Məhkəmə qərarları › İş №2(020)-947/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-947/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-947/2023 20.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı və onun vəkalətli nümayəndəsi və vəkili Nümayəndə* iştirakı ilə, İddiaçı cavabdehlər Beyləqan rayonu İ saylı Dövlət Notariat Ofisinə, Cavabdeh2 və X2 qarşı xx.xx.2023-cü il tarixli, AN-№ **32053 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun *5.**.2022-ci il tarixli, 5469 reyestr nömrəli etibarnamə əsasında qardaşı oğlu Cavabdeh2 ilə qardaşı X4 arasında Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-№ **32053 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.*959-cu ildə Beyləqan rayonunun İ Şahsevən kəndində anadan olmuşdur Yaşadığı və qeydiyyatda olduğu Beyləqan rayonunun İ Şahsevən kəndində ümumi sahəsi *64.66 kv.m olan, yaşayış sahəsi 82 kv.m, yardımçı sahəsi 82.66 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi vardır. Özü müvəqqəti olaraq Türkiyə Respublikasının Ankara şəhərində yaşadığından fərdi yaşayış evinə nəzarət etməyi, evlə bağlı müəyyən işləri görməyi qardaşı oğlu Cavabdeh2 tapşırmışdır. Bu məqsədlədə qardaşı oğluna mülki etibarnamə vermişdir. Lakin qardaşı oğlu onun məlumatı olmadan ona verdiyi etibarnaməyə əsaslanaraq öz atası, yəni onun qardaşı Cavabdeh* saxta yolla *4.000 (on dörd min) manata satmışdır. O, bu alqı-satqıdan xx.xx.2023-cü il tarixdə məlumat aldıqdan sonra dərhal xx.xx.2023-cü il tarixdə Beyləqan rayon İ saylı Notariat Ofisinə müraciət edərək qardaşı oğluna verdiyi etibarnaməni rəsmi şəkildə ləğv etdirmişdir. Həmçinin bu barədə DƏDRX-nin 6 saylı Ərazisinə yazılı şəkildə ərizə təqdim etmidir. Cavabdehlər onu bu məqsədlədə xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən uzaqlaşdırmaq istəyirlər. O, qardaşı oğlunun və qardaşının onu aldatmaqlarını öyrəndikdən sonra onlara alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün dəfərlərlə şifahi pretenziyasını bildirmiş və * həftə müddətində həmin alqı-satqı müqaviləsinin ləğvi üçün Beyləqan rayon * saylı Dövlət Notariat Ofisinə getmələrini xahiş etmişdir. Lakin cavabdehlər onunla razılaşmamışlar. O, hətta cavabdehlərə xəbərdarlıq edərkən əgər onunla Notariat Ofisinə getməsələr alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını dəfələrlə bildirmişdir. Hal-hazıradək cavabdehlər alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün Notariat Ofisinə gəlmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun həmin fərdi yaşayış evindən başqa yaşayış yeri yoxdur. Odur ki, onun *5.**.2022-ci il tarixli, 5469 reyestr nömrəli etibarnamə əsasında qardaşı oğlu Cavabdeh2 ilə qardaşı X4 arasında Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-№ **32053 saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, X4 və Beyləqan rayonu İ saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, bibisi olan iddiaçı Diləfruz uzun illərdir ki, Türkiyədə yaşamış. Bibisi ona 30 illik etibarnamə verərək girovda olan əmlakını girovluqdan çıxarıb satmasını xahiş etmişdir. Bibisi artıq evi istəmədiyini, həmin evdə yaşamayacağını, Türkiyədə yaşayacağını və adına heç bir şeyin olmaması lazım olduğunu demişdir. Sözü gedən ev ata-baba yurdu olmuşdur. Qaz və işiq atasının adınadır. Atası evin bacısının adına rəsmiləşdirilməsinə imza va razılıq verməmişdir. O, etibarnamə əsasında evi bağışlama yolu ilə atasına vermiş, ev bir ay bağışlamada qalmışdır. lakin bibisi bunu eşidib narazıçılığını bildirmişdir. Hesab etmişdir ki, bibisi bağışlanma müqaviləsini ləğv etdirəcəkdir. Sonra alqı -satqı ilə evi atasına satmışdır. Həmin vaxt bibisi burada olmuşdur. Həmin evi *4.000 manata atasına satmış, *350 manat sənədləşmə işlərinə xərcləmişdir. Pulu bibisinə vermişdir. Pulu bibisinə verməsinə dair isə heç bir sənədi olmamışdır. İddiaçının ona *090 manat borcu olmuşdur. Ondan 400 manatını qaytarmış 960 manat qalmışdır. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən X4 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun bacısıdır. *980-ci ildə valideynləri ölmüşdür. Bacısı hamıya onu evə buraxmadıqlarını bildirdiyindən, onlar ata yurdundakı evdən çıxaraq evi iddiaçıya vermişlər. İddiaçı evin bütün əşyalarını satmaqla evi yararsız hala salmışdır. İddiaçı oğlu Azərə evi satması üçün etibarnamə vermişdir. Oğlu da evi iddiaçının razılığı ilə ona *4.000 manata ona satmış, sənədləşməyə çəkdiyi xərcdən əlavə qalan pulu iddiaçıya vermişdir. İddiaçı isə hazırda bunları inkar edir. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən Cavabdeh2 və X* əvvəlki məhkəmə iclasında iştirakını nəzərə alıb məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, 00020*0 nömrəli çıxarışdan görünür ki, Beyləqan rayonu, İ Şahsevən kəndində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82 kv metr yaşayış, 82.66 kv metr köməkçi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının *2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş *5 noyabr 2022-ci il tarixli 82*489 nömrəli etibarnamədən görünür ki, İddiaçı 30 il müddətinə bütün daşınar və daşınmaz əmlakları idarə etmək və digər hüquqlarından istifadə etmək üçün Cavabdeh2 Nuşirəvan oğluna etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən özünə məxsus ümumi sahəsi *64.66 kv m, yaşayış sahəsi 82 kv metr, yardımçı sahəsi 82.66 kv metr olan 4 otaqlı fərdi yaşayış evini və 02 ha torpaq sahəsini Cavabdeh2 Nuşirəvan oğlu etibarnamə əsasında atası Cavabdeh* bağışlamışdır. İş materiallarına əlavə edilmiş AN-İ **32053 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı vəkalətli nümayəndəsi Ağayev X3 rayonu, İ Şahsevən kəndində yerləşən iddiaçıya məxsus ümumi sahəsi *64.66 kv m, yaşayış sahəsi 82 kv metr, yardımçı sahəsi 82.66 kv metr olan 4 otaqlı fərdi yaşayış evini və 02 ha torpaq sahəsini Cavabdeh* *4000 manata satmışdır. İş materiallarına əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 Nuşirəvan oğluna verdiyi etibatnaməyə xitam verilmişdir. Məhkəmə araşdırmaları zamanı müyyən olundu ki, iddiaçının mülkiyyətində Beyləqan rayonu, İ Şahsevən kəndində 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82 kv metr yaşayış, 82.66 kv metr köməkçi sahədən ibarət yaşayış evi vardır. Həmin ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının *2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Türkiyədə yaşadığından *5 noyabr 2022-ci il tarixli 82*489 nömrəli etibarnamə ilə 30 il müddətinə bütün daşınar və daşınmaz əmlakları idarə etməyi və digər hüquqlarından istifadə etmək üçün qardaşı oğlu Cavabdeh2 Nuşirəvan oğluna etibarnamə vermişdir. Cavabdeh2 etibarnamədən istifadə edərək İddiaçı mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən ümumi sahəsi *64.66 kv m, yaşayış sahəsi 82 kv metr, yardımçı sahəsi 82.66 kv metr olan 4 otaqlı fərdi yaşayış evin digər Cavabdeh* *4000 manata satmışdır. İddiaçı bununla razılaşmamış və Cavabdeh2 Nuşirəvan oğluna verdiyi etibatnamənin etibarsız hesab edilməsi üçün Beyləqan rayon İ saylı Notariat Ofisinə müraciət etmişdir. Beyləqan rayon İ saylı Notariat Ofisində 06 mart 2023-cü ildə həmin etibarnaməyə xitam verilmişdir. Həmçinin məhkəmədə müəyyən edildi ki, iddiaçı alqı-satqıda işrtirak etməmiş, Cavabdeh2 etibarnamə ilə iddiaçının əvəzindən alqı satqı aparmışdır. Hazırda iddiaçı evin satılmasına razı deyildir. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh2 alqı-satqı vaxtı iddiaçının Azərbaycanda olması və alqı-satqıdan əldə etdiyi pulu iddiaçıya verməsini göstərsə, pulun iddiaçıya verilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Azər onu aldadaraq mülkiyyətində olan evi atasına satmışdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin *52.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *2.04.2004-cü il tarixli qərarı). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.*, 324.2, 342.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 359.*-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. “M.Şahverdiyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 20*3-cü il tarixli qərarında qeyd edilmişdir ki, təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.*-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, hər hansı əqdin bağlanması zamanı onun şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilir. Bu iradə ifadəsi bilavasitə və yaxud da digər şəxsin vasitəsi ilə realizə edilə bilər. Əgər müqavilə tərəfi öz iradə ifadəsini digər şəxsin vasitəsi ilə realizə edərsə, həmin səlahiyyətin realizəsindən ötrü həmin şəxsə etibarnamə verməlidir. Etibarnamə verilən şəxs təmsil etdiyi şəxsin mənafeyi naminə hərəkət etməli, ona verilmiş etibarnamədən öz mənafeyi naminə istifadə etməməli, ona verilmiş səlahiyyətlərdən sui-istifadə etməməlidir. İddiaçı Cavabdeh2 *5 noyabr 2022-ci il tarixdə etibarnamə vermiş, sonuncu da həmin etibarnamə ilə iddiaçıya məxsus olan əmlakın özgəninkiləşdirilməsindən ötrü ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinin digər tərəfi, yəni alıcı etibarnamə verilən şəxs Cavabdeh2 atasıdır. Cavabdeh alqı-satqı müqaviləsinin bağlanması zamanı hər hansı qanunvericiliyin tələblərinin pozulmadığını, iddiaçının mənafeyi naminə hərəkət etdiyini, ilkin alqı-satqı müqaviləsi bağlanması nəticəsində əldə edilmiş pul vəsaitini iddiaçıya təqdim etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» *3 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir (M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23.07.20*3-cü il tarixli qərarı). Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ona vermiş etibarnamə ilə sonuncuya məxsus olan əmlaka dair ilkin alqı-satqı müqaviləsini atası ilə bağlamaqla faktiki olaraq öz əmlak mənafeyinin yaxşılaşdırılmasına yönələn hərəkətlər etmişdir. İş üzrə mübahisələndirilməyən hal kimi müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında narazılıq mövcuddur. Cavabdeh2 əvvəlki məhkəmə iclasında qeyd etdiyi kimi, o,əvvəl etibarnamə əsasında evi atasına bağışlamış, sonra iddiaçının narazıçılıq eşitmiş, bağışlanma müqaviləsini ləğv edərək həmin evi alqı-satqı müqaviləsinə əsasən atasına satmışdır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *2.04.2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 337.*-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 3* yanvar 2006-cı il tarixli qərarı). Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir (T.Mansurovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 20**-ci il tarixli qərarı). Bununla əlaqədar məhkəmə heab edir ki, ilkin alqı-satqı müqaviləsi üzrə təmsilçi Cavabdeh2 tərəfindən əldə edilmiş pul məbləğinin iddiaçıya verilməsi əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmədiyindən, həmin əqdin etibarsızlığına görə də pulun müqavilə üzrə satıcı tərəfindən alıcıya qaytarılması ilə bağlı qanunvericiliyin tələbinin realizəsi istisna edilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə iclasında iddiaçı cavabdehlərin ona hər hansı məbləğdə pul vermədiklərini göstərmişdir. Məhkəmə onun həmin izahatını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*3-220, 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı *5.**.2022-ci il tarixli, 5469 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh2 ilə X4 arasında Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ № **32053 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar