Məhkəmə qərarları › İş №2(020)-921/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-921/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-921/2023 05.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum əmisi X3 ilə doğma əmi- qardaşoğlu dərəcəsində qohumluq münasibətində olması və mərhum əmisi 20 yanvar 2023-cü ildə vəfat etmiş X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, doğma əmisi X3 20 yanvar 2023-cü ildə vəfat etmişdir. X2 tək qardaşı və birinci növ vərəsəsi, yəni atası X5 2008-ci ildə vəfat etmişdir. Mərhum əmisi onun himayəsində olmuşdur. Əmisini özü dəfn etmiş və bütün problemlərini həll etmişdir. Mərhum əmisinin X2 adına a pay torpaq sahəsi vardır. Əmisinin mülkiyyətində torpağı və digər əmlakları adına keçirəmək istəyir. Mərhum əmisinin adına olmuş pay torpaq sahəsini növbəli vərəsə kimi qəbul etmək istəsə də, Beyləqan rayonu * sayl notariat kontoru qohumluq təsdiq edilməsi və növbəli vərəsə kimi tanınması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Torpağı miras kimi adına sənədləşdirə bilmir. Yuxarıda qeyd etdiyi problemin məhkəmədən kənar həlli mümkün deyildir. Mərhum əmisinin başqa vərəsələri ilə heç bir mübahisə də yoxdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf Beyləqan rayon İ saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən nümayəndəsini iclasa göndərməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*967-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, ərizəçinin atası X5 xx.xx.2008-ci ildə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, ərizəçinin əmisi X3 20.0*.2023-cü ildə ölmüşdür. İşə əlavə edilmiş Beyləqan rayon İHB-in Aşıqalılar kənd İƏD üzrə nümayəndəsinin *4 mart 2023-cü il tarixli, *54 saylı arayışından görünür ki, 20.0*.2023-cü ildə ölmüş X2 əmisidir. X* arvadı və övladı olmamışdır. Mərhumun dəfn mərasimini Ərizəçi keçirmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Qeydiyyat şöbəsinin *3 mart 2023-cü il tarixli *49 saylı arayışından görünür ki, X2 ailə tərkibində heç kəs aşkar edilmədi. İşə əlavə edilmiş JN 289 KOD60704028 saylı Dövlət aktından görünür ki, X4 Beyləqan rayon Aqrar İslahat Komissiyasının 26 noyabr *997-ci il tarixli 37 nömrəli qərarına əsasən 0,33 ha pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizəçilər tələb olunan sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişlər. Göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 305.*.*, 308-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, 20 yanvar 2023-cü ildə ölmüş X3 ilə Ərizəçi doğma əmi-qardaşoğlu dərəcəsində ohumluq münasibətində olması və Ərizəçi 20 yanvar 2023cü ildə vəfat etmiş X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-227, 307-3**-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 20 yanvar 2023-cü ildə ölmüş X3 ilə Ərizəçi doğma əmi-qardaşoğlu dərəcəsində qohumluq münasibətində olması və Ərizəçi 20 yanvar 2023-cü ildə ölmüş X2 növbəli vərəsəsi kimi mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar