Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-756/2025 24.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1938-ci ildə Beyləqan rayonu 2-ci Aşıqlı kəndində anadan olması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X1*, ana qrafasında isə X19 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Jdanov rayonunda xx.xx.1938-ci ildə doğulmuşdur. X4 X6 ilə evlənmişdir. Onların birgə nikahından o, doğulmuşdur. Atası 1939cu ildə rəhmətə getmişdir. Atası rəhmətə gedəndən sonra anası da Saray onunla bir yerdə yaşamışdır. Saray rəhmətə gedəndə usə onun dəfnini və yas xərcini o, çəkmişdir. Mərhum X6 2* dekabr 2**6-cı ildə rəhmətə getmişdir. X5 adına kənddə torpaq sahəsi vardır. Həmin torpaq sahəsi adına sənədləşdirmək istəyir. Lakin həmin torpağı doğum haqqında şəhadətnaməsi olmadığı üçün sənədləşdirə bilmir. X5 ondan yaxın qohumu yoxdur və onkar rəhmətə getmişdir. X6 onun doğma anası olmuşdur. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu problemlə üzləşmişdir. Maraqlı şəxs rəyindən görünür ki, doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Bu faktın təsdiqinin məhkəmədən kənar müəyyən edilməsi mümkün deyildir Hazırda doğum şəhadətnaməsi olmadığına üçün problemlərlə üzləşir. Doğum faktının təsdiqi ona görə lazımdır ki, doğum haqqında şəhadətnamə ala bilsin və torpağı barədə sənədləşmə edə bilsin. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 nümayəndəsi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində bildirmişdir ki, Ərizəçi onun dayısı oğludur. Ərizəçi xx xxxxxx 1938-ci il tarixdə Beyləqan rayonunun Aşıqlı kəndində anadan olmuşdur. Ərizəçinin anası X2*, atası X7r. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisi oğludur. Ərizəçi xx xxxxxx 1938-ci il tarixdə Beyləqan rayonunun Aşıqlı kəndində anadan olmuşdur. Ərizəçinin anası X2*, atası X7r. Məhkəmə iclasında şahid qismində ifadə verən X21 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisi oğludur. Ərizəçi xx xxxxxx 1938-ci il tarixdə Beyləqan rayonunun Aşıqlı kəndində anadan olmuşdur. Ərizəçinin anası X2*, X4dur. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşənın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə Jdanov(indiki Beyləqan) rayonunun Aşıqlı kəndində anadan olmuşdur. Maraqlı şəxs 13.*9.2*24-cü il tarixli Arayışından görünür ki, X2* 2* dekabr 2**6-cı il tarixdə infarkt səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 dekabr 2**6-cı il tarixdə 1* nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd inzibati ərazi dairəsi Nümayəndəsinin 16.*9.2*24-cü il tarixli 191 №-li Arayışdan görünür ki, mərhumə X2 Vəliqulu Surxay oğlunun anasıdır və ayrı övladı yoxdur. Maraqlı şəxs 13.*9.2*24-cü il tarixli Arayışından görünür ki, “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X15 aid 2*.12.2**6-cı il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqıbda akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs 21 oktyabr 2*24-cü il tarixli rəyindən görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Ərizəçi doğumu haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. 16 sentyabr 2*24-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 1** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, onun doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X1 doğum tarixi xx xxxxxx 1938-ci il, doğulduğu yer Jdanov (indiki Beyləqan rayonu) Aşıqlı kəndi, ata qrafasında – X12 (milliyyəti azərbaycanlı), ana qrafasında – X2* (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X1 doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X1 doğum tarixi xx xxxxxx 1938-ci il, doğulduğu yer Jdanov(Beyləqan) rayonu Aşıqlı kəndi, ata qrafasında – X12 (milliyyəti azərbaycanlı), ana qrafasında – X2* (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-756/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-756/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver