Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-760/2024 22.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 03.05.20**-ci il tarixdə ölmüş mərhum atalığı X9 ilə ata-qız dərəcəsində qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o X3 ilə X4 birgə nikahlarından xx.xx.*97*-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Atası öldükdən sonra anası ikinci dəfə Beyləqan rayonu İ Şahsevən kənd sakini X9 ilə *99*-ci ildə el adəti ilə toy edərək ailə həyatı qurmuşdur. Anası ilə X** 30 il ailəli olduqları müddət ərzində savadsızlıqdan rəsmi nikah bağlamışlar. Həmçinin onların faktiki nikahlarından uşaqları belə olmamışdır. X** 03.05.20**-ci il tarixdə beyin infarktı (insult) keçirərək yaşadıqları Beyləqan rayonu *-ci Şahsevən kəndində vəfat etmişdir. Atalığı M.Qurbanov ölən günədək anası ilə birgə onun himayəsində yaşamışlar. Mərhum atalığına məxsus Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən köhnə fərdi yaşayış evi vardır. Həmin ev və həyətyani torpaq sahəsi atalığı rəhmətə gedən gündən onun istifadəsində olmuşdur. Hazırda da onun istifadəsindədir. Anası Nazxanımla atalığı X9 ilə faktiki nikahda olduğu müddət ərzində təsərüffatlarını atalığı, anası və onunla birgə idarə etmişlər. Hazırda mərhum atalığına məxsus olan həyətyani torpağı və üzərində yerləşən fərdi yaşayış evini anasınında razılığı ilə adına sənədləşdirmək istəyir. Lakin anası ilə atalığı X9 arasında rəsmi nikah olmadığından həmçinin onunla atalığı arasında qohumluq münasibəti olmadığından sənədləşmə işlərində problemlər yaranır. Həmçinin anası ilə mərhum atalığının rəsmi nikahları olmadığına görə anası onun arvadı kimi mirası qəbul edə bilmir. Belə ki, vərəsəlik haqqında şəhadətnaməni əldə etmək üçün mərhum atalığının onunla qohumluq münasibətinin olması barədə hər hansı bir rəsmi sənəd olmadığından bəzi sənədləşmə işlərində çətinliklərlə üzləşir. Həmin problemin məhkəmədən kənar həlli mümkün deyil. Vərəsə kimi tanınmağımı məhkəmə qaydasından başqa cür əldə edə bilmir. Odur ki, 03.05.20**-ci ildə ölmüş mərhum atalığı X5 onunla ata-qız dərəcəsində qohum оlması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini iclasa göndərməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 03.05.20**-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Beyləqan rayon Qeydiyyat şöbəsinin rəisi X8 rayon * saylı Notariat Ofisinə göndərdiyi 23.**,2023-cü il tarixli məktubdan görünür ki, ərizəçinin atalığı X* yaşayış yeri Beyləqan rayonu *-ci Şahsevən kəndi olmuş və mərhum X5 ailə tərkibində heç kəs aşkar edilməmişdir. İşə əlavə edilmiş Beyləqan rayon İHB-nin *-ci Şahsevən kənd İƏD üzrə nümayəndəsinin arayışından da görünür ki, ərizəçinin atalığı X9 ilə anası Nazxanım Süleymanova 30 ildən artıq müddət ərzində ər-arvad kimi birlikdə yaşayaraq təsərüffatı birgə idarə etmişlər. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, mərhum X9 xəstə olduğu müddətdə onunla yaşamış və mərhuma özü və anası Nazxanım Süleymanova qulluq etmişdir. Vəfat etdikdən sonra dəfn xərcini və qəbir daşının xərcini həqiqətən Ərizəçi çəkmişdir. İşə əlavə edilmiş Beyləqan rayonu, İ Şahsevən kənd təsərrüfatbaşına kitabın təsdiq olunmuş surətindən görünür ki, Beyləqan rayon İ Şahsevən kənd sakinləri X6 və onun arvadı X2 xüsusi mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının islahatı zamanı 0.*2 ha həyətyani torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizəçi tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də həmin faktın müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Ərizəçi 03.05.20**-ci ildə ölmüş mərhum atalığı X9 ilə ata-qız dərəcəsində qohum olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227, 307-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 03.05.20**-ci ildə ölmüş mərhum atalığı X9 ilə ata-qız dərəcəsində qohum olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-760/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-760/2024
22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver