Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-995/2023 17.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Beyləqan Mərkəzi Rayon X1rşı işə bərpa tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Beyləqan Mərkəzi Rayon X1rşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə əsasən öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün müvafiq olaraq Azərbaycan Respublikası Mediasiya Orqanına müraciət etməmişdir. Lakin hazırki iddia ərizəsinə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri, yəni işə girmə və işdən çıxma əmrləri, əmək haqqına dair arayış və sair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda iddiaçının şəxsiyyətini təsdiq edən sənəd materiala əlavə edilməmişdir. İddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində göstərilən forma və məzmununa əməl olunmamışdır. Eyni zamanda Qanunun tələblərinə görə iddiaçı hazırkı ərizəsi ilə bağlı Azərbaycan Respublikası Mediasiya Orqanına müraciət etməli, onun ərizəsinin təmin edilməsindən imtina edildiyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə 2021-ci il iyulun 1-dən Qanun tam olaraq qüvvəyə minmiş və artıq vətəndaşlar kommersiya mübahisələri,həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.Eyni zamanda qeyd edilən qanunvericilik tələbini MPM-ində də təsbit edilməsi ilə bağlı müvafiq qanun qəbul edilmiş və cari ilin 23 iyul tarixindən qüvvəyə minmişdir. Dəyişikliyə əsasən mediasiya prosesində tərəflərin iştirakı tələb olunduğu hallarda bu tələbə riayət edilməsi ilə bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli , bu tələbə riayət olunmadıqda isə hakim iddia ərizəsini və ona və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır . İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdə tərəflərin əmrin ləğv edilməsinə dair aralarında razılıqlarının olub-olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ,tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytarır . Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Beyləqan Mərkəzi Rayon X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-995/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-995/2023
17.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver