Məhkəmə qərarları › İş №2(020)-985/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-985/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-985/2023 01.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli SP/AV-022-21 saylı müqaviləyə əsasən 2500 (iki min beş yüz) manat borc və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış SP/AV- 022-21 saylı, 02 fevral 2021-cu il tarixli, "Sponsorluq müqaviləsi"nin 1-ci bəndinə əsasən, "xxxx" MMC Cavabdehə aid 3 ədəd Cover və 1 ədəd xronometrajlı klipin çəkilişinə dəstək göstərmək məqsədilə baş sponsor olmağı, o cümlədən həmin sponsorluq çərçivəsində pul yardımı (sponsor töhfəsi) etməyi, cavabdeh isə bunun müqabilində bu müqavilənin 1 saylı əlavəsində öz əksini tapan sponsorluq paketi çərçivəsində "xxxx" MMC-yə məxsus müvafiq məhsulun reklam xidmətlərinin göstərilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC tərəfindən 2500 (iki min beş yüz) manat məbləğində sponsor töhfəsi ödənilsə də, müqavilənin 3-cü bəndində qeyd olunan sponsorlanana aid öhdəlikləri bugünədək yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, "Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Miilki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi iiçiin onun iştirakçıları arasında müqavilə olmalıdır". Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, "Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır". Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, "Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər". Göründüyü kimi tərəflər arasında Sponsorluq müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən "Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür". Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, "Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür". Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, "Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir" Həmin Məcəllənin 445.2,-ci maddəsinə əsasən, "Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur". Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edlmiş, müqavilə üzrə öhdəliklərini icra etməsi barədə məktub göndərilmiş, lakin o, xəbərdarlıqlara məhəl qoymamış və "müqavilə üzrə öhdəliklərinin icrasından yayınmışdır. Xəbərdarlığın və həmin xəbərdarlığın cavabdehə göndərildiyini təsdiq edən poçt sənədlərinin surəti iddia ərizəsinə əlavə edilmi.dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.2-ci maddəsinə əsasən, "Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur". Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən, "Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cıı maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər". Həmin Məcəllənin 445.2,-ci maddəsinə əsasən, "Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur". Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, "Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur". Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, "Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda miıəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir". Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, "Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.". Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, "İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər". Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, "Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır". Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi iş materyalları ilə kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli SP/AV-022-21 saylı müqaviləyə əsasən 2500 (iki min beş yüz) manat borc və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC–yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar