Məhkəmə qərarları › İş №2(021)-1023/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1023/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1023/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X24 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X*na məxsus miras əmlakın onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alınıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx *956-cı il təvəllüdlüdür, ailləlidir, Bərdə rayon Qaradəmirçi kənd sakinidir. X* *6 fevral 2004-cü ildə vəfat etmişdir. Xalasının ölümündən sonra vaxtında Dövlət Notariat kontoruna müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən problemlərlə üzləşmişdir. Belə ki, xalası X*4 rayon Qaradəmirçi kəndində xüysisi mülkiyyətlərində 0,08 hektar həyətyanı torpaq sahəsi olan miras əmlakı qalmışdır. X2* ailə həyatı qurmamış, ölümündən sonra ona məxsus torpaq onun sahibliyində, idarəçiliyində və isitfadəsində olmuş, hal hazırda da idarəçiliyindədir. Vərəsəlik Şəhadətnaməsi vaxtında müraciət edib almadığından xalasına məxsus miras əmlakın üzərində sərəncam hüququnu həyata keçirdə bilmir. Məhz bu səbəbdən X24 X*5 notariat konrotuna müraciət etmiş, ancaq vərəsəlik şəhadətnaməsi verilməsində imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, mərhumə X*na məxsus miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdiriməsinin üzürlü sayılmasına dair məhkəmə aktına ehtiyacı var. Məhkəmə iclasında Ərizəçiərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X24 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx *956-cı ildə doğulmuşdur, Bərdə rayon Qaradəmirçi kəndində qeyydiyyatdadır. İş materiallarında olan AZE 03227**5 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*2 *5 noyabr *950-ci ildə Bərdə rayonu, Qaradəmirçi kəndində doğulmuşdur, Bərdə şəhəri, M.Müşviq küçəsi ev 25-də qeyydiyyatdadır. İş materiallarında olan AZE *508635* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*0 08 iyun *959-cu ildə Bərdə rayonu, Qaradəmirçi kəndində doğulmuşdur, Bərdə şəhəri, Gəncə küçəsi, məh.döngə 2, ev 9-da qeyydiyyatdadır. İş materiallarında olan *4 noyabr 2022-ci il tarixli,*494-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X9 *6 fevral 2004-cü ildə ölmüşdür. İş materiallarında olan Dövlət arxivinin Ağdam filialı tərəfindən verilmiş 25 dekabr 2022-ci il tarixli, 03 saylı məktubundan müəyyən olunur ki, Zaks idarəsinin arxiv sənədləri Filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Ona görə də X4 X5 doğum haqqında şəhadətnaməsini vermək mümkün olmamışdır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2 dekabr 2022-ci il tarixli, 74*-05/*5 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi mərhum anası və xalasının doğum haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayon Qaradəmirçi kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş *488 saylı, *5 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşamış, 25 ferval 2004-cü ildə vəfat etmiş X5 ailə üzvləri bacısı qızı X*2, bacısı oğlu Ərizəçi və bacısı qızı X7 ibarət olmuşdur. İş materiallarında olan *4 dekabr 2022-ci il tarixli,*8*6-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X5 nikah akt qeydi tapılmamışdır. İş materiallarında olan*5 dekabr 2022-ci il tarixli,*825-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X** 05 iyun 20*5-ci ildə ölmüşdür. İş materiallarında olan*5 dekabr 2022-ci il tarixli, *826-05/69 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx *956-cı ildə Bərdə rayonu, Qaradəmirçi kəndində doğulmuşdur. İş materiallarında olan JN 037F KOD 6*009028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 0* fevral *997-ci il tarixli *86 saylı qərarına əsasən X6 Bərdə rayonu, Qaradəmirçi kəndində 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 705 nömrəli, 23 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi 2004-cü ildə vəfat etmiş mərhumə X*na məxsus olan həyətyanı, torpaq aktı 0* fevral 997-ci il *86 saylı qərarda göstərilən 0.08 ha torpaq sahəsini ölümündən sonra Ərizəçi istifadə edir. İş materiallarında olan X2 Reyestri Xidməti tərəfindən verilmiş *7 may 2023-cü il tarixli, 3-*6- 5/4-*3-3768/2023 saylı məktubda göstərilmişdir ki, X5 doğumu, nikahı, bacı-qardaşının doğumu, habelə valideyinlərinin nikah haqqında hər hansı məlumat aşkar olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhumə X3 miras qalmış əmlak vardır. Həmin əmlak faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməklə, mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*3-2*4, 2*6-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhumə X*ndan qalmış əmlakın miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar