Məhkəmə qərarları › İş №2(021)-1005/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1005/2023

13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1005/2023 13.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum yaxın qohumları X5 miras qalan əmlakların, o cümlədən 75.1 qram qızıl əşyaların miras əmlak kimi tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 Şöhlə Cəlil qızının əri olmuşdur. X13 rayonu, Yenidaşkənd kənd sovetliyi tərəfindən 11 avqust 1989-cu il tarixdə 22 nömrə ilə qeydə alınmaqla rəsmi nikah bağlamışdılar. Onların birgə rəsmi nikahlarından övladları Ərizəçi3 və Ərizəçi2 anadan olmuşlar. Onlar həmişə birgə təsərrüfatı idarə etmişlər. X3 17 aprel 2*22-ci ildə miokard infarktı xəstəliyindən ölmüşdür. X15 öləndən sonra ondan qalan bütün miras əmlakları, o cümlədən 75.1 qram qızıl əşyalarını onlar iddiaçılar qəbul etmişlər. Lakin X15 "xxxx" ASC-nin Bərdə filialı ilə bağladığı *7 dekabr 2*21-ci il tarixli LB/21/*41/***617 nömrəli kredit müqaviləsinə əsasən 42** (dörd min iki yüz) manat məbləğində borc almışdır. X15 LB/21/*41/***617 nömrəli kredit müqaviləsinə əsasən əsas öhdəliyin icrasının təmini məqsədiylə *7 dekabr 2*21-ci il tarixdə, LB/21/*41/***617 nömrəli Girov müqaviləsi bağlamış və 75.1 qram çəkidə qızıl əşyalarını girov qoymuşdur. X15 öləndən sonra onlar iddiaçılar ondan miras qalan əmlakları qəbul edib idarə etməkdə davam etmişlər. Ona görə də mərhum əri Elçin Məmmədovdan miras qalan əmlakları faktiki onlar birinci dərəcəli vərəsələri qəbul etmişlər. Mirasın qəbulu ilə bağlı onlara 6 ay sonra müraciət etməyi lazım olduğu bildirildi. Onlar da 6 ay sonra X15dan miras qalan əmlaka vərəsə kimi tanınmaq üçün müraciət etdilər. Lakin, Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi 26 oktyabr 2*22-ci il tarixli 267*/2*22 nömrəli məktubla göstərmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən məhkəməyə müraciət edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən ərizəçilər ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə ərizə tələbində qeyd edilən X1 miras qalan və girov qoyulan 75,1 qram qızıl əşyaların hazırda Maraqlı şəxs2 ASC-nin Bərdə filialında saxlanıldığını nəzərə alaraq *7 fevral 2*23-cü il tarixli qərardadla Maraqlı şəxs2 ASC-ni maraqlı şəxs qismində işə cəlb etmişdir. İş üzrə maraqlı şəxslər Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə və Maraqlı şəxs2 ASC-nə məlumat verilsə də maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci ildə Yevlax rayonu, Nəmərli kəndində anadan olmuşdur. Yaşayış yeri Bərdə rayonu, İmamqulubəyli kəndidir. AA *522938 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü ildə anadan olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu ildə Bərdə rayonu, İmamqulubəyli kəndində anadan olmuşdur. Yaşayış yeri Bərdə rayonu, İmamqulubəyli kəndidir. Bərdə rayonu Yenidaşkənd kənd Sovetliyi tərəfindən verilmiş 11.*8.1989-cu il tarixli, 44243* nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X11 ilə Ərizəçi1 11.*8.1989-cu ildə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Əhmədova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.*5.2*22-ci il tarixli, AZ-İİ 248541 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X11 17.*4.2*22-ci ildə Bərdə rayonu, İmamqulubəyli kəndində miokard infarktından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.*5.2*22-ci il tarixdə 513 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 478371 nömrəli arayışdan görünür ki, X12 xx.xx.1994-cü ildə Bərdə rayonu, İmamqulubəyli kəndində anadan olmuşdur. X4, anası isə X9r. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *3.11.2*22-ci il tarixli, 4*7965 nömrəli arayışdan görünür ki, Ərizəçi3 xx.xx.1989-cu ildə Bərdə rayonu İmamqulubəyli kəndində anadan olmuşdur. X4, anası isə X9r. Maraqlı şəxs2 ASC-nin Bərdə filialı ilə X11 arasında bağlanmış *7 dekabr 2*21-ci il tarixli LB/21/*41/***617 saylı kredit müqaviləsinin və ona əlavənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X8 illik 26% ödəmək şərti ilə 24 ay müddətinə 42** manat məbləğində kredit verilmiş, X11 isə verilmiş krediti 24 ay ərzində aylıq ödənişlər şəklində ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs2 ASC-nin Bərdə filialı ilə X11 arasında bağlanmış *7 dekabr 2*21-ci il tarixli G-LB/21/*41/***617 nömrəli girov müqaviləsinin surətindən görünür ki, girovqoyan X11 mülkiyyətində olan 75.1 qram zinət əşyalarını girovsaxlayan "xxxx" ASC-yə girov qoymuşdur. Girov qoyulan əşyaların ümumi dəyəri 6**8 (altı min səkkiz) manatdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.1*.2*22-ci il tarixli, 5*8 nömrəli arayışdan görünür ki, Ərizəçi1 həqiqətən Bərdə rayon İmamqulubəyli kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.1*.2*22-ci il tarixli 5*7 nömrəli arayışdan görünür ki, X3 17 aprel 2*22-ci ildə vəfat etmişdir və vəfat edən günə kimi Bərdə rayonu, İmamqulubəyli kəndində yaşamışdır. Ölümündən sonra təsərrüfatında onunla birgə yaşayan ailə üzvləri Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3dur. Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi2 ünvanlanmış 26 oktyabr 267*/2*22 saylı məktubdan görünür ki, 17.*4.2*22-ci ildə vəfat etmiş Bərdə rayonu, İmamqulubəyli kəndində qeydiyyatda olmuş X5 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün 26.1*.2*22-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ötürülmüşdür, bu səbəbdən mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunur. Maraqlı şəxs2 ASC-nin Bərdə filialı tərəfindən məhkəməyə ünvanlanmış 23 fevral 2*23cü il tarixli BAR/*46 saylı məktubundan görünür ki, məhkəmənin 14.*2.2*23-cü il tarixli 2(*21)-1**5/2*23 saylı sorğusuna əsasən bildirilir ki, X7 Maraqlı şəxs2 ASC-nin Bərdə filialından götürdüyü kredit borcunun girovu qismində qoyduğu 75.1 qram 583 əyar qızıl zinət əşyası hal-hazırda Maraqlı şəxs2 ASC-nin Bərdə filialında saxlancdadır və məktuba akt və girov qoyulmuş qızıl-zinət əşyalarının şəkli əlavə edilmişdir. İş materiallarında olan 1*43654599 saylı *6.*1.2*23-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi2 məhkəmədə iddia qaldırmaq üçün 1**,** AZN dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 mərhum yaxın qohumları X5 miras qalan əmlakların, o cümlədən 75.1 qram qızıl əşyaların miras əmlak kimi tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 6*-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2* oktyabr 2*11-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12*3.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2*11-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2*2*-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2*14cü il 18 iyul tarixli Qərarı). Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli 3 saylı qərarının 1*-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 3*7.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 1*2-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 1*.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, X7 ölümündən sonra onun birinci növbə vərəsələri olan arvadı Ərizəçi1 və övladları Ərizəçi2 və Ərizəçi3 qalmışdır. Bundan başqa işdən müəyyən edilir ki, hazırki iş üzrə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 X1 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin, ərizəçi mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. Buna görə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 X1 miras qalmış 75.1 qram qızıl əşyalarını qəbul etməsi faktı müəyyən edilməlidir. Məhkəmə ərizə tələbinin X1 miras qalan əmlakların miras əmlak kimi ərizəçilər tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində hesab edir ki, həmin hissədə ərizə təmin edilə bilməz. Belə ki, ərizədə sözügedən əmlaklar konkret və dəqiq göstərilmədiyindən və həmin əmlakların nədən ibarət olduğu aydınlaşdırılmadığından məhkəmə hesab edir ki, qeyri-müəyyən əmlak vərəsələr tərəfindən miras əmlak kimi qəbul və idarə edilə bilməz. Həmçinin, Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Buna görə də hazırki ərizə ilə mirasın bir hissəsi olan əmlaka faktiki sahiblik edilməsi bütün mirasın vərəsələr tərəfindən tamamilə qəbul edilməsini göstərir ki, ərizədə bütün əmlakların göstərilməsinə məhkəmə hazırki halda zərurət görmür. Beləliklə, AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 3*7.1-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. Həmin Məcəllənin 3*7.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. X1 miras qalan və hazırda Maraqlı şəxs2 ASC-nin Bərdə filialında saxlanılan 75.1 qram qızıl əşyaların ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar