Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-81/2024 27.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin JN: 990 saylı, kod 60700068 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətində olan 3.84 ha pay torpaq sahəsinin 0.80 ha hissəsindən çıxarılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN: 990 saylı, kod 60700068 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətində olan 3.84 ha pay torpaq sahəsinin 0.80 ha hisəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 saylı Qərarı ilə ona və ailə üzvlərinə JN: 990 saylı, kod 60700068 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə 3.84 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini uzun illərdir ki, istifadə edirlər. Cavabdeh torpağının 0.80 ha hissəsini zəbt edərək istifadə edir. Mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdeh qeyri-qanuni olaraq mülkiyyətində olan pay torpaq sahəsinə sahiblənmişdir. Cavabdeh könüllü olaraq mülkiyyətində olan torpaq sahəsindən çıxmır və həmin sahədən istifadə etməyə ona imkan verməyərək ona maddi ziyan vurur. Gələcəkdə ziyanla bağlı məhkəmədə iddia qaldıracaqdır. Cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh torpaq sahəsini zəbt etməkdə davam edir. Ona görə də, JN: 990 saylı, kod 60700068 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı ilə mülkiyyətində olan 3.84 ha pay torpaq sahəsinin 0.80 ha hisəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-990, KOD 60700068 saylı Dövlət Aktından görünür ki, Beyləqan rayon X3 30 aprel 1999-cu il tarixli, 70 nömrəli qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətinə Beyləqan rayonunun, Dünyamalılar kəndində 3.84 ha torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5305 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonunun, Dünyamalılar kəndində yerləşən JN-990, KOD 60700068 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.84 ha torpaq sahəsinin X1 X2 (TEKUİS)-də qeyd edilən 3.6249 ha hissəsinin sərhədləri naturada müəyyən edilmişdir. JN-990, KOD 60700068 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.84 ha torpaq sahəsinin X1 X2 (TEKUİS)-də 3.6249 ha olmaqla islahat sahəsi çatışmayan torpaq sahəsi kimi qeyd olunmuşdur. Beyləqan rayonunun, Dünyamalılar kəndində yerləşən İddiaçı və ailə üzvülərinə məxsus Beyləqan rayon X3 30 aprel 1999-cu il tarixli, 70 nömrəli qərarı ilə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-990, KOD 60700068 saylı Dövlət Aktı ilə mülkiyyətində olan 3.84 ha torpaq sahəsinin 0.73 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. JN-989, KOD 60700068 saylı Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.11 ha torpaq sahəsinin X1 X2 (TEKUİS)-də qeyd edilən sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh məxsus 1.11 ha torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinə məxsus 3.84 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. İddiaçı iddia ərizəsində cavabdehin ona məxsus 3.84 ha torpaq sahəsindən çıxarılmasını göstərsə də, cavabdehin 3.84 ha torpaq sahəsinin 0.73 ha hissəsini zəbt etməsi iş materialları ilə işin məhkəmə iclasında araşdırılmış halları ilə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Beyləqan rayon X3 30 aprel 1999-cu il tarixli, 70 nömrəli qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətinə Torpağa Mülkiyyət Hüququna dair JN-990, KOD 60700068 saylı Dövlət Aktı ilə Beyləqan rayonunun, Dünyamalılar kəndində verilmiş 3.84 ha torpaq sahəsinin 0,73 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması sübuta yetdiyindən iddia qismən təmin edilməli, torpaq sahəsinin 0.73 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 100 (yüz) manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Səmədov X4 Mülkiyyət Hüququna dair JN-990, KOD 60700068 saylı Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan Beyləqan rayonunun, Dünyamalılar kəndində yerləşən 3.84 ha torpaq sahəsinin 0,73 ha hissəsindən çıxarılsın. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-81/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-81/2024
27.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver