Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-817/2023 05.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20.03.20*2-ci il tarixdə ölmüş mərhum X2na və *0.09.20*5-ci il tarixdə ölmüş mərhum atası X6 məxsus mirası əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.*968-ci il tarixdə atası X7 ilə X2nın birgə nikahlarından Beyləqan rayonunun Baharabad qəsəbəsində anadan olmuşdur. X2 20.03.20*2-ci ildə, atası X7 isə *0.09.20*5ci il tarixdə xəstəlikdən yaşadıqları Beyləqan rayonunun Baharbad qəsəbəsində ölmüşlər. Mərhum valideynləri hər ikisi ölən günədək onun himayəsində qalmaqla bir evdə yaşamışlar. Mərhum valideynlərindən qalan miras əmlaklar yəni yaşadığı köhnə tikili olan fərdi yaşayış evi və onun yerləşdiyi həyətyani torpaq sahəsi faktiki olaraq istifadəsindədir. Hazırda həmin fərdi yaşayış evini və həyətyani torpaq sahəhsisi sənədləşdirmək istəyir. Lakin mərhum valdieynlərindən qalan miras əmlakı qəbul etməyi ilə əlaqədar olaraq Beyləqan rayon İ saylı Dövlət Notariat Ofisinə və Beyləqan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, həmin faktın təstiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Həmçinin bildirir ki, mərhum valideynlərinin bütün dəfn xərclərini şəxsən özü çəkmişdir. Mərhum valideynlərinin ondan başqa vərəsələri yəni yaxın qohumlar hər biri həmin mirasın onun adına keçirilməsinə etiraz etmirlər. Odur ki, 20.03.20*2-ci il tarixdə ölmüş mərhum X2na və *0.09.20*5-ci il tarixdə ölmüş mərhum atası X6 məxsus miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Lakin maraqlı şəxs Beyləqan rayonu * saylı Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək mülki işə onun iştirakı olmadan baxlmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasına gəlmə haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsini məhkəməyə göndərmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X*, Mülkiyyət Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin ** nömrəli, 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, Beyləqan rayonunun Baharabad qəsəbə sakini X4 mülkiyyətində ümumi sahəsi 92.44 kv.m olan, yaşayış sahəsi 82.32 kv.m olan, kəməkçi sahəsi *0.*2 kv.m olan 5 otaqdan ibarət fərdi yaşayış evi vardır. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN:042A, KOD 607*0028 olan şəhdaətnamədən görünür ki, X4 və onun ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30.04.*999-cu il tarixli, 70 saylı qərarı ilə 0.*6 ha həyətynai torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 *0.09.20*5-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 20.03.20*2-ci ildə ölmüşdür. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, ərizəçinın izahatnı dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum valideynləri X6 və X5 məxsus miras əmlakları qəbul etməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin **9-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin mərhum valideynləri X7 və X8 öldükləri günədək Ərizəçi tərəfindən himayəsində saxlanılmışlar, onların bütün qayğıları ilə şəxsən ərizə məşğul olmuşdur. Ona görə də məhkəmə qaydasında mərhum valideynlərinin növbəli vərəsəsi kimi tanınmağını istəyir. Ərizəçi valideynləri öldükdən sonra hazırki vaxta kimi həmin fərdi yaşayış evində yaşamaqla mərhum atası X6 məxsus 0,*6 ha həyətyani torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 92.44 kv.m olan, yaşayış sahəsi 82.32 kv.m olan, kəməkçi sahəsi *0.*2 kv.m olan 5 otaqdan ibarət fərdi yaşayış evindən istifadə edir. Bu hal onu göstərir ki, Ərizəçi vərəsə kimi miras əmlakı faktiki qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 20.03.20*2-ci il tarixdə ölmüş mərhum X2na və *0.09.20*5-ci il tarixdə ölmüş mərhum atası X6 məxsus mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-817/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-817/2023
05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver