Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-783/2023 16.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs, Beyləqan şəhər 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə Maraqlı şəxs, Beyləqan şəhər 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı ərizə ilə müraciət edərək valideyləri X2 və X1 çatası paydan bərabər miras almaq hüququ olmasını nəzərə alaraq mərhum anaları 1932-ci il tarixdə Ermənistan SSR-də anadan olmuş xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində vəfat etmiş İsmayılova Şüdə imran qızına məxsus Beyləqan rayonu,1-ci Şahsevən kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair miras əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş baxılması üçün 16 iyun 2023-cü il tarixə təyin olunaraq ərizəçilər və maraqlı tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəməbildirişi göndərilməklə qanunun tələblərinə uyğun məlumat verilmişdir. Buna baxmayaraq ərizəçilər məhkəmə iclasına gəlməmiş, maraqlı tərəf nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Həmçinin ərizəçilər işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçilərə adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçilər və maraqlı tərəf və vəkalətli nümayəndələri məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən ərizə baxılmamış saxlanılsın. Ərizəçilər tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul özlərinə qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ərizənin baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-783/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-783/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver