Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-945/2023 13.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”nə qarşı həmin “X45”in direktoru Cavabdeh onun işdən çıxarılmasına dair 30 sentyabr 2022-ci il tarixli K-2029 nömrəli əmrinin ləğv edilməsi, öz işinə bərpa olunması və cavabdehin təqsiri üzündən işə buraxılmadığı müddət ərzində əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunsuz və əsassız olduğuna görə cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh onun işdən çıxarılmasına dair 30 sentyabr 2022-ci il tarixli, K-2029 №-li əmrinin ləğv edilməsi, onun öz işinə bərpa olunması və cavabdehin təqsiri üzündən işə buraxılmadığı müddət ərzində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdeh kimi Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh göstərsə də, onun hazırkı iddia tələbi Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”ə yönəlmişdir, yəni iddiaçı İmanov X12 Mərkəzi Rayon Xəstəxanası “X42”ndə əvvəlki mühafizəçi işinə bərpa olunması və işə buraxılmadığı müddət ərzində əmək haqqının ödənilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hazırkı iddianın Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”nə qarşı verilməsini nəzərə alıb hazırkı vəziyyətdə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 01 aprel 2021-ci il tarixdən cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi işləmişdir. Onun xidmət etdiyi dövrdə 09 avqust 2022-ci il tarixə kimi heç bir nöqsanı olmamış, barəsində heç bir intizam tədbiri görülməmişdir. Həmin müddətdə Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru vəzifəsində Cavabdeh işləmişdir. 12 aprel 2022-ci il tarixdə güclü külək yaşadığı evin həyətindəki 25 metr uzunluğunda olan köməkçi tikilinin dam örtüyünün həmin vaxt həyətdə olan azyaşlı oğlu Ceyhunun üzərinə atmış, bunun nəticəsində onun sağ qıçının hər iki sümüklərini qıraraq tərsinə çevirmiş və dam örtüyü yarasız hala düşmüşdür. O, oğlu Ceyhun İmanovu X44 maşını ilə Bakı şəhərindəki Travmatologiya İnstitutuna çatdırmış və oğlu 13 aprel 2022-ci il tarixdə əməliyyat olunmuşdur. Oğlu Ceyhun həmin Xəstəxanada 21 gün müalicə olunduqdan sonra ev şəraitində hazırda da müalicəsini davam etdirir. Bundan bir ay sonra oğlu X3 təkrarən müayinədən keçmiş və ikinci dəfə də əməliyyat olunmuşdur. O, 03 avqust 2022-ci il tarixdə iyul ayı üçün əmək haqqını almışdır. Səhəri günü növbəyə çıxan zaman mühafizə bölməsinin rəisi X31 ona mobil telefonla zəng edərək kartına 200 manat artıq pul vurulduğunu, sabahı gün pulu gətirməsini bildirmişdir. O, 07 avqust 2022-ci il tarixdə işə gəlmiş, 140 manat pulu mühafizə bölməsinin rəisi Saqi Qasımova vermiş, qalan 60 manat pulu kredit ödəməsinə görə bankın tutuduğunu, qalan həmin 60 manatı ərizə yazıb maaşından tutulmasını bildirmişdir. X47 razılaşmamış və pulu mühasibatlıqda işləyən Azər adlı şəxsə verməsini bildirmişdir. O, 140 manat pulu Azər adlı şəxsə vermişdir. Həmin günü axşam saat 22 radələrində mühafizə bölməsinin rəisi Saqi Qasımov ona zəng edərək 60 manat pulu sabah çatmasını, əgər çatdırmasa onu işdən azad edəcəyini bildirmişdir. 09 avqust 2022-ci ildə oğlu Ceyhunun yüksək dərəcədə temperaturu olduğuna görə növbə rəisi X26 məlumat vermiş və ona uşağının vəziyyətinin yaxşı olmadığını, qızdırması olduğunu, ona icazə verərək, təcili onu Bakı şəhərinə aparmalı olduğunu demişdir. Növbə rəisi Əli Məmmədov ona bildirmişdir ki, “öz növbənə işçinin birini çıxart, get”. O, da iş yoldaşı Coşğun Şavadlıdan əvəzinə növbəyə çıxmasını xahiş etmişdir. Həmin gün oğlunu Bakı şəhərinə Travmatologiya İnstitutuna aparmışdır. Bakıda xəstəxanada olarkən mühafizə bölməsinin rəisi X31 işə gələrək onun əvəzinə növbədə olan Coşğun Şavadlıya onu işdən çıxaracağını bildirərək onu növbədən çıxarıb evə göndərmişdir. O, 09 avqust 2022-ci il tarixdə evinə qayıtdıqdan sonra gecə növbə rəisi Əli Məmmədov ona mobil telefonla zəng edərək rəis Saqi Qasımovun onu işdən çıxardığını və Saqi Qasımovun onun üçün əziyyət çəkib işə gəlməsin sözlərini ona demişdir. Lakin o, səhəri gün, 10 avqust 2022-ci il tarixdə cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh qəbuluna getmiş, ona iş yerinə məlumat verdiyini, növbə rəisi Əli Məmmədovdan icazə aldığını, üzürlü səbəbdən işə gəlmədiyini, iş yoldaşını növbəyə çıxardığını və ağır xəstə olan uşağını Bakı şəhərinə apardığını bildirmişdir. Bu zaman Cavabdeh, mühafizə bölməsinin rəisi X31 ona “bu günə kimi işə girdiyinə görə bizə pul verməmisən, pulsuz işləmisən, get bizə 4500 manat pul gətir, ondan sonra gəl işlə” sözlərini demişlər. Hətta Cavabdeh göstərişi ilə onun bacısı oğlu Firuz adlı şəxs də dəfələrlə ondan 4500 manat pulu tələb etmişdir. O, Cavabdeh tələb etdiyi 4500 manat rüşvəti ona vermədiyinə görə Bakıda olduğu gün, yəni 09 avqust 2022-ci il tarixdə onun guya üzürsüz səbəbdən işə gəlmədiyi barədə eyni günə 2 ədəd ayrı-ayrı saxta aktlar tərtib etdirmiş, hətta Xəstəxananın həmkarlar təşkilatının sədri Fuadın xəbəri olmadan onun imzasını saxtalaşdıraraq, onun adından Həmkarlar təşkilatının saxta qərarını tərtib edərək 30 sentyabr 2022-ci il tarixli, K-2029 №-li əmrlə onu öz şəxsi marağı üzündən qərəzli surətdə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən guya heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyini bəhanə edərək qanunsuz olaraq işdən azad etmişdir. Həmin qanunsuz əmri çox təkid edəndən sonra, yalnız 27 dekabr 2022-ci il tarixdə almışdır. Bundan sonra ona məlum olmuşdur ki, 09 avqust 2022-ci il tarixdə onun guya üzürsüz səbəbdən işə gəlmədiyi barədə saxta aktlara mühafizəçi Şahid2 başqa növbədə işdə olduğuna görə imza etməmiş, buna görə onun əvəzinə mühafizə bölməsinin rəisi Saqi Qasımov imza etmişdir. Xəstəxananın həmkarlar təşkilatının sədri Fuad müəllim onun işdən çıxarılmağına dair X5 qərarını yazıb gətirdiklərini, lakin qanunsuz olduğuna görə həmin qərara imza etmədiyini bildirmişdir. Cavabdeh qanunsuz əməlləri barədə Ölkə Prezidentinə, Pespublikanın hüquq-Muhafizə Orqanlarına, Beyləqan rayon prokuroruna şikayət ərizələri ilə müraciət etmişdir. Cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq onun işdən çıxarılmağına razılıq verməsi barədə X4 qərarını almamış, vəzifəsindən sui- istifadə edərək onun işdən çıxarılmağına razılıq verməyən X4 sədri Fuad müəllimin adından saxta qərar tərtib etdirmiş və sonuncunun imzasını da saxtalaşdıraraq saxta qərarla onu işdən azad etmişdir.Faktiki olaraq X4 sədri Fuad müəllim onun işdən azad edilməyinə razılıq verilməsinə dair qərar verməmiş və həmin qərara imza etməmişdir. Azərbaycan X20 İttifaqı Respublika Komitəsinin xx.xx.2022-ci il tarixli, 169/z №-li məktubunu aldıqdan sonra, həmin məktubun məzmunundan ona məlum olmuşdur ki, cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh əmrləri ilə guya o, əmək və icra intizamını pozduğuna görə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə töhmət, xx.xx.2022-ci il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, bundan nəticə çıxarmadığına görə xx.xx.2022-ci il tarixdə yenidən işində nöqsanlara yol vermiş, üzürlü səbəb olmadan işə gəlməmişdir. Halbu ki, onun bu əmrlərdən xəbəri olmamışdır. Həmin əmrlər saxtadır, o, heç vaxt əmək və icra intizamını pozmamış, barəsində heç vaxt cavabdeh tərəfindən 3 dəfə töhmət və şiddətli töhmət növündə intizam tədbirləri görülməmişdir. 11 avqust 2022-ci il tarixdə iş növbəsi olduğundan vaxtında işə çıxmış, lakin cavabdeh tərəfindən işə buraxılmamışdır. Cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh tərəfindən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, ona düşən bütün ödənişlər qanunla müəyyən edilmiş qaydada işdən çıxdığı gün ödənilməmiş, işçilərin oktyabr ayının əmək haqqısı ilə birlikdə ödənilməsi təmin edilmişdir. Bununla əlaqədar cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun təkidli tələbindən sonra 27 dekabr 2022-ci il tarixdə işdən qanunsuz çıxarılmağına dair 30 sentyabr 2022-ci il tarixli, K-2029 №-li əmrin surətini aldıqdan sonra 05 yanvar 2023-cü il tarixdə işə bərpa olunmağı üçün qanunvericiliyə müvafiq qaydada aidiyyəti üzrə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu barədə ona xx.xx.2023-cü il tarixli arayış verilərək məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Həmin təşkilatın hesabına 50 manat dövlət rüsumu ödəmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, İddiaçı 01 aprel 2021-ci il tarixdən Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi işləmişdir. İddiaçı işlədiyi dövrdə nöqsanlara yol vermişdir. X27 dəfələrlə əmək və icra intizamını pozmuş, vaxtında işə gəlməmişdir. İddiaçı heç bir üzürlü səbəb olmadan xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə bütün iş günü ərzində işdə olmamış və həmin dövrdə işə davamiyyət jurnalına imza etməmişdir. xx.xx.2022-ci il tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. X49 işə gəlməməyə davam etmiş, 09 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixə kimi işə çıxmamışdır. Xəstəxananın təhlükəsizlik bölməsinin rəisi onun işə gəlməməsi ilə əlaqədar əmək haqqının dayandırılması barədə təqdimat vermişdir. Həmçinin onun məsələsi Beyləqan rayon Səhiyyə işçiləri X9 müzakirə olunmuş və onun işdən çıxarılmasına razılıq verilmişdir. Bundan sonra iddiaçı qanunun tələblərinə uyğun olaraq azad edilmişdir. Həmçinin fərdi əmək münasibətləri üzrə iddia müddəti qanunla 1 ay nəzərdə tutulmuşdur. Talib İmanovun işdən çıxarılmasından altı aydan artıq vaxt keçmiş və o, altı aydan artıq müddət keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da Talib İmanov iddia müddətini də ötürmüşdür. Həmin hal da iddianın rədd edilməsi üçün əsasdır. İşində olan nöqsanlara görə iddiaçının yenidən işə götürülməsi mümkün deyildir. Ona görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına iddiaçının vəsatəti əsasında dəvət edilib şahid qismində dindirilən X31 ifadəsində göstərdi ki, o, Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsinin rəisi vəzifəsində işləyir. İmanov X12 Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi işləmişdir. İddiaçı oğlunun xəstəliyi ilə bağlı on gün icazə verilmişdir. Sonralar isə icazəsiz işdən qalmışdır. Onun 03 iyun və 16 iyul tarixlərdə saat 09:00-dan saat 16:00-a kimi işdə olmaması müəyyən edilmiş, bu barədə aktlar tərtib edilmişdir. 09 avqust 2022-ci il tarixdə işə gedib bölməni düzərkən İddiaçı işə gəlmədiyini görmüşdür. İddiaçı uşağının xəstə olması barədə ona heç bir sənəd təqdim etməmiş və ondan icazə almamışdır. İşdən qalmaqla bağlı icazə işçinin ərizəsi əsasında verilə bilər. İddiaçı isə belə bir ərizə ilə müraciət etməmişdir. Həmin gün işdə olmadığına görə yenidən akt tərtib edilmişdir. O, İddiaçı heç vaxt pul tələb etməmişdir. İddiaçının bu barədə izahatı əsassızdır. İddiaçının hesabına başqa işçinin pulu köçürüldüyünə görə o, iddiaçıya həmin pulu geri qaytarmağı bildirmişdir. İddiaçı isə həmin pulu geri qaytarmamışdır. İddiaçının işdə olmaması həmkarlar ittifaqı komitəsində müzakirə olunmuş və onun işdən çıxarılmasına razılıq verilmişdir. Onun İddiaçıla heç bir şəxsi qərəzçiliyi olmamışdır. İddiaçı yalnız əmək intizamını pozduğuna görə işdən azad edilmişdir. Məhkəmə iclasına iddiaçının vəsatəti əsasında dəvət edilib şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, o, Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n X10 sədridir. İmanov X12 Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi işləmişdir. 09 avqust 2022-ci il tarixdə xəstəxananın təhlükəsizlik bölməsinin rəisi X50 İmanovun heç bir üzürlü səbəb olmadan işə gəlməməsi barədə məlumatı əsasında Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru məktubla müraciət edərək onun işdən çıxarılmasına razılıq verilməsinin müzakirə etməyi xahiş etmişdir. O, həmkarların iclasının keçirilməsinin vaxtı barədə xəstəxanada elan lövhəsində elan yerləşdirmiş, 09 sentyabr 2022-ci il tarixdə X25 rəyasət heyyətinin yığıncağı keçirilmiş və İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. O, İddiaçı həmkarlar iclasını keçirlməsi ilə bağlı bildiriş gördərməmişdir. Lakin, iclasın keçirilməsi ilə bağlı elan lövhəsində elan yerləşdirmişdir. Bir neçə gündən sonra Talıb ona zəng edib onun barəsində həmkarların iclasının keçirilib keçirilməməsini soruşmuşdur. O,Talıba həmkarların iclasının keçirildiyini, işdən çıxarılmasına razılıq verildiyini ona bildirmişdir. Həmkarların iclası barədə protokoldakı imza ona məxsusdur. Protokola imza etməməsi barədə Talıba heç nə deməmiş, Talıbın bu barədə izahatı düzgün deyildir. Məhkəmə iclasına iddiaçının vəsatəti əsasında dəvət edilib şahid qismində dindirilən X32 ifadəsində göstərdi ki, o, Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində növbə rəisi vəzifəsində işləyir. İddiaçı da Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi işləmişdir. 09 avqust 2022-ci il tarixdə İddiaçı işə gəlməməsi barədə aktdakı imza ona məxsusdur. İddiaçı həmin gün işdə olmamışdır. Həmin akta hansı tarixdə imza atmasını dəqiq xatırlamır. Məhkəmə iclasına iddiaçının vəsatəti əsasında dəvət edilib şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində işləyir. İddiaçı da Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi işləmişdir. 09 avqust 2022-ci il tarixdə İddiaçı işdə olmamışdır. Həmin tarixdə İddiaçı ona zəng edərək onun əvəzindən növbəyə çıxmasını xahiş etmiş, o, buna etiraz etməmişdir. Sonradan işə gələrkən mühafizəçilər onun işə çıxmamasını və çıxıb getməsini bildirmişlər. O, yalnız İddiaçı sözü ilə ora gəlmiş, yəni onun əvəzindən işə çıxmaq istəmişdir. Bu barədə rəhbərlikdən heç kim ona tapşırıq verməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 aprel 2021-ci il tarixdə Beyləqan MRX-də PHŞ-in Texniki Dəstək bölməsinin mühafizəçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdən Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh 30 sentyabr 2022-ci il tarixli K-2029 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n xx.xx.2022-ci il tarixli 135 saylı aktın surətindən görünür ki, “Beyləqan MRX-sı” X41 Təhlükəsizlik bölmə rəisi X31, “Beyləqan MRX-sı” X41 Təhlükəsizlik bölməsinin növbə rəisi X33, Təhlükəsizlik bölməsinin mühavizəçisi X6 xx.xx.2022-ci il tarixdə X11 işə gəlməməsi ilə bağlı aktı tərtib edərək aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n xx.xx.2022-ci il tarixli 135/1 saylı aktın surətindən görünür ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X41 hüquqşünası Nümayəndə, Təhlükəsizlik bölməsinin müdiri X31, bölmənin müdir müavini X33 və bölmənin mühafizəçisi Şahid2 tərəfindən “Beyləqan MRX” PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəçisi işləyən X11 03 iyun 2022-ci il tarixində saat 09:00-dan 16:00-dək olan müddət ərzində işə çıxmaması, onunla əlaqə yaratmaq istəyən əməkdaşların telefon zənglərinə cavab verməməsi, işə üzürlü səbəbdən çıxmaması barədə heç bir məlumat verməməsi və heç bir sənəd təqdim etməməsi barədə aktı tərtib edilmiş və aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X42”n K-947 nömrəli xx.xx.2022-ci il tarxli əmrindən görünür ki, Beyləqan Mərkəzi rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh tətəfindən işə gecikməni əsas götürərək Beyləqan MRX-nın X41in Təhlükəsizlik bölməsinin X1 əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən Azərbaycan Respublikasının əmək məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n 06 iyun 2022-ci il tarixli 135/2 saylı aktın surətindən görünür ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X41 hüquqşünası Nümayəndə, Təhlükəsizlik bölməsinin müdiri X31, bölmənin müdtir müavini X33 və bölmənin mühafizəçisi Şahid2 “Beyləqan MRX” PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəçisi işləyən X11 03 iyun 2022-ci il tarixində saat 09:00-dan 16:00-dək işə üzürlü səbəbdən çıxmaması barədə yazılı izahat verməsinin bildirilməsi, İddiaçı heç bir səbəb göstərmədən izahat verməkdən imtina etməsi barədə aktı tərtib etmiş və aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n 16 iyul 2022-ci il tarixli 135/3 saylı aktın surətindən görünür ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X41 hüquqşünası Nümayəndə, Təhlükəsizlik bölməsinin müdiri X31, bölmənin müdür müavini X33 və bölmənin mühafizəçisi Şahid2 “Beyləqan MRX” PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəçisi işləyən X11 16 iyul 2022-ci il tarixdə saat 09:00-dan 16:00-dək olan müddət ərzində yenidən işə çıxmaması, onunla əlaqə yaradan əməkdaşlara işə gəlmək üçün nəqliyyat vasitəsi olmadığı üçün gələ bilmədiyini bildirməsi barədə aktı tərtib edilmiş və aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X42”n K-1353 nömrəli xx.xx.2022-ci il tarxli əmrindən görünür ki, Beyləqan Mərkəzi Rayonu Xəstəxanası “X42”n direktoru Cavabdeh tərəfindən işə gecikməni əsas götürərək Beyləqan MRX-nın X41in Təhlükəsizlik bölməsinin X1 əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən Azərbaycan Respublikasının əmək məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n 19 iyul 2022-ci il tarixli 135/4 saylı aktın surətindən görünür ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X41 hüquqşünası Nümayəndə, Təhlükəsizlik bölməsinin müdiri X31 tərəfindən “Beyləqan MRX” PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəçisi işləyən X11 16 iyul 2022-ci il tarixdə saat 09:00-dan 16:00dək işə üzürlü səbəbsən çıxmaması barədə yazılı izahat verməsinin tələb edilməsi, İddiaçı heç bir səbəb göstərmədən izahat verməkdən imtina etməsi barədə aktı tərtib edilmiş və aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n xx.xx.2022-ci il tarixli 136 saylı aktın surətindən görünür ki, “’Beyləqan MRX-sı” X41 Təhlükəsizlik bölmə müdiri X31, Təhlükəsizlik bölmə müdirinin müavini növbə rəisi X33, Təhlükəsizlik bölməsinin mühafizəçisi Kərimli X13 bölməsinin mühafizəçisi X11 göstərilən nöqsanlara baxmayaraq mütəmadi olaraq işə gecikməsi və tapşırılan postlarda xidmətini düzgün təşkil etməməsi barədə akt tərtib edərək aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X42”n NBK-1594 nömrəli 09 avqust 2022-ci il tarxli əmrindən görünür ki, Beyləqan Mərkəzi Rayonu Xəstəxanası “X42”n direktoru Cavabdeh xx.xx.2022-ci il tarixli akt əsasında Beyləqan MRX-nın X41in Təhlükəsizlik bölməsinin X24 ibrahim oğlu əmək müqaviləsi üzrə öhdəliklərini İcra etmədiyindən Azerbaycan Respublikasının əmək məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n 01 sentyabr 2022-ci il tarixli 136/1 saylı aktın surətindən görünür ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X41 hüquqşünası Nümayəndə ,Təhlükəsizlik bölməsinin müdiri X31, bölmənin müdür müavini X33, bölmənin mühafizəçisi Şahid2 “Beyləqan MRX” PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəçisi işləyən X11 09 avqust 2022-ci il tarixindən 01 sentybar 2022-ci il tarixədək olan müddət ərzində işə gəlməməsi, ona görədə onunla əlaqə yaradan əməkdaşların ondan üzürlü səbəbdən gələ bilməməsini və buna aid sənədlər təqdim etmək lazım olduğunu, eyni zamanda bu barədə yazılı izahat yazılmalı olduğunu bildirsə də bu barədə heç bir söz bildirməməsi və heç bir sənəd təqdim etməməsi barədə aktı tərtib etmiş və aktı imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X42”n Təhlükəsizlik bölməsinin müdiri X31 tərəfindən “Beyləqan MRX-sı” PHŞ-in direktoru Cavabdeh təqdimat təqdim edilrək tabeçiliyində olan mühafizəçi vəzifəsində çalışan X27 xx.xx.2022-ci il tarixində işində nöqsanlara yol vermişdir. Ailə vəziyyətini nəzərə alaraq ona köməklik etməyə çalışsa da işində verdiyi nöqsanların say etiban ilə artımını müşahidə etdikdən sonra təqdimat yazmaq qərarına gəldiyini, işçi X11 tutduğu iradlara görə işinə davam etmədiyini göstərmiş və xx.xx.2022-ci il tarixdən onun əmək haqqının dayandırılmasına və digər lazımi intizam tədbirlərin görülməsi üçün əmr verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X42”n K-1776 nömrəli 01 sentyabr 2022-ci il tarxli əmrindən görünür ki, Beyləqan MRX-nın X41in Təhlükəsizlik bölməsinin X24 ibrahim oğlu xx.xx.2022-ci ildə işində nöqsanlara yol vermiş və tutulan nöqsanlara görə işinə davam etmir. xx.xx.2022-ci il tarixdən Təhlükəsizlik bölməsinin Bölmə müdiri X31 tərəfindən verilən təqdimata əsasən onun əmək haqqısı dayandılmışdır. İş materiallarına əlavə edilmiş “Beyləqan Mərkəzi Rayon Xəstəxanası“ X41 direktoru Cavabdeh “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X41 Həmkarlar Komitəsinin sədri Fuad Quliyevə ünvanladığı 01 sentyabr 2022-ci il tarixli PHŞ/6 29-2-2022-148 saylı məktubundan görünür ki, Beyləqan rayon Şərq qəsəbə sakini və hal-hazırda “Beyləqan Rayon Mərkəzi Xəstəxanası" X41 Təhlükəsizlik bölməsinin X24 ibrahim oğlu dəfələrlə göstərilən nöqsanlara baxmayaraq, mütəmadi işə gecikmişdir. Tapşırılan postlarda xidmətini düzgün təşkil etməmiş barəsində xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndi ilə, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta görə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b" bəndinə əsasən 3 ardıcıl töhmət verilmişdir. İşçi bununla əmək funksiyasını yerinə yetirməmiş, heç bir üzürlü səbəb olmadan dəfələrlə bütün gün işə gəlməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün razılıq verəsiniz. İş materiallarına əlavə edilmiş Beyləqan rayon X20 X30 Heyəti yığıncağının 09 sentyabr 2022-ci il tarixli 111 nömrəli protokolundan görünür ki, yığıncağa sədrlik edən SİHİ Şurasının sədri X14, heyət üzvləri X7, X16, X8 və X17 gündəlik məsələ olaraq “Beyləqan Mərkəzi Rayon Xəstəxanası“ X41 rəhbərliyi tərəfindən “Beyləqan Mərkəzi Rayon Xəstəxanası“ PHŞ-in Təhlükəsizlik bölməsinin X24 İbrahim oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan- Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair müvafiq qərarın verilməsi barədə 01 sentyabr 2022-ci il tarixli təqdimata baxmışlar və Beyləqan rayon Səhiyyə İşçiləri X10 Rəyasət Heyəti “Beyləqan Rayon Mərkəzi Xəstəxanası“ PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəşisi X27 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmədikləri barədə qərar qəbul etmişlər. İş materiallarına əlavə edilmiş X20 ittifaqı Azərbaycan Respublika Komitəsinin 09 sentyabr 2022-ci il tarixli 47 nömrəli qərarından görünür ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası“ X41 rəhbərliyi tərəfindən “Beyləqan Mərkəzi Rayon Xəstəxanası“ PHŞ-in Təhlükəsizlik bölməsinin X24 ibrahim oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair müvafiq qərarın verilməsi barədə 01 sentyabr 2022-ci il tarixli taqdimata baxılmış, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X41 bir qrup səlahiyyətli nümayəndələri tərəfindən 03.06. 2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə apanlmış yoxlamanın nəticəsində məlum olmuşdur ki, Təhlükəsizlik bölməsinin X24 İbrahim oğlu heç bir üzürlü səbəb olmadan həmin günlər işə gəlməmişdir və həmin dövrdə davamiyyət jurnalına imza etməmişdir. Onun bu qanunsuz hərəkəti əmək vəzifələrinin kobud surətdə pozulması halı hesab edilərək aktlaşdınlmışdır. Uzürsüz səbəbdən işə gəlməməsi barədə ondan yazılı izahat verməsi tələb olunsa da o, bundan imtina etmiş və heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Buna görə də həmin tarixlərdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən töhmət və sonuncu xəbərdarlıqla töhmət verilmişdir. Bunları nəzərə alaraq Beyləqan rayon Səhiyyə İşçiləri X10 Rəyasət Heyəti qərara alır ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası“ PHŞ-in Təhlükəsizlik bölməsinin mühafizəşisi X27 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etirz etmir. İş materiallarına əlavə edilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh 30 sentyabr 2022-ci il tarixli K-2029 nömrəli əmrindən görünür ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutuduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə etmədiyi 2022-ci il əmək məziniyyətinə görə təqvim günü üçün pul əvəzi verilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X41 İddiaçı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığı məktubdan görünür ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X42 tərəfindən vətəndaş X11 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon ilə əlaqə saxlanıldı.X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin alınması, bu mümkün olmadığı təqdirdə həmin xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndəriş verilməsinin mümkün olduğu bildirildi. X11 övladı “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X42 tərəfindən tibbi müayinə olundu, "Baldırın digər şöbələrinin sınığı” diaqnozu ilə xəstədir. “Beyləqan Mərkəzi Rayon Xəstəxanası” X42 tərəfindən vətəndaş X23 Bakı şəhəri ET Travmatologiya və Ortopediya İnistitutuna göndəriş vərəqəsi verilniş, eyni zamanda X44 maşını ilə təmin olumuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan X20 İttifaqı Respublika Komitəsinin 15 noyabr 2022-ci il tarixli X18 ünvanladığı məktubun surətindən görünür ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olmuş ərizəniz aidiyyəti üzrə baxılmaq üçün X20 İttifaqı Respublika Komitəsinə göndərilmişdir. Ərizənizə baxılmış, sorğuya cavab olaraq “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X38 bildirilmişdir ki, əmək və icra intizamının pozulmasına görə sizə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində töhmət, xx.xx.2022-ci il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bunlardan nəticə çıxarmayaraq xx.xx.2022-ci il tarixdə yenidən işinizdə nöqsanlara yol vermisiniz, tutulan iradlara görə üzürlü səbəb olmadan işə gəlməmisiniz və bu aktlaşdırılmışdır. Bölmə müdiri S.Y.Qasımov tərəfindən rəhbərliyə verilən təqdimata əsasən xx.xx.2022-ci il tarixli K-1778 nömrəli əmrlə həmin tarixdən sizə verilən əmək haqqı dayandırılmışdır. Xəstəxana rəhbərliyi tərəfindən müəssisə həmkarlar ittifaqı komitəsinə təqdimat göndərilmiş, təqdimata baxılmış və həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla xx.xx.2022-ci il tarixli K- 2029 nömrəli əmrlə sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin ləğvinin əsasları sizi qane etmədiyi təqdirdə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 01 aprel 2021-ci il tarixdən “Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi işləmişdir. İddiaçı heç bir üzürlü səbəb olmadan xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə bütün iş günü ərzində işdə olmamış və həmin dövrdə işə davamiyyət jurnalına imza etməmişdir. xx.xx.2022-ci il tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. Talib İmanov 09 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixə kimi işə çıxmamışdır. İddiaçının işə gəlməməsi barədə dəflərlə akt tərtib edilmişdir. Xəstəxananın təhlükəsizlik bölməsinin rəisi tərəfindən Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoruna iddiaçının işə gəlməməsi ilə əlaqədar əmək haqqının dayandırılması barədə təqdimat vermişdir. Həmçinin onun məsələsi Beyləqan rayon Səhiyyə işçiləri X9 müzakirə olunmuş və onun işdən çıxarılmasına razılıq verilmişdir. Bundan sonra Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n direktoru Cavabdeh 30 sentyabr 2022-ci il tarixli K- 2029 nömrəli əmrinə əsasən Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”n təhlükəsizlik bölməsində mühafizəçi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutuduğu vəzifədən (peşəsindən) azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 2-ci bəndinə görə Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 1-ci hissəsinə görə Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsinə görə şəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işə götürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar göstərilmişdir. Həmin maddənin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ə) bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı bir neçə dəfə işə çıxmamaqla əmək və icra intizamını pozmuş və öz əmək funksiyalarını yerinə yetirməmişdir. Bununla bağlı müvafiq aktlar tərtib edilmiş iddiaçıya işə çıxmaması ilə bağlı bir neçə dəfə intizam tənbehi verilmişdir. İddiaçı həmin əmrlərdən xəbəri olmadığını göstərmiş, işə davamiyyətlə bağlı jurnalların və əmr kitablarını gətirib baxış keçirilməsinə dair vəsatət vermişdir. Onun vəsatətinə əsasən həmin jurnallara və kitablara baxış keçirilmiş və iddiaçının 03 iyun 2022-ci tarixdə saat 09:00-dan saat 16:00-dək işdə olmaması ilə bağlı 03 iyun 2002-ci il tarixdə, 16 iyul 2022-ci il tarixdə saat 09:00-dan 16:00-dək işdə olmaması barədə 16 iyul 2022-ci il tarixdə, xx.xx.2022-ci ilə tarixdə bütün iş günü ərzində işdə olmaması barədə 09 avqust 2022-ci il tarixdə, 09 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək işdə olmaması barədə 01 sentyabr 2022-ci il tarixdə müvafiq aktlar tərtib edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, 16 iyul 2022-ci il tarixli əmrlərlə ona töhmət, xx.xx.2022-ci il tarixli əmrlə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli əmrlə işə çıxmadığına görə həmin tarixdən ona əmək haqqı verilməsi dayandırılmışdır. Bundan sonra Beyləqan rayonu Mərkəzi Xəstəxanası “X42”nə qarşı həmin “X45”in direktoru Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi məsələsinə baxılması üçün Beyləqan rayonu Mərkəzi Xəstəxanası “X42”in X10 sədri Fuad Quliyevə məktub göndərilmişdir. İş materiallarına əlavə edilən Beyləqan rayon Səhiyə işçiləri X25 Rəyasət Heyətinin yığıncağının 09 sentyabr 2022-ci il tarixli 111 nömrəli protokolundan görünür ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası“ PHŞ-in Təhlükəsizlik bölməsinin X24 İbrahim oğlu ilə həmin publik hqquqi şəxs arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan- Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı həmkarların iclasının keçirilmədiyini, protokola Fuad Quliyevin imza etmədiyini, iclasa dəvət edilmədiyini, yəni həmkarların iclasından xəbəri olmadığını göstərmiş, həmkarların sədri Fuad Quliyevin həmkarların iclası barədə əvvəlcədən xəstəxananın elanlar lövhəsində məlumat yerləşdirdiyini, xx.xx.2022-ci il tarixdə iclasın keçirildiyini və protokoldakı imzanın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, “Beyləqan Mərkəzi Rayon Xəstəxanası“ X42 tərəfindən iddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən qanunun tələblərinə riayət edilmiş, onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud olmuşdur. Məhkəmə iclasına müəyyən olundu ki, İddiaçı istifadə etmədiyi 2022-ci il əmək məziniyyətinə görə təqvim günü üçün pul əvəzi verilməsi qeyd edilmişdir. İşə əlavə edilmiş sənədlərdən vəiddiaçının izahatından görünür ki, iddiaçı onunla bağlanmış əməkmüqaviləsinə xitam verilməsinə dair əmrin surətini 27 dekabr 2022-ci ildə imza etməklə almışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı işdən çıxarılmasından həmin vaxtdan də əvvəl məlumatlı olmuşdur. Belə ki, iddiaçının müxtəlif təşkilatlara ünvanladığı 14 sentyabr 2022-ci il tarixli ərizələrdən görünür ki, o, işdən azad olunmasını, bununla bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin işdə olan iddiaçı tərəfindən yazılan 11 oktyabr, 11 noyabr 2022-ci il tarixli ərizələrdə də qanunsuz işdən azad olunduğunu, onun işə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Şirvan İnzibati məhkəməsinin Beyləqan rayon Məhkəməsinə təqdim etdiyi 05 iyun 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı cavabdeh “Beyləqan Mərkəzi Rayon Xəstəxanası“ X29rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dai inzibati iş 14 fevral 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuş və iddiaçının ərizəsinə əsasən məhkəmənin16 mart 2023-cü il tarixli, 2-1(120)- 2243/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı hazırkı tələbi üzrə iddiası Beyləqan Rayon Məhkəməsinin icraatına 05 aprel 2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmədə müəyyən edildi ki, iddiaçı tərəfindən qanunda nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. İddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəməyə ərizə göndərərək iddia müddətinin keçməsini də mübahisələndirmiş və bununla əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər hansı bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, Qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin araşdırılmış hallarına hüquqi cəhətdən qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh- Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”nə qarşı həmin “X45”in direktoru Cavabdeh onun işdən çıxarılmasına dair 30 sentyabr 2022-ci il tarixli K-2029 nömrəli əmrinin ləğv edilməsi, öz işinə bərpa olunması və cavabdehin təqsiri üzündən işə buraxılmadığı müddət ərzində əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasi MPM-nin 213-220, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh Beyləqan Mərkəzi Rayon Xəstəxanası “X42”nə qarşı həmin “X45”in direktoru Cavabdeh onun işdən çıxarılmasına dair 30 sentyabr 2022-ci il tarixli, K-2029 nömrəli əmrinin ləğv edilməsi, öz işinə bərpa olunması və cavabdehin təqsiri üzündən işə buraxılmadığı müddət ərzində əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilsin. Qətnamədən tərəflər onun surətini aldıqları gündən bir ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-945/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-945/2023
13.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver