Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1042/2023 27.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 iclas kаtibliyi, cavabdeh Bərdə rayon X8 Hüquqi şəxsin nümayəndəsi X*0 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Bərdə Rayon X8 Hüquqi Şəxsinə qаrşı “işə bərpa olunması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bərdə Rayon Mərkəzi X2rşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0*.09.202*-ci il tarixli *995-K saylı əmrinin və 0*.09.202*-ci il tarixli 322 saylı əmək müqaviləsinin etibarsız hesab edilməsinə və əvvəlki iş yerindəki vəzifəsinə bərpa edilməsinə, özündən asılı olmayan səbəbə görə məcburi iş buraxdığı günlər üçün ödənilməli olan əmək haqqının verilməsinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, *979-cu ildən Yevlax şəhərində həkimlik fəaliyyətinə başlamışdır. 0*.*0.20**-ci il tarixdən Bərdə rayon X4 Evinin Patalogiya şöbəsində aklat mama-ginekoloq vəzifəsinə 28.09.20**-ci il tarixli əmrlə işə təyin olunmuşdur. 40 illik həkimlik təcrübəsi vardır. *0 ildir Bərdə rayon Doğum Evində fəaliyyət göstərir. Ali Təhsilli həkimdir. *3.02.202*-ci il tarixdə (3 ay) müddətinə, 25.05.202* ci il tarixdə (3 ay müddətinə) müddətli 322 saylı əmək müqaviləsi bağlanmışdır. Onun məlumatı olmadan 0*.09.202*-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, *0 ildən çox Bərdə rayon X5 evində işlədiyinə görə əmək müqaviləsi ilə yox, əmrlə işləməli olduğu halda onu Əmək Məcəlləsinin 68-ci maddəsilə guya əmək müqaviləsinin müddəti bitməsinə görə işdən azad etmişlər. Halbuki həmin xəstəxanada onun yaşından çox yaşı olub işləyənlər vardır. Hesab edir ki, onu qərəzli olaraq işdən azad etmişlər. Həmin əmr qərəzli olaraq verilmişdir. Əgər əmr qərəzli olmasaydı *0 ildən çox işlədiyi müddətdə xəbərdarlıq və töhmət verilərdi. Halbuki, 43 illik iş təcrübəsində xəbərdarlıq, töhmət, tapşırıq almamışdır. Hesab edir ki, işdən çıxarılması qanunsuz və əsassız olduğundan əmr ləğv edilməli və o öz əvvəlki işinə bərpa olunmalıdır. Beləki, 43 il işlədiyi müddətdə xəbərdarlıq və töhmət almaması onu deməyə əsas verir ki, əvvəlcə xəbərdarlıq və ya töhmət verməli olduğu halda bunların heç biri edilməmişdir. Həmçinin, 0*.09.202*-ci il tarixdə saat *2:06-dan 23:06-dək 2–ci dərəcəli qulaqcıq mədəcik blokadası və miokardın aşağı divarının kəskin transmural terapiyalı infarktı keçirərək 02.09.202*-ci il tarixdə elmi tədqiqat kardiologiya insitutuna göndərilmişdir. Həmçinin, İcbari Tibbi Sığorta X*2 05.*0.202*-ci il tarixdə qeydiyyatdan keçərək müalicəsini davam etdirmişdir. Ege hospitalında ürək əməliyyatı olmuş, müddəti üzürlü səbəbdən keçirmişdir. Hesab edir ki, barəsində 0*.09.202*-ci il tarixdə Əmək məcəlləsinin 68 ci maddəsinin 2 ci hisəssinin "b" bəndi ilə barəsində verilmiş *995-K saylı əmr ləğv edilərək işinə bərpa edilməsi barədə qətnamə çıxarılması zərurəti yaranmışdır. Bundan başqa onun şikayətindən sonra xx.xx.2022 ci il tarixdə X*3 Xidməti Bərdə regional ərazi şöbəsi xəstəxananın bu qanunsuz əmələrinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə bərpa olunması barədə mübahisəni həll etmək üçün Mediasiyaya müraciət etmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X*5 işdə iştirak edərək anasının adından təmsilçilik səlahiyyətinin olduğunu bildirsə də məhkəməyə təqdim etdiyi etibarnamədə məhkəmədə təmsilçilik səlahiyyəti olmadığından və sözügedən şəxsin səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmədiyindən məhkəmə həmin şəxsi iddiaçının nümayəndəsi qismində qəbul etməmiş və dinləməmişdir. İş üzrə cavabdeh Bərdə Mərkəzi Rayon Xəstəxanasının nümayəndəsi X*8 işə iddiaçının iştirakı olmadan baxılmasını tələb edərək və iddianı qəbul etməyərək izahatında İddiaçı iddia müddətini ötürdüyü göstərərək iddianın rədd edilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx *955-ci ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri F. İsayev küçəsi mənzil 27-də qeydiyyatdadır. Yevlax rayonu İcra Hakimiyyəti Başçısının Evlər İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan 28 sentyabr 20**-ci il tarixli, *45 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Doğum evinin Patalogiya Şöbəsində *.0 oklad mama-ginekoloq işi dayandırılaraq, Fiziologiya 2-ci şöbəsində *.0 oklad mama-ginekoloq işinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-*248*59 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 28 sentyabt 20**- ci il tarixdə Bərdə Rayon X5 Evinin Patalogiya Şöbəsində *.0 aklad mama-ginekoloq işinə təyin edilmiş, 0* sentyabr 202*-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari X23 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 20 sentyabr 202*-ci il tarixli, *0904 nömrəli arayışdan görünür ki, İddiaçı 0* sentyabr 202*-ci il tarixdə saat *2:06-dan 23:06-dək “ikinci dərəcəli qulaqcıq-mədəcik blokadası” və “miokardın aşağı divarının kəskin transmural infarktı” diaqnozları üzrə Yevlax rayon X8 hüquqi şəxsin terapiya şöbəsində stasionar müalicə olunmuşdur. Səhhəti ilə bağlı vətəndaş 02 sentyabr 202*-ci il tarixində X* göndərilmişdir. Hazırda ambulator müalicə olunur. İş materiallarında olan *88 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Bərdə Rayon X5 Evinin 2-ci X2* mama-ginekoloq işinə qəbul edilmiş, əmək müqaviləsi *3.02.202*-ci il tarixdən müvəqqəti bağlanmışdır. Azərbaycan Respublikası İcbari X23 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş *3 fevral 202*-ci il tarixli, *38 –K nömrəli əmrin surətindən görünür ki, İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*.2-ci maddəsinə uyğun olaraq *3 fevral 202*-ci il tarixdən 3 ay uzadılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən 25 avqust 202*-ci il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı əmək müqaviləsinin vaxtının bitdiyi üçün onunla əmək müqaviləsi bağlanmasını xahiş etmişdir. İş materiallarında olan *88 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Bərdə Mərkəzi Rayon X7 2-ci X2* mama-ginekoloq işinə qəbul edilmiş, əmək müqaviləsi *3.02.202*-ci il tarixdən müvəqqəti bağlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən 09 fevral 202*-ci il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı əmək müqaviləsinin vaxtının bitdiyi üçün onunla əmək müqaviləsi bağlanmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən 2* may 202*-ci il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı əmək müqaviləsinin vaxtının bitdiyi üçün onunla əmək müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası İcbari X23 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 25 may 202*-ci il tarixli, 742–K nömrəli əmrin surətindən görünür ki, İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*.2-ci maddəsinə uyğun olaraq 25 may 202*-ci il tarixdən 3 ay uzadılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Bərdə Rayon Mərkəzi Xəstəxanası arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 b bəndi ilə 0* sentyabr 202*-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İcbari X23 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 0* sentyabr 202*-ci il tarixli, *995-K nömrəli əmrdən görünür ki, Bərdə Rayon X5 evinin 2-ci Mamalıq Şöbəsinin mama-ginekoloqu İddiaçı ilə bağlanmış 322 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən əmək müqaviləsi müddətinin bitməsinə görə xitam verilmişdir. İş materiallarında olan Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnun təsdiq edən AH-027323 nömrəli Sertifikasiya Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı *2 dekabr 20*7-ci il tarixdə Həkimlərin sertifikasiyasından keçmiş ona Azərbaycan Respublikasının ərazisində Mamlıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamə *3 dekabr 20*7-ci ildə rəsmiləşdirilmiş, *3.*2.2022-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*3 Xidməti Bərdə regional Ərazi Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, araşdırmanın gedişində müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 49,79 və 83-cü maddələrinin tələbləri pozulduğu üçün müəsissənin vəzifəli şəxsinə İnzibati Xətalar Məcəlləsinin *92.4 və *92.6-cı maddəsinə əsasən 2* yanvar 2022ci il tarixli *052046 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM): 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin *-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin *-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; 73-cü maddəsinin *-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin *79-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 294.*-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin *-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 202*-ci il tarixli Qərarına əsasən fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin *-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün * aylıq müddət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 20*3-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Hazırki işdə məhkəmə hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İcbari X23 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 20 sentyabr 202*-ci il tarixli, *0904 nömrəli arayışdan görünür ki, İddiaçı 0* sentyabr 202*-ci il tarixdə saat *2:06-dan 23:06-dək “ikinci dərəcəli qulaqcıq-mədəcik blokadası” və “miokardın aşağı divarının kəskin transmural infarktı” diaqnozları üzrə Yevlax rayon X8 hüquqi şəxsin terapiya şöbəsində stasionar müalicə olunmuşdur. Səhhəti ilə bağlı vətəndaş 02 sentyabr 202*-ci il tarixində X* göndərilmişdir və hazırda ambulator müalicə olunur. Beləliklə, iddiaçı 02 sentyabr 202*-ci il tarixdən sonra ambulator müalicədə olmasına və ambulator müalicədə olmanın şəxsin bilavasitə özü və ya etibarnamə üzrə nümayəndəsi vasitəsilə iddia verməsinə maneə törətmədiyinə baxmayaraq heç bir əsaslı və üzürlü səbəb olmadan üzərində xeyli müddət keçdikdən sonra ** yanvar 2023-cü ildə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu da qanunla müəyyən edilmiş iddia müddətinin keçməsi ilə nəticələnmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianın gec təqdim edilməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir mötəbər sənəd və ya sübut təqdim etməmişdir. Belə ki, əgər iddiaçı uzun müddət stasionar müalicədə olsaydı və bu haqda arayış və digər sənədlər məhkəməyə təqdim etsəydi göstərilən hal məhkəmə tərəfindən iddianın məhkəməyə müddət keçdikdən sonra təqdim edilməsinin üzürlü halı hesab edilə bilərdi. Buna görə də məhkəmə hesab edir ki, hazırki işdə iddia müddəti keçdiyindən məhkəmə tərəfindən əlavə araşdırma aparılmadan iddia tələbi rədd edilməlidir. Eyni zamanda, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in *4.2 və 77.*-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV bəndində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qeyd edir ki, Bərdə Mərkəzi Rayon Xəstəxanası ilə İddiaçı arasında bağlanmış müqavilə müddətli əmək müqaviləsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari X23 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 0* sentyabr 202*-ci il tarixli, *995-K nömrəli əmrdən görünür ki, Bərdə Rayon X5 evinin 2-ci Mamalıq Şöbəsinin mama-ginekoloqu İddiaçı ilə bağlanmış 322 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən əmək müqaviləsi müddətinin bitməsinə görə xitam verilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin *-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd olunan qanun normalarından göründüyü kimi hər kəs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsi qanunda və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verilmişdir. Bu hal tamamilə qanunidir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin *-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən edilir ki, İddiaçı Bərdə Mərkəzi Rayon Xəstəxasının müddətli əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, müqavilənin müddəti bitdikdən sonra isə xəstəxana tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Göründüyü kimi Əmək Məcəlləsi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR *999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. MPM-in 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 20*3-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına,axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. MM-in 372.* və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 3* iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 375.*-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X*9 qаrşı “işə bərpa olunması” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən *(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1042/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1042/2023
27.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver