.4225 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalarını məhkəmə qaydasında təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 30 aprel tarixli 70 nömrəli qərarına əsasən Beyləqan rayonu Dünyamallar kənd sakinləri mərhum nənəsi -X3 və mərhum babası -X1 təsərrüfatı məhsulları istehsal etmək üçün 1.4225 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə JN-1637, Kodu 60700068 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Mərhum nənəsi -X3 və mərhum babası -X5 JN-1637, Kod-u 60700068 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilmiş 1.4225 ha pay torpaq sahəsi onun adına qanuni olaraq sənədləşdirilmiş və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X14 daşınmaz əmlakın Dövlət Reyetrindən reyestr nömrəsi **********28 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi 11 mart 2021-ci il tarixli olan Reyestrdən Çıxarış verilmişdir. X17 Daşınmaz Əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu barədə 10 mart 2021-ci il tarixli AA N-597264 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi də tərtib olunmuşdur. Buna baxmayaraq xüsusi mülkiyyətində olan 1.4225 ha torpaq sahəsindən xeyli müddətdir ki, istifadə edə bilmir. Onu da bildirir ki, mərhum nənəsi-X3 və mərhum babanı - X5 JN-1637, Kodu 60700068 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X14 daşınmaz əmlakın Dövlət Reyetrindən reyestr nömrəsi **********28 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi 11 mart 2021-ci il tarixli olan Reyestrdən Çıxarışla xüsusi mülkiyyətimdə olan 1.4225 ha pay torpaq sahəsinin qonşuları ı bir tərəfdən döngə nöqtələri 7699-7698, JN-1636, Kodu 60700068 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1 verilmiş torpaq sahəsi, digər tərəfdən də 7700-7701 olan, JN-1638, Kod-u 60700068 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X6 verilmiş pay torpaq sahəsi yerləşir. Göründüyü kimi, mərhum nənəsi X3 və mərhum babası X5 JN- 1637, Kod-u 60700068 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X14 daşınmaz əmlakın Dövlət Reyetrindən reyestr nömrəsi **********28 olan, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi 11 mart 2021-ci il tarixli olan Reyestrdən Çıxarışla xüsusi mülkiyyətində olan 1.4225 ha pay torpaq sahəsinin qonşuları Cavabdeh1 və X7r. Onun adına olan 1.4225 ha pay torpaq sahəsi Cavabdeh1 ilə cavabdeh X6 Dövlət Aktına əsasən verilmiş pay torpaq sahələrinin ortasında yerləşir. Bu gün 7700-7701 olan, JN-1638, Kod-u 60700068 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X6 (vəfat etmişdir) verilmiş pay torpaq sahəsindən oğlu cavabdeh- Cavabdeh3 istifadə edir. Digər Cavabdeh1 pay torpaq sahəsindən isə ona məlum olmayan səbəblərdən Cavabdeh2 tərəfindən istifadə olunmaqdadır. Bildirir ki, Beyləqan rayonu, Bahar qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh2 ailə həyatı qurduğu üçün Beyləqan rayonunun Dünyamalılar kəndində faktiki olaraq yaşayır. O, Sadıqovlar ailəsinin gəlinidir. Məlumat üçün bildirir ki, Reyestrdən Çıxarışla xüsusi mülkiyyətində olan 1.4225 ha pay torpaq sahəsinin ölçülərək ona verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə də müraciət olunmuşdur. 1.4225 ha torpaq sahəsi 6 saylı Beyləqan Ərazi İdarəsindən ona göstərilmişdir. O da həmin ərazidən istifadə edən şəxsləri - X9 və X11 cavabdeh qismində məhkəməyə vermişdir. Lakin məhkəmə tərəfindən iş üzrə ekspertizanın təyin edildiyi zamanı verilmiş ekspert rəyində torpağın həmin cavabdehlər tərəfindən istifadə edilmədiyi qeyd olunduğundan iddiası təmin olunmamışdır. Buna görə də yenidən məcbur olaraq torpaq sahəsinin sağ və sol qonşularını, o cümlədədn də xüsusi mükiyyətində olan torpaq sahəsinin sağ və sol qonşuları olan hazırda istifadə edən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan pay torpaq sahəsindən çıxarılmalarını tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-1637 KOD 60700068 №-li Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı əsasında 1.42 ha torpaq sahəsi Beyləqan rayonu, Dünyamalılar kənd sakini X2 və X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqlarının X14 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən ümumi sahəsi 1,4225 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə 106 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Beyləqan Rayon Məhkəməsinin 2(020)-06/2023 saylı 17 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər X12 və X10 mülkiyyətində olan 1.4225 ha torpaq sahəsindən çıxarılmaları, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2025-ci il tarixli, 10/3959 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, X8 mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********39 olan xx.xx.2021-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Beyləqan Ərazi İdarəsinin Daşınmaz Əmlakın Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən verilmiş 1.4225 ha torpaq sahəsinin sərhədləri elektron baza məlumatlarına əsasən naturada müəyyən edilmişdir. X8 mülkiyyətində olan Beyləqan rayonu Dünyamallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********39 olan 11 03.2021-ci il tarixli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Beyləqan Ərazi İdarəsinin Daşınmaz Əmlakın Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən verilmiş 1.4225 ha torpaq sahəsinin elektron baza məlumatlarına əsasən yerləşdiyi ərazisinin 0.72 ha hissəsi Cavabdeh3, 0.6225 ha hissəsi Cavabdeh2 və ailə üzvləri, 0.08 ha hissəsi isə X15 tərəfindən istifadə olunur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan Beyləqan rayonu Dünyamalılar kənd 1.4225 ha torpaq sahərindən məcburi qaydada çıxarılmalarını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 1.4225 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə isə müəyyən edilmişdir ki, 1.4225 ha torpaq sahəsi 0,72 ha hissəsi Cavabdeh3 tərəfindən, 0,6225 ha hissəsi Cavabdeh2, 0.08 ha hissəsi isə X15 tərəfindən istifadə edilir. Göründüyü kimi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etmələri sonuncunun mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Məhkəmə iddiaçının digər Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi faktı müəyyən edilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizanın rəyi ilə də Cavabdeh1 mübahisəli torpaq sahəsini istifadə etməsi müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertizanın rəyi ilə mübahisəli torpaq sahəsinin 0.08 ha hissəsinin isə X15 tərəfindən istifadə edildiyi müəyyən edilmiş olsa da, iddiaçının həmin şəxsə qarşı hər hansı iddia tələbi yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 1.4225 ha torpaq sahəsinin 0.72 ha hissəsindən Cavabdeh3, 0.6225 ha hissəsindən isə Cavabdeh2 çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh2, 50 (əlli) manatı isə Cavabdeh3 alınıb İddiaçı verilməli, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manatın 25 manatı Cavabdeh2, 25 manatı isə Cavabdeh3 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən 1.4225 ha torpaq sahəsinin 0.72 ha hissəsindən Cavabdeh3, 0.6225 ha hissəsindən isə Cavabdeh2 çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh3 ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı cavabde Cavabdeh3, 25 (iyirmi beş) manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-74/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-74/2025
14.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver