Məhkəmə qərarları › İş №2(020)-814/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-814/2024

09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-814/2024 09.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi- Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X* Füzuli rayonu, Horadiz şəhər xəstəxanasında doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, qızı X2 28.03.20*7-ci ildə Füzuli rayonu, Horadiz şəhər xəstəxanasında doğulmuşdur. Lakin o, səhlənkarlıq edərək, bilməməzlikdən uşağın doğulması barədə tibbi arayış almamış və bu barədə heç bir yerə müraciət etməmişdir. Uşağının doğumunun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, ona bildirmişlər ki, əgər uşağın doğum faktını, yerini təsdiq edən tibbi şəhadətnamə olmasa, doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. O, uşağın doğulduğu xəstəxanaya müraciət etmiş, lakin müddət keçdiyinə görə doğumun qeyd edilmədiyi ona bildirilmiş və tibbi arayış verilməsindən imtina edilmişdir. Uşağın doğum sənədini başqa cür əldə edə bilmir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, X* Füzuli rayonu, Horadiz şəhər xəstəxanasında doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun qardaş arvadıdır. Həqiqətən Ərizəçi qızı Müzəyyəm 23.03.20*7-ci ildə Füzuli rayonu, Horadiz şəhər xəstəxanasında doğulmuşdur. Uşaq hazırda sağdır. Lakin ona doğum şəhadətnaməsi alınmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Ərizəçi 28.03.20*7-ci il tarixdə Horadiz şəhər xəstəxanasında qız uşağı anadan olmuşdur. İş materiallarına əlavə Beyləqan rayon İHB-in Dünyamalılar kənd İcra nümayəndəliyinin 2*.06.2024-cü il tarixli 620 saylı arayışından görünür ki, X3 hal-hazırda Beyləqan rayonun Dünyamalılar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 342 saylı rəyindən görünür ki, Ərizəçi 28 mart 20*7-ci il tarixdə doğulmuş övladının doğumunun qeydə alınması ilə bağlı ərizəsinə qeydiyyat şöbəsində baxılması doğum faktını təsdiq edən tibbi sənədi təqdim etmədiyindən mümkün olmamışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi qızı qızı X2 28.03.20*7-ci ildə Füzuli rayonu, Horadiz şəhər xəstəxanasında doğulmuş, valideynləri isə səhlənkarlıqdan ona doğum haqqında şəhadətnamə götürməmişlər. Azərbaycan Respubfikası Ailə Məcəlləsinin 44.*-ci maddəsinin tələblərinə uyğun olaraq uşağın anadan mənşəyi (analıq) ananın uşaq tibb müəssisəsində doğulmasmı təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda, doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və eləcədə, digər sənədlər təqdim edilməklə doğum VVADQ orqanı tərəfindən həyata keçirilməlidir. Qaydaların 2.6-cı bəndinin tələbinə görə həmin Qaydanın 2.5-ci maddəsində nəzərdə tutulan əsaslar olmadıqda şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 307-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X* 28.03.20*7-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhər xəstəxanasında doğulması faktı müəyyən edilsin. X* yeni doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası X4, ana qrafasında Ərizəçi, milliyəti isə azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar