Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-829/2025 11.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə vermiş olduğu iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətimdə olan və Beyləqan rayoni, Yuxarı Aran qəsəbəsi ünvanında yerləşən 3,40 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.1 və 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, İddiaçı1 dövlət rüsumunun ödənilməsindən azad olunması barədə sənəd təqdim etməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı2 və X3 tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməli olduğu halda nə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, nə də onun qanunvericiliyə uyğun olaraq dövlət rüsumunu ödəməkdən azad edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçılar İddiaçı2 və X2 Beyləqan Rayon Məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı2 və X2 izah edilir ki, o, hazırki iddia ərizəsinin verilməsinə görə Beyləqan Rayon Məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-829/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-829/2025
11.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver