Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-707/2021 18.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçılar X1, X3, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payların müəyyən edilib naturada ayrılması və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar X1, X3, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə mürаciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə Bərdə rayonu Lənbəran kəndində olan 4.54 ha torpaq sahəsi və 0.27 ha həyətyanı torpaq sahəsi üzərə bizim mülkiyyətimizə verilmiş JN-546 KOD-61000048 saylı Şəhadətnamədə onların paylarının müəyyənləşdirib naturada ayrılması və cavabdehlərin mülkiyyətlərində olan 3.40 ha pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddia ərizəsinə torpaq sahəsinin qeydiyyatda olub-olmamasını, qeydiyyatdadırsa hüquqmüəyyənedici sənədlər (çıxarış və ya notarial qaydad təsdiq edilmiş surətlər) işə əlavə edilməmişdir. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lzımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Həmin Məcəllənin 152.1.1ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1, X3, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payların müəyyən edilib naturada ayrılması və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: imzа var Əsli ilə düzdür: Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-707/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-707/2021
18.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver