Məhkəmə qərarları › İş №2(021)-1043/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1043/2021

20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1043/2021 20.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Kərim oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Əmlakın Dövlət Reyestr Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə, Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontoruna qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Ərizəçi Kərim oğlu məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə, Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontoruna qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tannınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ona məxsus 254856 nömrəli doğum haqqında şəhdaətnamədən görünür ki, 12 avqust 1974-cü il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində anadan olmuşdur. Atası- X16, anası- Ağayeva Nübar Göyüş qızıdır. Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 saylı qərarı ilə mərhum atası X27 oğlunun adına 0.23 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 200 A, KOD 61000088 saylı Torpağın Mükiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Atası X27 oğlu 08 fevral 2012-ci il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində vvəfat etmişdir. Atası ilə anası 1990-cı ildə boşanmışlar və atasının birinci növbə varisi olan bacı-qardaşları onun xeyrinə miras əmlakdan imtina ediblər. Atası isə vəfat edənə qədər onunla birlikdə yaşamışdır. Mərhum X30 xəstə olduğu vaxtlarda o, atasına baxmış, qulluğunda durmuşdur. Xəstəliyinin müalicəsi üçün dərmanlaın xərcini o, çəkmişdir, vəfat etdikdən sonra onun yas mərasimini o, təşkil etmişdir. Qəbr üstünü götürmüşdür. Atasının birinci növbə vərəsəsidir, mərhum atasından miras qalmış qeyd etdiyi əmlak birinci növbədə vərəsə kimi ona verilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinin, Bərdə “Asan Xidmət” Reginal Mərkəzinin Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 12 avqust 1974-cü il tarixdə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş VİİJ ******* nömrəli arayışdan müəyyən oolunur ki, Ağayev Elçin Kərim oğlu 12 avqust 1974-cü ildə doğulmuş, atası X16, anası X9r. İş materiallarına əlavə olunmuş 100562 nömrəli çıxarışdan müəyyən olunur ki, Ağayev Kərim teymur oğlu ilə, X17 arasında olan nikah 01 iyun 1990-cı ildə pozulmuşdur. İş materiallarına əlavə olunmuş 08 iyun 2020-ci il tarixli, 901-05/69 nömrəli arayyışdan müəyyən olunur ki, Ağayev Kərim Teymur oğlu 08 fevral 2012-ci il tarixdə Bərdə rayonu, Soğanverdilər kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş JN 200 AA KOD 61000088 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Ağayev Kərim Teymur oğluna Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli, 04 sayylı qərarına əsasən Bərdə rayonu Soğanverdilər kəndində 0,23 ha həytəyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş 472 nömrəli 08 iyuun 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X27 oğlu 08 fevral 2012-ci il tarixdə vəfat edənə kimi Bərdə rayonu, Soğanverdilər kəndində yaşayıb və onun vəfatından sonra təsərrüfatlarında birgə yaşayan ailə üzvüüləri Ərizəçi olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayonu İHB-nin Soğanverdilər kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 08 nömrəli, 15 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X16 ilə Ağayeva Nübar Göyüş qızının Ağayev Elçin Kərim oğlu da daxil olmaqla 10 övladları olmuşdur. İşə materiallarına əlavə olunmuş notarial qaydada təsdiq edilmiş ərizənin surətindən müəyyən olunur ki, X11, X12, X8, X31 oğlu, X14, X18, Ağayev Aftandil Kərim oğlu, X2, Abdullayeva Aynur Kərim qızı 2012-ci ildə vəfat etmiş ataları Ağayev Kərim Teymur oğlunun vəfatından sonra qalmış Bərdə ryonu, Soğanverdilər kəndində yerləşən 0.23 ha torpaq sahəsinin onlara çatası paylarından Ərizəçi oğlunun xeyrinə imtina etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X27 oğlundan miras qalmış Bərdə rayon Soğanverdilər kəndində 0.23 ha həyətyanı torpaq sahəsinin Aağayev Elçin Kərim oğlu tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmədə müəyyən olundu ki, Ərizəçi Kərim oğlu miras əmlakı faktiki olaraq qəbul edərək, idarə etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, artıq Ağayev Elçin Kərim oğlu miras əmlakı faktiki qəbul və idarə etdiyi üçün onun vərəsəlik hüququ da tanınmalı, eləcə də atasında və anasından qalan miras pay torpağanın ona çatacaq hissəsində dair mülkiyyət hüququ əldə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi Aağayev Elçin Kərim oğlunun X30 Teymur oğlundan miras qalmış Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0.23 ha torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunsun. Ərizə qalan hisədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar