Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1013/2023 08.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində payının müəyyən edilməsi və payına uyğun olaraq naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayonu, Otuzikilər kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1,61 hektar torpaq sahəsinin mərhum X10na və mərhum anası X7 məxsus hissəsinin tərəfindən mirasın faktiki qəbul edilməsi faktı müəyyən edilməsi, miras əmlak üzərində payının müəyyən edilməsinə və payına uyğun olaraq naturada bölünməsinə dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum ataları X23 ilə mərhum anaları X8 11 mart 1963-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. X29 və anası Gövhər Hüseynovanın birgə nikahından övladları -Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və o, İddiaçı anadan olmuşdur. Valideynlərinin başqa övladları olmamışdır. Doğum haqqında şəhadətnamələrinə əsasən X23 ataları, X8 analarıdır. O, mərhum X29 və mərhumə anası Gövhər Hüseynova ilə Bərdə rayonu, Otuzikilər kəndində yerləşən evdə yaşamış və valideynləri digər övladları ilə bərabər ona da həmişə diqqət və qayğı göstərmiş, heç birini fərqləndirməmişlər. O, da həmişə valideynlərinə hörmət etmiş, onlara qulluq etmiş, cavabehlərlə də həmişə mehriban olmuşdur. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə Bərdə rayonu, Otuzikilər kəndinin ərazisində mərhum X10, mərhum anası X8, qardaşı Cavabdeh1 və onun ümumi birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,61 hektar torpaq sahəsi verilmişdir. Bu barədə JN 212 nömrəli 61018018 KOD-lu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X10 xx.xx.2016-cı il tarixdə, anası X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Atası və anası öləndən sonra onların miras əmlakları olan pay torpaqlarını faktiki o qəbul etmiş, torpağın rüsumunu da o ödəmişdir. Miras əmlakı faktiki qəbul etməyi və miras əmlak üzərində paylarının müəyyən edilməsi üçün digər bacı-qardaşları ilə hər hansı narazılıqları yoxdur. Lakin qardaşı, Cavabdeh1la dəfələrlə söhbətlər aparsa da o, miras əmlaka vərəsəlik işi açılması və Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün notariat kontoruna getməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 1.61 ha torpaq sahəsi mərhum valideynləri X14, X6, qardaşı Cavabdeh1 və onun mülkiyyətinə verilmişdir. Hazırda özünə düşən hissəni özü əkib-becərir. Valideynlərindən miras qalan torpaq sahəsini isə qardaşı, iş üzrə Cavabdeh4 əkib-becərir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlik iclasında Cavabdeh4 bildirdi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 1.61 ha torpaq sahəsi mərhum valideynləri X14, X6, qardaşı Cavabdeh1 və İddiaçı mülkiyyətinə verilmişdir. Hazırda qardaşı İddiaçı özünə düşən hissəni özü əkib-becərir. Valideynlərindən miras qalan torpaq sahəsini isə əvvəldən faktiki olaraq qəbul edib özü idarə etmişdir. Yəni miras faktiki olaraq tərəfindən qəbul olunmuşdur. Odur ki, iddia tələbini rədd olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh3 bildirdi ki, miras əmlakı qardaşı Kamandar çoxdan istifadə edir və faktiki o qəbul edib. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bərdə rayon Otuzikilər kəndində anadan olmuşdur. Bərdə rayon Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Hüseynov X4 yaşayır. İş materiallarına əlavə olunmuş V-ЖГ №294303 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bərdə rayon Otuzikilər kəndində anadan olmuşdur. Ata qrafasında ata adı X23, ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X20 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Ata adı X23, ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh4 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Ata adı X23, ana adı X3 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X17 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Ata adı X23, ana adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, X23 ilə X12 xx.xx.1963-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X23 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan müəyyən olunur ki, X23 vəfat edənə kimi Bərdə rayon Otuzikilər kəndində yaşamışdır, vəfatından sonra təsərrüfatında onunla birgə qeydiyyatda olan aşağıdakı ailə üzvləri qalmışdır: X8, Cavabdeh4, İddiaçı, X17, Cavabdeh1, Cavabdeh3 İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan müəyyən olunur ki, X8 vəfat edənə kimi Bərdə rayon Otuzikilər kəndində yaşamışdır, vəfatından sonra təsərrüfatında onunla birgə qeydiyyatda olan aşağıdakı ailə üzvləri qalmışdır: Cavabdeh4, İddiaçı, X17, Cavabdeh1, Cavabdeh3. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 2216 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X23, X8 və İddiaçı adına Bərdə rayonu, Otuzikilər kəndndə 4 nəfər ailə üzvü ilə birlikdə 1.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.47 ha həyətyanı torpaq sahəsi və 0.02 ha həyətyanı torpaq sahəsi daşınmaz Əmlakın dövlət reyestrində aşkar edilmişdir. Fiziki şəxslərin adlarına fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, JN-212 saylı, KOD 61018018 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X16 və qeyrilərinə məxsus 1.61 ha torpaq sahəsinə dair hər hansı bir özgəninkiləşdirməyə dair məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 506/2023 saylı məktubdan müəyyən olunur ki, 02 yanvar 2021-ci il tarixdə vəfat etmiş X6 və 04 noyabr 2016-cı il tarixdə X14 barəsində vərəsəlik işinin açılmasına dair “Elektron notariat” X1 məlumat axtarışı bazasına baxış keçirilmiş, 22 fevral 2023-cü il tarixədək olan dövrə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə fayon Dövlət Arxivi tərəfindən verilmiş 40 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, rayon dövlət Arxivində 72 saylı fondda mühafizə edilən Bərdə rayon 32-lər kənd İnzibati ərazi Dairəsinin 32-lər kəndi üzrə 2006-2010-cu illərə aid 3 saylı təsərrüfatbaşına kitabın 203 nömrəli şəxsi hesabına əsasən vətəndaş, X14 ailə tərkibi aşağıdakı kimi qeyd olunub: ailə başçısı- X23, arvadı- X8, oğlu- İddiaçı, oğlu- Cavabdeh1, gəlini- X13, nəvəsi- X27 və X24. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-212 KOD- 61018018 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 1.61 ha torpaq sahəsi Bərdə rayon Otuzikilər sakinləri X14, X6, Cavabdeh1 və İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mirasın bölüşdürülməsi ilə bağlı həmin orqana müraciət etmiş, lakin miras şərikləri arasında mirasin bölüşdürülməsi ilə bağli ixtilaflar olduğundan imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər bacı-qardaşdır. Mübahisələndirilən torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X14, X6, Cavabdeh1 və İddiaçı mülkiyyətinə verilmişdir. Mülkiyyətçilərdən X21 və X8 vəfat etmişdir. Valdeynlərinin vəfatından sonra valdeynlərinə düşən torpaq sahəsini faktiki olaraq Cavabdeh4 idarə etmişdir. Bu halı iddiaçı özü də məhkəmə iclas zalında etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 valideynlərindən miras qalmış mübahisələndirilən torpaq sahəsini faktiki olaraq idarə etdiyindən miras vərəsə olaraq onun tərəfindən qəbul edilmiş sayılır. Buna görə də iddia tələbi əsasızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Mirasın faktiqi qəbulu tələbi təmin edilmədiyindən ondan irəli gələr miras əmlak üzərində payın müəyyən edilməsi və paya uyğun olaraq naturada bölünməsi tələblərdə təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində payının müəyyən edilməsi və payına uyğun olaraq naturada bölünməsi” tələbinə dair iddia təmin olunmasın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1013/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1013/2023
08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver