Məhkəmə qərarları › İş №2(020)-82/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-82/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-82/2023 10.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək darvazanın qarşısında Cavabdeh tərəfindən tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı vəkalətli nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, Cavabdeh qanunsuz olaraq onun darvazasının 80sm aralıda təhlükəsizlik qaydalarını pozaraq tikinti işləri aparmaqdadır. Cavabdehin tikmək istədiyi ərazi köhnə Rayponun (Azəriittifaqın nəzdindədir) ərizəsi olmuşdur. Həmin tikintiyə ayrılmış sahə yanğınsöndürmə mühafizə zolağındadır. Bu barədə Fövqalədə Hallar Nazirliyinin X4 İdarəsinin 27 iyul 2009-cu il tarixli məktubu vardır. Həmin ərazidə Vaqif adlı şəxs tikinti apardığına görə Aybəniz adlı şəxs məhkəmədə iddia qaldıraraq həmin tikilini məhkəmə qətnaməsi əsasında sökülmüşdür. Hazırda cavabdeh də eyni qanunsuz əməli təkrarlayaraq, darvazadan 80 sm aralıda təhlükəsizlik qaydalarını pozaraq tikinti işləri aparmaqdadır. Ona görə də, darvazanın qarşısında Cavabdeh tərəfindən tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur və onun xüsusi mülkiyyətindədir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçı onun torpaq sahəsində qanunsuz darvaza qoymuşdur. Onun tələbinə əsasən məhkəmədə mülki işə baxılmış və darvazanın sökülməsi qərara alınmışdır. Onun tikdirdiyi tikili özünə məxsus torpaq sahəsində yerləşir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, cavabdehin izahatlarını dinləyib, şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyat« Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86- 10301 olan,xx.xx.2021-cı il tarixli çıxarışla İddiaçı mülkiyyətinə Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən 0.0446 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********30-06301 olan, xx.xx.2019-cu il tarixli çıxarışla X1 mülkiyyətinə Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində 0.0223 ha torpaq sahəsi verilmişdir. İşin obyektiv həll edilməsi üçün iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmənin 10 yanvar 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli 10/5280 nömrəli ekspert rəyindən görünür ki, X1 mülkiyyətində olan Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********30- 06301 olan, xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0223 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyat « Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86-10301 olan,xx.xx.2021-cı il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. X3 tərəfindən inşası tam başa çatdırılmamış qeyri-yaşayış binası (yarımçıq tikil) ona Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarm X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********30-06301 olan,xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyətinə verilmiş 0.0223 ha torpaq sahəsində yerləşir. Qeyd edilən inşası tam başa çatdırılmamış qeyri- yaşayış binası (yarımçıq tikil) İddiaçı Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86-10301 olan, xx.xx.2021-ci il tarixli çıxarışla mülkiyyətinə verilmiş 0.0446 ha torpaq sahəsində yerləşmir. Cavabdeh X3 tərəfindən İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86-10301 olan, xx.xx.2021-cı il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh X1 mülkiyyətində olan Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********30-06301 olan, xx.xx.2019-cu İİ tarixli Çıxarışla mülkiyyətə verilmiş 0.0223 ha- torpaq sahəsi İddiaçı mülkiyyətində olan Beyləqan şəhər Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86-10301 olan, xx.xx.2021-cı il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 101.7-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Аvropa Коnvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərininvə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülkiyyətçi qanunvericilikdə və ya başqa şəkildə, o cümədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istiadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddianın əsassız olması işin halları ilə kifayət qədər sübut olunmuşdur. Məhkəmədə müəyyən olunmuşdur ki, qeyd edilən inşası tam başa çatdırılmamış qeyriyaşayış binası (yarımçıq tikil) İddiaçı Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86-10301 olan, xx.xx.2021-ci il tarixli çıxarışla mülkiyyətinə verilmiş 0.0446 ha torpaq sahəsində yerləşmir. Cavabdeh X3 tərəfindən İddiaçı mülkiyyətində olan Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86-10301 olan, xx.xx.2021-cı il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh X1 mülkiyyətində olan Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********30-06301 olan, xx.xx.2019-cu il tarixli Çıxarışla mülkiyyətə verilmiş 0.0223 ha- torpaq sahəsi İddiaçı mülkiyyətində olan Beyləqan şəhər Sevil Qazıyeva küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86-10301 olan, xx.xx.2021-cı il tarixli çıxarışla mülkiyyətə verilmiş 0.0446 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd olunan yarımçıq tikili Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, mütəxəssis rəyinin dəyirini təşkil edən 95 manat məbləğində pul İddiaçı tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmişdir. İiddia rədd edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən 95 (doxsan beş) manat, dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət еtdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən və İddiaçı tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilən 100 (yüz) manat məbləğində pul iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar