Məhkəmə qərarları › İş №2(021)-1027/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1027/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1027/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *2 fevral 2022-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum faktının müəyyən edilməsinə, atası X6, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə 08 dekabr 2022-ci il tarixdə * saylı Gəncə regional Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahlarını nikahın bağlanması hqqında akt qeydi kitabında 2*38 nömrə ilə qeyd edilməklə rəsmi olaraq evləniblər. Tofiq Məhərrəmovla birgə nikahlarından *2 fevral 2022-ci il tarixdə Bərdə şəhərində olan övladları X9 anadan olmuşdur. Uşağın anası o, Ərizəçi, atası isə X3r. Lakin maddi imkanları olmadığına, savadsız olduqlarına və başa düşmədiklərinə görə uşaqları tibb müssəssində deyil ev şəraitində doğulmuşdur. Ona görə də uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməyiblər. Hazırda uşaqlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Çünki uşağın doğum haqqında şəhadətnaməsinin olmadığı halda gələcəkdə müəyyən hüquq və vəzifələrinin əmələ gəlməsində maneələr yaranacaqdır. Bununla bağlı Bərdə rayon qeydiyyat şöbəsinə müraciət edibdir. Lakin Bərdə rayon Qeydiyyat Şöbəısində övladının doğumunun dövlət qeydiyyatına alınmasından imtina edilərək 2* dekabr 2022-ci il tarixli 755-05/*5 nömrəli məktubla bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. O, gösətirlən səbəbdən uşaqlarının doğum faktının müəyyən edilməsini başaqa yolla əldə edə bilmir və məcbur olub məhkməyə müraciət edib. Ərizəçi məhkəməyə ərizə göndərərək, körpə uşağı olduğuna görə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyeva Hicran Sabir qızı izahatında göstərdi ki, Ərizəçi və X* 08 dekabr 2022-ci ildə Əli adlı bir uşağı olmuşdur. Lakin doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*3 izahatında göstərdi ki, Ərizəçi qohumudur. Həmidənin rəsmi nikahdan bir oğlu var. Uşaq ev şəaritində doğulub, buna görə də doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA *463755 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*0 xx xxxx 2004-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE *7678706 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 *0 avqust *992-ci ildə Gəncə şəhərində doğulmuşdur, Gəncə şəhəri, Kəpəz rfayonu, Azərbaycan küçəsi *-ci dpngə, ev 7-də yaşayır. İş materiallarında olan AZE *4*30507 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Quliyeva Hicran Sabir qızı 29 yanvar *979-cu ildə Ağdam şəhərində doğulmuşdur, Ağdam şəhəri H.Aslanov küçəsi ev 36-da qeydiyyatdadır. İş materiallarında olan AA 384495* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*3 2* aprel *972-ci ildə doğulmuşdr. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, H.Z.Tağıyev küçəsi ev 44-də qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 549845 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 2004-cü ildə doğulmuşdur, atası X**, anası X4r. İş materiallarında olan XVİ-JQ 298536 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 *0 avqust *992-ci ildə doğulmuşdur, atası X7, anası X2r. İş materiallarında olan AZ-İİ 550*37 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə Ərizəçi 08 dekabr 2022-ci ildə rəsmi nikah qeydiyyatından keçmklə evlənmişlər, nikahdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş 3644 saylı 23 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Səfərova (Məhərrəmova) Həmidə İlyas qızı *2 fevral 2022-ci il tarixdə anadan olmuş oğlan uşağı hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan X6 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Məhərrəmova Həmidə ilə birgə nikahlarından *2 fevral 2022-ci ildə bir oğlan uşaqları olub, uşağın atası odur. Lakin doğum haqqında şəhadətnamə almayıblar. İş materiallarında olan Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 2* dekabr 2022-ci il tarixli, 755-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi *2 fevral 2022-ci il tarixdə oğlan övladının olması, atası X6, anası Ərizəçi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi *2 fevral 2022-ci il tarixdə Bərdə şəhərində oğlan övladının olması, atası X6, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar