Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-899/2023 27.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlu iddiaçı Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin *50.0.*-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri iddia ərizəsinə əlavə edilməli, MPMnin 89.3-cü maddəsinin tələbinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməli və iddia ərizəsinin surəti iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki iddia ərizəsinin surəti iddia ərizəsinə əlavə edilməmiş və nikah və ölüm haqında şəhadətnamələrin əsli əlavə edilməmiş və ya həmin sənədlərin surəti notarial qaydada təsdiq edilməmişdir. Eyni zamanda ərizənin forma və məzmununa riayət edilməmişdir. Məhkəməyə xüsusi icraat qaydasında müraciət edilməli olduğu halda, iddia icraatı qaydasında müraciət edilmişdir. İradə Məəhərrəmova iddiaçı deyil, ərizəçi kimi qeyd olunmalı və iddia ərizəsi deyil, ərizə xüsusi icraat qaydasında tərtib edilməlidir. Azərbaycan Respublikası MPM-nin *50.0.*-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin *50.0.5-ci maddəsinin tələbinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmin Məcəllənin *52.*.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda hakim iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytarır . Belə olan halda Azərbaycan Respublikası MPM-nin *52-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin *52.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin *52-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-899/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-899/2023
27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver