Məhkəmə qərarları › İş №2(021)-1003/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1003/2021

01.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1003/2021 01.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X7 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh X8 qаrşı “əmlakın evdən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh X8 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh X8 aid məişət əşyalarının ona məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 ildən çoxdur ki, özünə məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin evə görə ona 28.10.2019-cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Cavabdeh X3 və X4 bir neçə ildir tanıyır. 2014-cü ildə Cavabdeh ilə X9 ailə qurarkən cavabdehin valideyinləri ona evini cavabdehə kirayə verməsini xahiş etmişdir.Bundan sonra evini cavabdehə kirayə vermiş, cavabdeh özünə məxsus əşyalarını onun evinə yığmışdır. Bir neçə gün həmin evdə yaşadıqdan sonra Rusiya Federasiyasına köçüb uzun müddət orada yaşamışlar. Bir ildən çoxdur cavabdeh Rusiya Federasiyasından qayıtmış və onda olan məlumata görə cavabdeh həyat yoldaşından rəsmi şəkildə ayrılmışdır. Buna baxmayaraq cavabdehə məxsus əmlaklar onun evindədir. Dəfələrlə cavabdehə müraciət edərək əmlaklarını götürməsini tələb etsə də nəticəsi olmamışdır. Hesab edir ki, cavabdeh cehiz əşyalarını onun evindən götürməməsi onun mülkiyyət hüququnu pozur. Cavabdeh əşyalarını könüllü surətdə evdən çıxarmadığından məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən cavabdeh X8 məxsus cehiz əşyalarının ona məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE 04982224 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 29.10.1971-ci ildə Bərdə rayonu Mirzalıbəyli kəndində doğulmuş, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatdadır. 28.10.2019-cu il tarixdə qeydiyyata alınmış, reyestr nömrəsi **********32-10301 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reystr kitabının 84 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında bağlanmış nikah pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli,2(021)336/2020 nömrəli Qətnaməsinin surətindən görünür ki, X5 cavabdehlər X6,X2,X9na,İddiaçı və Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə,3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə və Bərdə rayon Əyricə kənd icra nümayəndəliyinə qarşı “Çıxarışın etibarsız hesab olunması,evə köçmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamışdır. Gəncə İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2-1(114)883/2020 nömrəli qərarının surətindən görünür ki, X5 cavabdeh Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinə(üçüncü şəxslər İddiaçı və X6 qarşı 09 oktyabr 2019-cu il tarixli,10 saylı iclas protokolu qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli,2-1(104)-179/2021 qərarının surətindən görünür ki, Gəncə İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2- 1(114)883/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki İddiaçı cavabdeh X8 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh X8 aid məişət əşyalarının ona məxsus Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşin faktiki hallarından müəyyən olunur ki: Cavabdeh cehiz əşyalarını yerləşdirdiyi ev İddiaçı mülkiyyətindədir. Belə ki, 28.10.2019cu il tarixdə qeydiyyata alınmış, reyestr nömrəsi **********32-10301 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reystr kitabının 84 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2-1(114)883/2020 nömrəli qərarının surətindən görünür ki, X5 cavabdeh Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinə(üçüncü şəxslər İddiaçı və X6 qarşı 09 oktyabr 2019-cu il tarixli, 10 saylı iclas protokolu qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli,2-1(104)-179/2021 qərarının surətindən görünür ki, Gəncə İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2-1(114)883/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X1 ilə rəsmi nikah münasibətində olmuş, ailə quran zaman iddiaçının evində kirayədə yaşamış, cavabdehə məxsus əmlaklar iddiaçıya məxsus evə yığılmışdır. Onlar arasındakı nikah pozulduqdan sonra cavabdeh özü evdən çıxsa da əşyalarını evdən çıxarmamışdır. Bu halı da tərəflərin heç biri mübahisələndirmir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması, Cavabdeh həmin mənzildə yaşamaması, lakin ona məxsus əşyaların mənzildə qalması, bununla da iddiaçının öz mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tam olaraq müəyyən edilmişdir. Odur ki, iddia tələbi təmin edilərək Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən mənzilinə iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması üçün cavabdehə məxsus əşyalar həmin mənzildən çıxarılmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 10 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh məxsus əşyalar İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh ödənilmiş 10 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar