Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1001/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X* ona miras qalmış Bərdə rayonu Həsənqaya kəndində yerləşən 0.27 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, tələb xüsusi icraat qaydasında baxılan işlərə aiddirsə, ərizə tərtib olunaraq tərəf kimi ərizəçi və maraqlı şəxs, iddia icraatı qaydasında baxılan işlərə aid olduqda isə , iddiaçı və cavabdeh kimi qeyd olunmaqla, iddia ərizəsi formasında təqdim olunmalıdır. Hazırkı tələb məhkəməyə MPM-nin *49-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunaraq iddia ərizəsi kimi təqdim olunmuş, tərəflər iddiaçı və cavabdeh qeyd olunmuş, ərizədə İddiaçı poçt ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia ərizəsi MPM-nin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin *52.*.*-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. MPM-nin *52.*.*-ci maddəsinə əsasən bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin **4,*49-*52-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1001/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1001/2023
11.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver