Məhkəmə qərarları › İş №2(021)-103/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-103/2024

13.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-103/2024 13.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X11 iclas kаtibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, X6 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 qarşı «torpaqdan çıxarılma» tələbinə dаir mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Hacıəhmədli kəndində yerləşən onun mülkiyyətinə verilmiş 2,36 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara-X16 (vəfat etmişdir), İddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 15 dekabr tarixli, 15 saylı qərarına əsasən 2,36 ha torpaq sahəsi verilmiş, həmin torpağa JN-0018 saylı, KOD: 61018038 olan Dövlət aktı da almışlar. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış da almışdır. Qeyd edilən torpaq sahələri onlara tanıdılsa da, bir neçə illərdir ki, 2,36 ha həmin torpaq sahələri həmkəndlisi ünvan 4 sakinləri Cavabdeh1, Cavabdeh2, X6 istifadəsindədir. Analarının vəfatından sonra yaşayışları və güzəranlarını təmin etmək üçün torpaq sahələrindən istifadə etmək istəsələr də, cavabdehlər Cavabdeh1, İsmayıl və Müşviq Rüstəmovlar torpaqlarını onların istifadələrinə qaytarmamışdır. Bu səbəbdən də torpaqdan istifadə hüquqlarını həyata keçirə bilmirlər. Dəfələrlə ondan pay torpaq sahələrindən çıxmalarını tələb etsələr də, bir nəticəsi olmamışdır. Bu da onların maddi durumlarının ağırlaşmasına səbəb olmuşdur. Odur ki, ünvan 4ində yerləşən onun mülkiyyətinə verilmiş 2,36 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacları var. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı rədd edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında X15 iddianı rədd edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı və cavabdehləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 15086431 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanında yaşayır. AZE seriyalı, 13199190 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1963-cü il tarixdə ünvan 4ində anadan olmuşdur. ünvan 4ində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Bərdə rayon İHB-nın Otuzikilər kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 66 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən, ünvan 4ində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Bərdə rayon Otuzikilər kənd Sovetliyi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, AЗ- 1123418 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. X2, anası isə X17r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarix, 79 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon İHB-nın Otuzikilər kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ 972014 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2019-cu il tarixdə Bərdə rayonunda beyin infarktı insult səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 12 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Polis Şöbəsi tərəfindən İslam Teymurova ünvanlanmış sorğuya cavabdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2022-ci il tarixdə ASAN-Bərdə tərəfindən AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bərdə rayon Polis Şöbəsi tərəfindən İslam Teymurova ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, X9 bazrəsində Bərdə RPŞ QMQ-nin kartotekasında heç bir məlumat tapılmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən 2,3571 ha torpaq sahəsi İddiaçı və X13 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan JN-0018 saylı, KOD: 61018038 olan dövlət aktından görünür ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X22 və İddiaçı 2,36 ha torpaq sahəsi verilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(021)-1719/2022 nömrəli qətnamənin surətindən görünür ki, ərizənin təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0018 saylı Dövlət Aktındakı qeyd olunmuş mülkiyyətçi “İddiaçı” yazısının müvafiq olaraq mülkiyyətçi İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0,8 ha torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir. İş materiallarında olan JN-0015 saylı, KOD: 61018038 olan Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə Cavabdeh3 0.30 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0016 saylı, KOD: 61018038 olan Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə 1,24 ha torpaq sahəsi Cavabdeh2, X14 və X5 verilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1616/2023 saylı, 24 aprel 2023-cü il tarixli mülki işi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(021)-1616/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Məlumat üçün bildirirlər ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsinda əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpagların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(021)-1616/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir.

1. Sual: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4ində yerləşən 2.3571 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi? Cavab: hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4ində yerləşən 2.3571 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən istifadə edilir.

2. Sual: Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişsə nə qədər hissəsi və kim tərəfindən zəbt edilmişdir? Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdirmi? Cavab: Həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 tərəfindən 0.58 ha, Cavabdeh2 tərəfindən 1.0 ha, Cavabdeh3 tərəfindən isə 0.77 ha torpaq sahəsi istifadə edilir. Qeyd: Məlumat üçün bildirilir ki, Torpaq islahatı zamanı Otuzikilər təsərrüfatının Hacıəhmədli kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə verilmiş pay torpağı cəmi 2.36 ha olmaqla eyni konturda və eyni koordinatda qeydiyyata alınmışdır. Bu səbəbdən ilkin torpaq islahatı zamanı X22 və İddiaçı naturada torpaq sahəsi tanıdılmamışdır. Ərazidə elektron uçot işləri aparılan zaman pay bölgüsü ilə naturadakı istifadəçilik vəziyyəti arasında uyğunsuzluq olduğundan, cavabdehlərin faktiki istifadələrində olmuş və hal-hazırda istifadələrində olan pay torpaqları, TEKUİS-nə əsasən iddiaçının mülkiyyətinə verilmiş 2.36 ha pay torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1616/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli mülki iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "torpaqdan çıxarılma" tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(021)-1616/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsinda əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpagların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bərdə rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(021)-1616/2023 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçının iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. 1. Sual: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Fərzalıyeva (Aliyeva) Məsmə Cümşüd qızı və X3 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan ünvan 4ində yerləşən 0.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN 0015 KOD 61018038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə Cavabdeh3 verilmiş Bərdə rayonu Hacıəhmədli kəndində yerləşən 0.30 ha torpaq sahəsinin JN 0016 KOD 61018038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə Cavabdeh2, X7, X5 verilmiş 1.24 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları və yerləşmə yeri haradir və həmin torpaq sahələri faktiki istifadə vəziyyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X22 və İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4ində yerləşən 2.3571 ha torpaq sahəsi ilə üst-üstə düşürmü? Yaxud sənədlər üzrə üst-üstə düşürmü? Cavab:TEKUİS məlumat bazasına əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Fərzəliyeva (Alıyeva) Məsmə X1 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan ünvan 4ində yerləşən 0.8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN 0015 saylı, KOD 61018038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə Cavabdeh3 verilmiş Bərdə rayonu Hacıəhmədli kəndində yerləşən 0.30 ha torpaq sahəsinin və JN 0016 saylı, KOD 61018038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh2, X7, X5 verilmiş 1.24 ha torpaq sahəsinin yerləşmə məkanı və faktiki istifadəçilik vəziyyətinə dair koordinatları rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələri, TEKUİS məlumat bazasında mövcud Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X22 və İddiaçı xüsusi mülkiyyətində olan Bərdə rayonu, Hacıəhmədli kandində yerləşən 2.3571 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. TEKUİS məlumat bazasına əsasən cavabdehlərin sənəd üzrə mülkiyyətlərinə verilmiş mübahisəli torpaq sahələri, TEKUİS məlumat bazasında mövcud Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən X22 və İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4ində yerləşən 2.3571 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır.

2. Sual: Cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 sənəd üzrə onların mülkiyyətinə verilmiş torpaq sahələrindən faktiki istifadə edirlər mi? Cavab: Cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələrinin korrdinatlarına uyğun naturada istifadə etmirlər. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Hacıəhmədli kəndində yerləşən onun mülkiyyətinə verilmiş 2,36 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmasına onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4ində yerləşən 2.3571 ha torpaq sahəsinin 0.58 ha hissəsi Cavabdeh1 tərəfindən, 1.0 ha hissəsi Cavabdeh2 tərəfindən, 0.77 ha hissəsi isə Cavabdeh3 tərəfindən istifadə edildiyindən iddia təmin edilməli, cavabdehlər zəbt və istifadə etdikləri iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı, iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ bərpa edilməlidir. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddiasını sübut etmişdir və cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsinin hüquqi və qanuni əsası mövcud deyil və buna dair cavabdehlər tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddia qanuni və əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən tələb edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X22 və İddiaçı verilmiş onun xüsusi mülkiyyətlərində olan ünvan 4i ünvanında yerləşən 2,36 ha torpaq sahəsindən çıxarılsınlar. İddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ bərpa edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar