Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1033/2022 21.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Yasin Rafiq oğlu Abbasovun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Mustafağalı kəndində yerləşən, 3 otaqdan, 1 mətbəxdən, 1 zaldan ibarət, ümumi sahəsi 172 kv.m olan fərdi yaşayış evinə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Mustafağalı kəndində yaşayır. Cavabdeh oğlu Arzunun həyat yoldaşı olmuş, hal-hazırda onlar ayrı yaşayırlar. Nikahları Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. 2003-cü ildə mərhum həyat yoldaşı Ədalətin qardaşları maddi imkanının zəif olduğunu görüb ona həyətyani torpaq sahəsinin içərisində 3 otaq, 1 mətbəx, 1 zaldan ibarət fərdi yaşayış evi tikmişlər. 2006-cı il tarixdə Cavabdeh həmin evə gəlin köçmüşdür. 2015-ci ildə tarixdə oğlu ilə cavabdehin nikahı pozulmuş, oğlu Rusiya Federasiyasına çıxıb getmişdir. Sonradan cavabdehlə münasibətləri daha da pisləmişdir. Cavabdeh xeyli vaxtdır onu zorla tikdirdiyi evdən çıxarmışdır. Geyim paltarlarını götürüb yaxın qohumlarının evində qalmağa məcbur olmuşdur. Hal-hazırda yaşamağa başa yeri yoxdur. Kirayə yaşamaq üçün isə maddi imkanı yoxdur. Dəfələrlə cavabdehdən həmin evə köçüb yaşamaq və istifadə etmək istədiyini bildirsə də cavabdeh ona həmin evə köçməsinə və evdən istifadə etməsinə, orada yaşamasına imkan vermir. Hesab edir ki, Bərdə rayonu Mustafağalı kəndində yerləşən 3 otaqdan ibarət, 1 mətbəx, 1 zaldan ibarət, ümumi sahəsi 172 kv.m olan fərdi yaşayış evinə köçürülməsinə və evdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, təxminən 13 il əvvəl evdən çıxıb Bərdə rayonunun Mustafaağalı kəndində yerləşən bacısı evinə getmişdir və həmin vaxtdan orada yaşayır. Hazırda bacısı Rusiya Federasiyasından qayıtmaq istəyir. Ona görə də mübahisəli evə köçərək orada yaşamaq istəyir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının göstərdikləri şər böhtan xarakterlidir. Belə ki, 2006-cı ildə iddiaçının oğlu Arzu ilə evlənmiş, Bərdə rayonu Mustafaağalı kəndində yerləşən, hazırda mübahisə edilən evə gəlin köçmüşdür. İddiaçı onlarla yaşamamış, o, özünün evində yaşamışdır. İddiaçı yaşadığı evin həyətində başqa yaşayış evi tikdirmişdir. Hazırda həmin evdə iddiaçının böyük oğlunun ailəsi yaşayır. Arzu Bayramovla münasibətləri pozulmuş və ayrılmışlar. X10 Rusiya Federasiyasında, ona məlum olmayan ünvanda yaşayır. 2006-cı ildən hazırkı vaxtadək uşaqları ilə həmin evdə yaşayır. İddiaçı isə ümumiyyətlə həmin evdə yaşamamışdır. İddiaçının köçərək ona məxsus evdə yaşamasına razı deyil, bir yerdə yaşamaları mümkün deyildir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X3 məhkəmə iclasının vaxtı və yeri bаrədə qanunla müəyyən edilmiş qaydada məlumаt verilmiş, lakin üçüncü şəxsin ünvanda yaşamaması səbəbindən məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abunə haqqında sənəddən görünür ki, Bərdə rayon Mustafağalı kəndində yerləşən elektrik sayğacı İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə Bərdə rayonu Mustafağalı kəndində anadan olmuş, Bərdə rayonu Mustafağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli, 25 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Mustafaağalı kəndində daimi yaşayır. İş materiallarında olan Bərdə rayonu Mustafaağalı Bələdiyyəsinin 03 oktyabr 2004-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, Mustafağalı kənd sakini X1 “8 sot” adlanan oymağının şimal kənarında olan bələdiyyə mülkiyyətinə aid əkinə qismən yararlı torpaq sahəsindən 0,20 ha əvəzsiz olaraq həyətyani torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu Mustafaağalı Bələdiyyəsi tərəfindən verilmiş 11 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 və keçmiş həyat yoldaşına məxsus iki otaq, zal, mətbəx və açıq eyvandan ibarət yaşayış evi vardır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 102 saylı arayışdan görünür ki, Cavabdeh 2006-cı ildən hal-hazırkı vaxta kimi qızı xx.xx.2009cu il təvəllüdlü X8 və oğlu xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə sözü gedən evdə yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində hal-hazırda Cavabdeh, qızı Aysu Bayramova və oğlu Eldəniz Bayramov yaşayırlar. İddiaçı həmin fərdi yaşayış evində yaşamır. İddiaçı adına Bərdə rayonu Mustafağalı kəndi ərazisində özünə məxsus fərdi yaşayış evi vardır. (əsas 2021-2025-ci illlər təsərrüfatbaşına kitabda 381 saylı şəxsi hesab da aparılan qeydiyyat) İddiaçı öz adına olan və Cavabdeh yaşadığı evdə deyil bacısı evində yaşayır. Cavabdeh yaşadığı evin təsərrüfatbaşınba kitabda heç bir qeydiyyatı yoxdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin rəsmi sənədi yoxdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafağalı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2009-cu il tarixli, AZ-İİ 225700 nömrəli və 04 avqust 2011-ci il tarixli, AZ-İİ 715002 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 ilə X4 arasında olan rəsmi nikahlarından 19 yanvar 2009-cu ildə Aysu və 11 iyun 2011-ci ildə Eldəniz adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 noyabr 2015-ci il tarixli, AZ-İ 229248 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 X4 ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 noyabr 2015-ci il tarixli, 207 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafağalı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına kitabın 381 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, hal-hazırda İddiaçı Bərdə rayonu Mustafağalı kəndində 1 mərtəbəli, ümumi sahəsi 104 kv.metr, 2 otaqlı, fərdi yaşayış evi, 0,10 ha həyətyani torpaq sahəsi vardır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafağalı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına kitabın 695 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, hal-hazırda X2 Bərdə rayonu Mustafağalı kəndində 1 mərtəbəli, ümumi sahəsi 46 kv.metr, 1 otaqlı, fərdi yaşayış evi vardır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafağalı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına kitabın 695 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, hal-hazırda Cavabdeh Bərdə rayonu Mustafağalı kəndində 1 mərtəbəli, ümumi sahəsi 44 kv.metr, 1 otaqlı, 116 kv.metr fərdi yaşayış evi vardır. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində iddiaçıya məxsus, işlək vəziyyətdə olan heç bir əmlak aşkar edilməmişdir. İddiaçı 13 il əvvəl mübahisəli fərdi yaşayış evindən çıxıb getdiyini, bacısının evində yaşadığını, bacısının Rusiya Federasiyasında yaşadığını, hal-hazırda bacısı evinə qayıtmaq istədiyindən, mübahisəli evə köçüb yaşamaq istədiyini, böyük oğlunun evində qeydiyyatda olsa da hazırki evin kiçik otağıda 13 il əvvəl yaşadığını, iddiaçı ilə arasında mübahisə olduğundan mübahisəli evdən çıxıb getdiyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2006-cı ildə iddiaçının qardaşı Arzu Bayramovla evlənmiş və iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh hal-hazırda da uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır. İddiaçının köçüb yaşamaq istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı məhkəmə iclasında 13 il əvvəl həmin evi tərk etdiyini və bacısının evində yaşadığını bildirmişdir. Hal-hazırda cavabdehin yaşadığı, iddiaçının köçmək istədiyi fərdi yaşayış evinə baxış keçirilərkən də evdə iddiaçıya məxsus gündəlik istifadə üçün nəzərdə tutulmuş əmlaklar aşkar edilməmişdir. Məhkəmə iddiaçının yaşadığı və bacısı evi kimi təqdim etdiyi evə baxış keçirərkən iddiaçıya məxsus əmlakların həmin evdə olduğunu müəyyən etmişdir. Məhkəmə iddiaçının təsərrüfatbaşına kitabda qeydiyyatda olduğu yaşayş evi və yaşayış evinin yerləşdiyi torpaq sahəsinə baxış keçirərkən həmin həyətdə iki yaşayış evinin olduğunu müəyyən etmişdir. Köhnə tikilmiş yaşayış evindən yardımçı sahə kimi istifadə olunduğu müəyyən edilmişdir. Həmin evdən təxminən 7-10 metr aralı kürsülü fərdi yaşayış evinin olduğunu müəyyən edilmişdir. İddiaçı həmin evdə böyük oğlunun ailə üzvlərinin yaşadığını bildirmişdir. Məhkəmə müəyyən etdi ki, hazırda mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hüquqi rejiminə görə həmin yaşayış evi özbaşına tikili hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi mübahisəli yaşayış evi özbaşına tikili hesab olunduğundan iddiaçının mübahisəli evə istifadə hüququ tanına bilməz. Ona görə də iddia tələbi evdən istifadə hüququnun tanınmasına dair hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə aidiyyatı olmadığından, 13 il əvvəl evi könüllü surətdə tərk edərək özünə başqa yaşayış sahəsi seçdiyindən, onun evlə heç bir bağlılığı qalmadığından iddia tələbi evə köçürülmə tələbinə dair hissədə də təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1033/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1033/2022
21.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver