Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1024/2022 08.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı 01 sentyabr 2003-cü ildə doğulmuş X3 Bərdə rayon, Qaratəpə kəndində doğum faktının qeyd edilməsinə, doğum haqqında şəhadətnamənin ata qrafasında X13, ana qrafasında isə Ərizəçi kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X13 ilə ailə həyatı qurmuş, nikahları rəsmən qeydiyyata alınmamış birgə yaşayış dövründüə 4 övladları dünyaya gəlmişdir. Üçüncü övladları 01 sentyabr 2003-cü il tarixdə Bərdə rayonu, Qaratəpə kəndində doğulmuş, onun şərti adı X5r. Övladları doğum evində dünyaya gəlmədiyindən, doğumdan uzun müddət keçdiyindən ona doğum haqqında şəhadətnamə ala bilməmişlər, bu səbəbdən də problemlərlə üzləşirlər. Bununla bağlı Maraqlı şəxsnə tərəflərindən müraciət edilmiş, qeydiyyat şöbəsi 734-05/15 saylı 22 noyabr 2021-ci il tarixli məktubla onlara bildirilmişdir ki, bununla əlaqədar məhkəməyə müraciət etməlidirlər. Məhz bu səbəbdən məhkəməyə müraciət ediblər. Odur ki, övladı 01 sentyabr 2003cü ildə X6 Bərdə rayonu Qaratəpə kəndində doğum faktının qeyd edilməsinə, doğum haqqında şəhadətnamənin ata qrafasında X13, ana qrafasında isə Ərizəçi kimi qeyd edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, Ərizəçi onun arvadıdır. Onlar evləniblər, dörd uşaqları var. Lakin qızları Şövkətə doğum haqqında şəhadətnamə almayıblar. Uşağın atası odur. Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Ərizəçi ilə qonşuluqda yaşayırlar. Ərizəçi X13 ilə birgə nikaharından dörd uşaqları var. Qızları Şövkət doğum evində doğulmadığından ona doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Ərizəçi ilə qonşuluqda yaşayırlar. Ərizəçi X13 ilə birgə nikaharından dörd uşaqları var. Qızları Şövkət evdə doğulduğundan doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 10 iyul 1968-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 12 avqust 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə Bərdə rayonu, Qaradəmirçi kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16509905 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 31 yanvar 1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materillarında olan ünvan 2 üzrə nümayəndiliyi tərəfindən verilmiş 918 nömrəli, 22 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Qaradəmirçi kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İİİ035709 nömrəli arayışdan müəyyən olunur ki, X** 04 sentyabr 20**-ci ildə doğulmuşdur, anası Ərizəçidır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X21 05 oktyabr 2001-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 ** noyabr 2000-ci ildə Bərdə rayonu, Qaradəmirçi kəndində doğulmuş, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan İX-JQ 262502 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 31 yanvar 1979-cu ildə doğulmuşdur, atası X12, anası X4r. İş materiallarında olan X9 tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, X1. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli, 734-05/15 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 01 sentyabr 2003-cü il tarixdə bir qız övladının olması faktı təsdiq edilməli, Ərizəçi 01 sentyabr 2003-cü il tarixdə Bərdə şəhərində bir qız uşağının olması, atası X13, anası Ərizəçi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01 sentyabr 2003-cü il tarixdə Bərdə şəhərində bir qız uşağının olması, atası X13, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1024/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1024/2022
08.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver