Məhkəmə qərarları › İş №2(020)-937/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-937/2025

13.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-937/2025 13.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Cahagir oğlunun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 Cahagir oğlunun, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 Cahagir oğlun, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinnin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətlərində olan və Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi ünvanında yerləşən 3.40 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Aqrar İslahat komissiyasının 1998-ci il 01 noyabr tarixli 57 nömrəli qərarına əsasən ona - İddiaçı1, X4, İddiaçı2 və X2 3.40 ha kənd təsərrüfatı məhsulları istehsal üçün pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə Kod 60708018 olan JN: 376 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Kodu 60708018 olan JN: 376 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onlara verilmiş 3.40 ha pay torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Reyestr nömrəsi **********56, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarış verilmişdir. Reyestr nömrəsi **********56, qeydiyyat nömrəsi ********** olan və qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışla onların mülkiyyətlərinə verilmiş 3.40 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin ölçülərək onlara verilməsi üçün 18 dekabr 2023-cü il tarixində 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan da göründüyü kimi, 3.40 ha torpaq sahəsi ölçülərək naturada onlara göstərilmişdir. Lakin həmin cavab məktubundan da göründüyü kimi, onlara məxsus olan 3.40 ha pay torpaq sahəsindən başqa vətəndaşlar tərəfindən istifadə olunduğu qeyd edilmişdir. Hazırda isə onların mülkiyyətlərində olan 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən onlara ölçülərək naturada göstərilmiş 3.40 ha torpaq sahəsindən Beyləqan şəhər sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmaqdadır. Məhkəmə iclasında İddiaçı1 Cahagir oğlunun nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının onların iştrakı olmadan keçirilib, iddia tələbinin təmin edilməsini edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron qaydada verilmiş Çıxarışdan görünür ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən 3,3993 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 Cahagir oğlunun, X3, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən elektron qaydada verilmiş Çıxarışdan görünür ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən 4,2492 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publiki Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 13 noyabr 2025-ci il tarixli, 3-21-3-45/2-7261/2025 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən 3.3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri elektron baza məlumatlarına əsasən naturada müəyyən edilmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, qeydiyyat nömrəsi ********** olan, 07.01 2023-cü il tarixli Çıxarışla onların mülkiyyətlərinə verilmiş 3,3993 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Qeyd edilən 3.3993 ha torpaq sahəsinin 1.73 ha hissəsi Cavabdeh1, 1.21 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 Cahagir oğlu tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən 3,3993 ha torpaq sahəsindən çıxarılmasını tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində yerləşən 3,3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir. İş üzrə alınmış mütəxəssis rəyi ilə isə müəyyən edilmişdir ki, qeyd edilən 3.3993 ha torpaq sahəsinin 1.73 ha hissəsi Cavabdeh1, 1.21 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinədən istifadə edilməsi, sonuncuların öz mülkiyyətlərindən istifadə hüquqlarını əsassız şəkildə pozur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçılar onların mülkiyyətində olan torpaq sahəsinin 3.40 ha hissəsindən cavabdehlərin çıxarılmasını tələb etsələr də, məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin 1.73 ha hissəsi Cavabdeh1, 1.21 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 Cahagir oğlunun, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşən 3,3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.73 ha hissəsindən Cavabdeh1, 1.21 ha hissəsindən isə Cavabdeh2 çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı1 Cahagir oğluna verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1, 234cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 Cahagir oğlunun, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşən 3,3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.73 ha hissəsindən Cavabdeh1, 1.21 ha hissəsindən isə Cavabdeh2 çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 Cahagir oğlunun xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Kamilzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar