Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-954/2023 20.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İuzzət oğlunun sədrliyi, İclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızları Elnarənin 25.05.20*8-ci ildə, Səbinənin isə *0.0*.2022-ci ildə Beyləqan rayonunun Aşıqalılar kəndində doğumlarının qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilərkən, 25.05.20*8-ci ildə anadan olan Elnarənin soyadının Əliyeva, adının Elnarə, ata adının Elnur, ata qrafasında X*0, ana qrafasında isə Ərizəçi, *0.0*.2022-ci ildə anadan olan Səbinənin soyadının Əliyeva, adının Səbinə, ata adının Elnur, ata qrafasında X*0 , ana qrafasında isə Ərizəçi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, o, Beyləqan rayonunun Aşıqalılar kəndində yaşayır. X*0 ilə ailə qurmuş. Birgə nikahlarından 0*.0*.2006-cı ildə Elçin, 23.05.20*0-cu ildə Elnurə, 0*.08.20*2-ci ildə Elçim, 25.08.20*4-cü ildə Elməddin, 09.02.20*7-ci ildə Cahan, 25.05.20*8-ci ildə Elnarə, *0.0*.2022-ci ildə isə Şəbinə adlı uşaqlarımız anadan olmuşdur. Uşaqlarımdan Elçin, Elnurə, Elçim, Elməddin və Cahana doğum haqqında şəhadətnamə götürsələr də, 25.05.20*8-ci ildə anadan olan Elnarə və *0.0*.2022- ci ildə anadan olan Səbinəyə doğim haqqında şəhadətnamə alınmamışdır. Hər iki uşağım kənd həkim məntəqəsində doğulmuşlar. Uşaqlarım doğulandan sonra ailədə problemlər olduğu üçün səhlənkarlıqdan uşaqlarıma doğum haqqında şəhadətnamə ala bilməmişlər. O, uşaqlarına doğum haqqında şəhadətnamə götürmək üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir . Maraqlı şəxsnə müraciət etmiş, orada ona bildirmişlər ki, doğum haqqında akt qeydi Beylaqan rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Bu səbəbdən də onun doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, qızları Elnarənin 25.05.20*8-ci ildə, Səbinənin isə *0.0*.2022-ci ildə Beyləqan rayonunun Aşıqalılar kəndində doğumlarının qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilərkən, 25.05.20*8-ci ildə anadan olan Elnarənin soyadının Əliyeva, adının Elnarə, ata adının Elnur, ata qrafasında X*0, ana qrafasında isə Ərizəçi, *0.0*.2022-ci ildə anadan olan Səbinənin soyadının Əliyeva , adının Şəbinə, ata adının Elnur, ata qrafasında X*0, ana qrafasında isə Ərizəçi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinin tələblərini nəzərə alaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ifadələrini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin mərhum qardaşı X4 *5 fevral *997-ci ildə Beyləqan rayon Türklər qəsəbəsində anadan olmuşdur. X2 05 mart *998-ci ildə vəfat etmişdir. X* doğum haqqında şəhadətnaməsi olmadığı üçün ərizəçi adlarında olan torpağı və digər əmlakları adına keçirə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və eləcədə, digər sənədlər təqdim edilməklə doğum VVADQ orqanı tərəfindən həyata keçirilməlidir. Qaydaların 2.6-cı bəndinin tələbinə görə həmin Qaydanın 2.5-ci maddəsində nəzərdə tutulan əsaslar olmadıqda şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 307-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 25.05.20*8-ci il tarixdə, X6 *0.0*.2022-ci il tarixdə Beyləqan rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. X5, X6 doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X*0, ana qrafasında isə Ərizəçi yazılsın. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-954/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-954/2023
20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver