Məhkəmə qərarları › İş №2(020)-984/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-984/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-984/2023 14.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq şəhid ailəsi olduqları üçün onlara dövlət tərəfindən verilmiş 11.000 manat sığorta pulunun yarısı olan 5.500 manat pulun, şəhid ailələrinə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən verilmiş 10.000 manat pulun yarısı olan 5.000 manat pulun, birgə nikah dövründə qazandıqları 15 baş mal-qaranın pulu olan 11.000 manat pulun yarısı olan 5.500 manat pulun, 2.5 ha pay torpaq sahələrinin satılmasından əldə olunmuş 4000 manat pulun yarısı olan 2.000 manat pulun , cəmisi 18.000 manat pulun və şəhid oğlunun hərbi paltarlarının cavabdeh-Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə cavabdeh- Cavabdeh ilə evlənərək nikahlarını 26 iyun 1995-ci il tarixdə Beyləqan rayonunun Yuxarı Aran kəndində qeyd etdirmişlər və birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah Beyləqan Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin uşaqlarından biri İİ-ci Qarabağ döyüşlərində şəhid olmuşdur. Həmin uşağın şəhid olması ilə əlaqədar tərəflərə dövlət tərəfindən 11.000 manat sığorta pulu, şəhid ailələrinə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən verilmiş 10.000 manat pul, birgə nikah dövründə qazandıqları 15 baş mal-qaranın pulu olan 11.000 manat pul və 2.5 ha pay torpaq sahələrinin satılmasından əldə olunmuş 4000 manat pul, cəmisi 36.000 manat pul cavabdeh - Cavabdeh tərəfindən ələ keçirilmişdir. Cavabdeh - Cavabdeh 36.000 manat pulun yarısı olan 18.000 manat pulun iddiaçıya məxsus olmasına baxmayaraq bu pulları da iddiaçıya verməmişdir. Ona görə də şəhid ailəsi olduqları üçün onlara dövlət tərəfindən verilmiş 11.000 manat sığorta pulunun yarısı olan 5.500 manat pulun, şəhid ailələrinə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən verilmiş 10.000 manat pulun yarısı olan 5.000 manat pulun, birgə nikah dövründə qazandıqları 15 baş mal-qaranın pulu olan 11.000 manat pulun yarısı olan 5.500 manat pulun, 2.5 ha pay torpaq sahələrinin satılmasından əldə olunmuş 4000 manat pulun yarısı olan 2.000 manat pulun, cəmisi 18.000 manat pulun və şəhid oğlunun hərbi paltarlarının cavabdeh-Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasında ifadə verən şahid X4 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun valideynləridir. Qardaşı şəhid olduqdan sonra ailələrində problemlər yaranmış və valideyinləri ayrılmışdır. Qardaşının şəhid olması ilə əlaqədar onların ailələrinə dövlət tərəfindən içırisində 11000 manat pul olan kart və yerli İcra hakimiyyti tərəfindən 10000 manat pul verilmişdir. Anası İddiaçı həmin kartı və pulu saxlaması üçün ona vermişdir. Aradan bir müddət keçdikdən sonra atası Cavabdeh onun yaşadığı evə gələrək həmin kart və 10000 manat pulu ondan almışdır. Həmçinin atası ona həyətlərindəki mal-qaranı 7000 manata satdığını ona bildirmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixi qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş 007081 nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsidir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh hər birinin hesabına 5500 manat pul köçürülmüşdür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər nikahlarını 26 iyun 1995ci il tarixdə Beyləqan rayonunun Yuxarı Aran kəndində qeyd etdirməklə evlənmiş, birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah Beyləqan Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin uşaqlarından biri İİ-ci Qarabağ döyüşlərində şəhid olmuşdur. Həmin uşağın şəhid olması ilə əlaqədar tərəflərə dövlət tərəfindən 11.000 manat sığorta pulu, şəhid ailələrinə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən 10.000 manat pul verilmişdir. Həmin məbləğ tərəflər arasında bərabər olaraq verilmişdir. Məhkəmə iclasında ifadə verən şahid X4 ifadəsində anası İddiaçı qardaşının şəhid olmasına görə aldığı kartı və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10000 manat pulu saxlaması üçün ona verdiyini, atası Cavabdeh isə onun yaşadığı evə gələrərk həmin kart və 10000 manat pulu ondan aldığını göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət tərəfindən tərəflərə verilmiş 11.000 manat sığorta pulunun yarısı olan 5.500 manat pulun, şəhid ailələrinə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən verilmiş 10.000 manat pulun yarısı olan 5.000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qanuna uyğundur. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən birgə nikah dövründə qazandıqları 15 baş mal-qaranın 11.000 manata satlımasını qeyd etsə də, məhkəmə iclasında ifadə verən Leyla Hüseynova atasının heyvanları 7000 manata satmasının ona dediyini bilirmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən yəni 3500 manat təmin edilməlidir. Həmçinin iddiaçı ərizəsində cavabdehdən 2.5 ha pay torpaq sahələrinin satılmasından əldə olunmuş 4000 manat pul tələb etsədə, torpaqlarının icarəyə verilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının 680 manat pul tələbinə dair hissəsi əsaslı olduğundan məhkəmə iddianın həmin hissədə təmin edilməsini əsaslı hesab etmir. İddiaçı X5 məhkəmədə cavabdeh X2 34 manat faiz borcu tələb etsə də tərəflər arasında bu barədə heç bir razılıq olmamış və iddiaçı bir barədə məhkəməyə hər hansı bür sübut təqdim edə bilmədi. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlav edilmiş sənədlərdə görünür ki, hr iki tərəf şəhid ailəsidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh-Cavabdeh şəhid ailəsi olduqları üçün onlara dövlət tərəfindən verilmiş 11.000 manat sığorta pulunun yarısı olan 5.500 manat, şəhid ailələrinə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən verilmiş 10.000 manat pulun yarısı olan 5.000 manat, birgə nikah dövründə qazandıqları 15 baş mal-qaranın pulu olan 7000 manat pulun yarısı olan 3500 manat, cəmi 14000 (on dörd min) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar