Məhkəmə qərarları › İş №2(020)-997/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-997/2023

24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-997/2023 24.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, İclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi- Ərizəçi, Maraqlı tərəf- Maraqlı şəxs rəisi Malik Mahmudovun iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X* Beyləqan rayonu, Aşqallar kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, qızı Aytac xx.xx.2008-ci ildə Beyləqan rayonu, Aşqallar kəndində ev şəraitində doğulmuşdur. Lakin səhlənkarlıq edərək, bilməməzlikdən uşağın doğulması barədə tibbi arayış almamış və bu barədə heç bir yerə müraciət etməmişdir. Uşağının doğumunun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, ona bildirmişlər ki, əgər uşağın doğum faktını, yerini təsdiq edən tibbi şəhadətnamə olmasa, doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, X* Beyləqan rayonu, Aşqallar kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi Malik Mahmudov ərizənin əsaslı olduğunu göstərərək təmin edilməsinə etiraz etmədi və izahatında göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edirək qızı Aytacın xx.xx.2008-ci ildə doğulmasının müəyyən edilməsini xahiş etmişdir, lakin ərizəçi tərəfindən şöbəyə qızının doğum faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən ərizəçinin qızının doğumunun qeydə alınmasından imtina edilmişdir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi məhkəmədə tələbini əsaslandıraraq izahatında göstərdi ki, qızı Aytac 04 sentyabr 2008-ci ildə yaşadıqları Beyləqan rayonu, Aşqallar kəndində ev şəraitində doğulmuşdur. Bu barədə heç bir yerə müraciət etməmiş və tibbi a arayış almamışlar. Ona görə də hazırda qızının doğumunun qeydə alınmasına çətinlik çəkirlər. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X4 ifadəsində göstərdi ki, ərizəçi Teymur onun bacısı oğludur. Teymurun qızı Aytac Aşıqalılar kəndində 04 sentyabr 2008-ci ildə doğulmuşdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahid ifadələrini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən çxarışdan görünür ki, Ərizəçi ilə X3 nikahlarını 03.*2.2009-cu ildə Beyləqan rayon İHB-in Aşqalılar kənd İcra nümayəndəliyində rəsmiləşdirmişlər. İş materiallarına əlavə Beyləqan rayon İHB-in Aşqalılar kənd İcra nümayəndəliyinin *4.06.2023-cü il tarixli *87 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.2008-ci ildə Beyləqan rayonun Aşqalılar kəndində doğulmuş X* atasıdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs *7.03.2023-cü il tarixli, **7 saylı rəyindən görünür ki, Ərizəçi xx.xx.2008-ci il tarixdə doğulmuş övladının doğumunun qeydə alınması ilə bağlı ərizəsinə qeydiyyat şöbəsində baxılması doğum faktını təsdiq edən tibbi sənədi təqdim etmədiyindən mümkün olmamışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi qızı Aytac 04 sentyabr 2008-ci ildə Beyləqan rayonunun Aşıqalılar kəndində anadan olmuş, valideynləri isə səhlənkarlıqdan ona doğum haqqında şəhadətnamə götürməmişlər. Azərbaycan Respubfikası Ailə Məcəlləsinin 44.*-ci maddəsinin tələblərinə uyğun olaraq uşağın anadan mənşəyi (analıq) ananın uşaq tibb müəssisəsində doğulmasmı təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda, doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və eləcədə, digər sənədlər təqdim edilməklə doğum VVADQ orqanı tərəfindən həyata keçirilməlidir. Qaydaların 2.6-cı bəndinin tələbinə görə həmin Qaydanın 2.5-ci maddəsində nəzərdə tutulan əsaslar olmadıqda şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 307-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X* 04 sentyabr 2008-ci ildə Beyləqan rayonunun Aşıqalılar kəndində doğulması faktı müəyyən edilsin. Tərtib olunmuş doğum haqqında şəhadətnamənin soyadı Əliyeva, adı Aytac, ata adı Teymur, ata qrafasında Ərizəçi , ana qrafasında X3 yazılsın. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar