Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1041/2021 16.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, məhkəmə iclas kаtibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə və mülkiyyət hüquqlarının tanınmasına” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə və mülkiyyət hüquqlarının tanınmasına” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəmədə ərizə verərək xəstəliyi ilə əlaqədar müalicə olunmalıdır. Ona görə də işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə və mülkiyyət hüquqlarının tanınmasına” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1041/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1041/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver